hatte

s. haben
hastig
Hatz
OBASTAN VİKİ
Hatteriya
Hatteriya (lat. Sphenodon) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin dimdikbaşlar dəstəsinin hatteriyalar fəsiləsinə aid heyvan cinsi. Xarici görünüşcə iri kərtənkələyə oxşamasına baxmayaraq, hatteriyanın orqanlarının quruluşu özünəməxsus qədimilik və primitivliklə səciyyələnir. Baş və gövdənin üzəri qərni pulcuqların ən primitiv forması olan xırda pulcuqlarla örtülüdür. Fəqərələri balıqlarda ol¬duğu kimi amfisoldur, fəqərələrin cismi arasında xorda qalır. Steqosefalların qarın zirehinin qalığı sayılan dərialtı qarın qabırğaları var. Amfibilərdə olduğu kimi xış sümükləri üzərində də dişlər olur. Yaxşı inkişaf etmiş təpə gözü var. Təbil boşluqları və təbil pərdələri yoxdur. Kəllə qutusu diapsid quruluşdadır.
Hatteriyalar
Hatteriyalar (lat. Sphenodontidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin dimdikbaşlar dəstəsinə aid heyvan fəsiləsi.