HAYIL-MAYIL

zərf dan. Heyran, valeh.
□ Hayıl-mayıl qalmaq – heyran qalmaq, heyrət etmək.
Hayıl-mayıl qoymaq – heyran qoymaq, heyrətdə qoymaq.
Hayıl-mayıl olmaq – heyran olmaq, heyrət etmək. İbrahim, padşahın gözünə çox xoş gəlmişdi.
Day lap hayıl-mayıl olmuşdu. (Nağıl).
[Tükəzban xala:] Ölməmişlər elə də qəşəngdirlər ki, adam hayıl-mayıl olur, heç bilmir hansının qolundan yapışsın… İ.Şıxlı.

Этимология

  • HAYIL-MAYIL Alınma sözdür, mayıf, maymaq  kimi sözlərlə buradakı mayıl arasında qohumluq var. Mayıf, maymaq sözləri “şikəst”, “yorğun”, “zəif” deməkdir
HAYXIRMAQ
HAYQIRIQ
OBASTAN VİKİ
Hüseyn Mayıl
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.
Mayıl Kürəbəyov
Mayıl Qurbanov
Mayıl Qədimov
Mayıl Yusif oğlu Qedimov == Həyatı == Mayıl Qədimov 1962-ci ildə Azerbaycan SSR Mirbəşir(Tərtər) rayonunun Səhləbad kəndində fəhlə ailəsində anadan olmuşdur.1969-cu ildə Səhləbad kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.1978-ci ildə Mirbəşir Rayon 96-nömrəli Orta Texniki Peşə məktəbinə daxil olmuşdur.1980-ci ildə məktəbi "Meyvə-tərəvəzçilik" üzrə tam kursunu bitirərək, aqronom ixtisasına yiyələnmişdir.1981-ci ildə Ağdam Rayon Xaçın tikinti-texniki peşə məktəbinin 6 aylıq sürücülük kursunu bitirmişdir. == Təltif və mükafatları == Mayıl Qədimov göstərdiyi qəhrəmanlığa görə, ölümdən sonra 1983-cü il avqustun 31-də SSRİ Ali Soveti Rəyasət heyətinin 9912-X nömrəli əmri ilə "Qırmızı ulduz"ordeni ilə təltif olunmuş, oxuduğu məktəb adına verilmişdir. == Ailəsi == Ailədə 6 övlad olmuşlar:4 qardaş və 2 bacı. Mayıl kiçik yaşlarından cəsurluğu, igidliyi və vətənpərvərliyi ilə yaşıdlarından seçilmişdir, cəmi 20il yaşamışdır və ailə həyatı Qurmamışdır. Bu 20 ildə onu tanıyan hər kəsin sevgisini və hörmətini qazanmış, ölümündən sonra isə onların fəxri, qürur mənbəyi olmuşdur. Ailəsi hələ onun yoxluğuna alışmadan daha bir oğul övladını itirmişdir. Mayılın ölümündən 6il sonra, 1988-ci ilin 12 dekabrında Mayıl ın qardaşı, Əhliman Qədimov dünyasını dəyişmişdir. Bu hadisədən sonra, ailəsi daha ağır və kədərli günlər keçirir. Bir müddət sonra, Mayıl ın valideynləri də vəfat edir. == Haqqında == 1981-ci ilin may ayında hərbi xidmətə çağırılmışdı.
Mayıl Əsgərov
Mayıl Binnət oğlu Əsgərov (17 yanvar 1962, Bozalqanlı, Tovuz rayonu) — filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, Bakı Avrasiya Universitettin professorudur, Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin müəllifidir. == Həyatı == Mayıl Binnət oğlu Əsgərov 17 yanvar 1962-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1979-cu ildə Y. Sadıqov adına Bozalqanlı kənd orta məktəbinində təhsil alıb, 1981–1983-cü illərdə hərbi xidmətdə olub, 1990-cı ildə Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsini şərqşünas-türkoloq ixtisası ilə bitirib. 1990–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışıb. 1994–2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edib. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Silahlı qüvvələrinin (1997-ci ildə), Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Əməkdaşlıq Şurasının (1999-cu ildə), NATO Birləşmiş Komandanlığının (2000-ci ildə) fəxri fərmanları ilə təltif olunub. 22.02.2005-ci ildən filologiya elmləri namizədidir (Diplom seriya EN, № 03418). Namizədlik dissertasiyasının mövzusu: "Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr". 28.03.2012-ci ildən Türk dilləri ixtisası üzrə dosentdir (Attestat seriya DS, № 04027). 22.01.2016-cı ildən filologiya üzrə elmlər doktorudur (Diplom seriya ED, № 01696).
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki üzvü, Həmdulla əfəndi Əfəndizadənin ən yaxın adamlarından, ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan şəxslərdən biri. Quba üsyanın rəhbərlərindən biridir. 1865-ci ildə Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər). 1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndizadənin xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib.
İs­mayıl bəy Daruğə
İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu Axundov — şair, Əhməd Ağdamskinin qaynatası. İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Qəza idarəsində işləmiş, bir müddət şəhər bazarının darğası olmuşdu. Şuşa şəhərinin darğası idi, ona görə də "Daruğə" təxəllüsü götürmüşdü. Məclisi-üns üzvlərindən olmuşdur. İsmayıl bəy Daruğə 1891-ci ildə vəfat edib. İsmayıl bəy erməni silahlılarına qarşı vuruşmuş, şəhər camaatını müdafiə etmişdi.

Значение слова в других словарях