HAVALI

sif.zərf
1. Azğınlaşmış, qudurmuş; ağlı başından oynamış kimi; azğın, qudurğan.
Gəzirlər havalı ağalar, bəylər; İşləyir qan-tərdə naxırçı, nökər. Aşıq Ələsgər.

□ Havalı kimi – ağlı başından oynamış kimi, dəli kimi.
Xan havalı kimi bu otaqdan o otağa qaçır, … sanki kimdənsə gizlənmək istəyirdi. M.Rzaquluzadə.

// Qızğın, qızmış, harın.
Xosrovdan başqa, heç kəs bu havalı ata səmt düşə bilmirdi. S.Rəhimov.

2. Yaxşı havası olan; səfalı. Havalı sahil. Havalı çəmənlik.

Синонимы

  • HAVALI dəbdəbəli — ibarətli — təmtəraqlı
  • HAVALI lovğa — təkəbbürlü — iddialı
  • HAVALI əsəbi — hirsli — coşğun — qızğın — həyəcanlı — hərarətli

Омонимы

  • HAVALI HAVALI I sif. Lovğa, özündən razı. Gəzirlər havalı ağalar, bəylər; Çalışır qan-tərdə naxırçı, nökər (Aşıq Ələsgər)

Антонимы

  • HAVALI HAVALI – AĞILLI Yox, bu məndən də havalıdır, rəhbər olmaq istəyir (M.İbrahimov); Sevda ağıllı qız idi (İ
HAVALANMAQ
HAVASIZ
OBASTAN VİKİ
Havalı
Havalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zərnəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Havalı kəndi Araz çayının sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş Hava (Həvva adının yerli tələffüz forması) adlı bir qadının övladları bina etdiyi üçün belə adlandırılmışdır. Oykonimi Azərbaycan toponimiyasında "yaxşı iqlimli" mənasında işlənən yelli topokomponentinin sinonimi kimi də qəbul etmək olar.1993-cü ilin oktyabr ayında Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Значение слова в других словарях

догола́ кла́дка нехоро́шее о́ним пополоска́ть таи́нственность уго́да чо́каться зу́бы разгорелись малоле́ток многосери́йный на по́льзу окру́глый маткина рейтузы cyanidation lactoflavin Pied Piper sectional sufficiency vanitas vanitatum et omnia vanitas volery пирометр раскаяться тиснёный