Heim ins Reich
"Heim ins Reich" (Almanca tələffüz: [ˈhaɪm ʔɪns ˈʁaɪç] ( dinlə); alman dilindən – "Reyx bizim evimizdir", "Reyxin evi") — 1938-ci ildə Almaniya füreri Adolf Hitler tərəfindən elan edilmiş, alman xalqını toplamaq və Nasist Almaniyasından kənarda yaşayan bütün folksdoyçenin milli kimliyini gücləndirmək üçün nəzərdə tutulmuş siyasi doktrina və tədbirlər sistemi. Bu ictimai-siyasi şərait bir daha alman məsələsini həll etməyə, Nasist Almaniyasına xas olan xarici və daxili siyasətin ideoloji rəhbərlərinə və yeni metodlarına əsaslanaraq pangermanizmi gücləndirməyə yönəlmişdi. "Heim ins Reich" siyasətinin hədəfində olan əsas əhali qrupları avstriyalılar və folksdoyçe, Polşanın bir sıra qərb vilayətləri (Sileziya), Sudetland və Versal sülh müqaviləsi nəticəsində Almaniyadan götürülən ərazilər idi.
Proqramın məqsədi alman diasporunun üzvlərini Almaniyaya geri qayıtmaq, alman xalqına reinteqrasiya etmək idi.
"Heim ins Reich" siyasətinin həyata keçirilməsini 1941-ci ildə SS departamentlərindən birinə çevrilən Folksdoyçe Mittelştelle şöbəsi həyata keçirmişdir.
== İstinadlar ==
== Ədəbiyyat ==
Lars Bosse: Volksdeutsche Umsiedler im „Reichgau Wartheland“, Magisterarbeit Christian-Albrechts-Universität, Kiel 1992.
Günther Pallaver, Leopold Steurer (Hrsg.): Deutsche! Hitler verkauft Euch! Das Erbe von Option und Weltkrieg in Südtirol, Bozen 2011.