HELLİ
HER-ÇER
OBASTAN VİKİ
She and Her Cat
She and Her Cat və ya Yaponiyada tanınan adı ilə Kanojo to Kanojo no Neko (彼女と彼女の猫, azərb. O və onun pişiyi‎) – Makoto Şinkay tərəfindən çəkilmiş və 1999-cu ildə buraxılmış tək seriyalıq anime OVA-sı. Their standing points (azərb. Onların ayaqda durma nöqtələri‎) altbaşlığı ilə buraxılmışdır. 5 dəqiqəlik OVA bir pişik ilə onun qadın sahibi münasibət haqqındadır və hekayə pişiyin baxış bucağından nəql olunur. Şinkay animeni sevgi bəslədiyi birinin çətin situasiyanın öhdəsindən gəlməsinə kömək etmək üçün yaratmışdır və onun balaca mənzildə yaşamaı hekayəni məüyyən etmişdir. Şinkay anime üçün öz çəkdiyi çizimlərdən istifadə etmiş, 3D görüntüləri Adobe After Effects proqramı ilə yerinə yetirmişdir. Şinkay pişiyi də səsləndirmiş və sadəcə 3 şəxslə əməkdaşlıq etmişdir. Əsəri tamamladıqdan sonra Şinkay animeni CD-R formatında və elektron poçt yolu ilə buraxmış və anime tədbirlərində 5000 nüsxə satmışdır. Şinkayın bu işi yaxşı qiymətləndirilmişdir.
Can't Let Her Get Away
Can't Let Her Get Away — Maykl Ceksonun mahnısı.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Ageratina herbacea
Ageratina herbacea (lat. Ageratina herbacea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ageratina hernandezii
Ageratina hernandezii (lat. Ageratina hernandezii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ageratina herrerae
Ageratina herrerae (lat. Ageratina herrerae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aleksandr Hertsen (fizioloq)
Aleksandr Aleksandroviç Hertsen (rus. Герцен, Александр Александрович; fr. Alexander Herzen; 13 (25) iyun 1839, Vladimir – 11 (24) avqust 1906, Lozanna) — rus əsilli məşhur İsveçrə fizioloqu, görkəmli rus publisist, yazıçı və filosof Aleksandr İvanoviç Hertsenin oğlu. == Haqqında == Aleksandr Aleksandroviç Hertsen 1839-cu il iyunun 13-də (25) Vladimirdə Aleksandr İvanoviç Hertsen və Natalya Aleksandrovnanın (Zaxarina) ailəsində anadan olmuşdur. 1840-cı ilin martında valideynləri oğullarını əvvəlcə Moskvaya, 1847-ci ildə isə xaricə apariblar. Aleksandr Aleksandroviç uşaqlıqdan qeyri-adi qabiliyyətləri ilə seçilirdi, üç xarici dili asanlıqla mənimsəyirdi: alman, ingilis və fransız. Aleksandr İvanoviç oğlunun təhsilinə təbiət elmləri ilə başladı, bu işdə ona məşhur təbiətşünas Karl Focht kömək etdi, o bütün Hertsen ailəsi üçün fiziologiyadan mühazirə oxudu və Saşaya dərslər verdi. Saşa uğurla təbiət elmləri ilə məşğul idi və atası onu universitetdə oxumaq üçün İsveçrənin Focht şəhərinə göndərdi. Saşa Berndə tibb professoru olan Foxtun atasının evində yaşayırdı və nəvəsi Emma ilə nişanlanmışdır. 1861-ci ildə Aleksander Hertsen Bern Universitetini böyük uğurla bitirdi və tibb üzrə doktorluq dərəcəsi aldı.
Aleksandr Hertsen (yazıçı)
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Aleksandr Herzen
Aleksandr İvanoviç Herzen (rus. Алекса́ндр Ива́нович Ге́рцен; 25 mart (6 aprel) 1812, Moskva – 9 (21) yanvar 1870[…], Paris, Fransa) — rus ədibi, filosof və inqilabçı-demokrat. == Aforizm və hikmətli sözləri == Bərabərlik olmadan əsl nikah ola bilməz, ərini maraqlandırmayan, onun fikirlərini bölüşməyən arvad onun üçün kənizdir, xidmətçidir, dayədir. Elm-həqiqətin inkişaf etdiyi canlı orqanizmdir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitab vasitəsi ilə biz həqiqətlər və rəzalərlər mülkünə daxil oluruq. Kitaba hörmət etmək, bu təfəkkür məbədinə daxil olmaq lazımdır. Tələsik evlənənin əzabı uzun sürər. Yalnız illərin sınağından çıxmış hisslər müqəddəsdir.
Aleksandri Herkulanu
Aleksandri Herkulanu (28 mart 1810[…], Lissabon – 13 sentyabr 1877[…], Santaren[d]) — Portuqaliya tarixçisi, yazıçı, siyasi xadim. 1844-cü ildən Portuqaliya Elmlər Akademiyasının üzvü olmuşdur. 1831–36-cı illərdə siyasi fəaliyyətlə məşğul olmuş, liberal mövqedən çıxış etmişdir. Ən böyük əsəri olan "Portuqaliya tarixi" (port. Historia de Portugal), 13-cü əsrin ortalarınadək olan dövrü əhatə edir. Herkulanu həmçinin sənədli və antiklerikal ruhlu "Portuqaliyada inkvizisiyanın meydana gəlməsi və bərqərar olması tarixi" (port. Historia da origen e es tabelecimento da İnquisição em Portuqal) əsərinin müəllifidir. Uzun müddət Portuqaliya tarixi sənədlərinin nəşrinə rəhbərlik etmişdir. Siyasi şeirlərin və tarixi romanların müəllifidir. Əsərlərində Portuqaliyanın ictimaisiyasi həyatını, orta əsrlərin məişət və adətlərini təsvir etmişdir.
Aloe hereroensis
Aloe hereroensis (lat. Aloe hereroensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Alpovut (Heris)
Alpovut (fars. الپاوت‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (19 ailə).
Amber Herd
Amber Lora Herd (ing. Amber Laura Heard; 22 aprel 1986, Ostin) — ABŞ aktrisası.
Amblyseius herbicoloides
Amblyseius herbicoloides (lat. Amblyseius herbicoloides) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius herbicoloides Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Amblyseius herbicolus
Amblyseius herbicolus (lat. Amblyseius herbicolus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius herbicolus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ander Herrera
Ander Herrera (14 avqust 1989[…], Bilbao, Basklar ölkəsi) İngiltərənin Mançester Yunayted klubunda və İspaniya milli yığmasında çıxış edən ispan yarımmüdafiəçidir. O, peşəkar futbolçu karyerasına İspaniyanın Real Zaraqoza klubunda başlamış, 2011-ci ildə Atletik Bilbao klubuna və sonradan 2014-cü ildə isə 36 milyon avro qarşılığında Mançester Yunayted klubuna transfer olmuşdur. Ander Herrera 2016-17 sezonunda möhtəşəm çıxışına görə Mançester Yunayted klubunda ilin futbolçusu mükafatına layiq görülmüşdür. O, İspaniya milli yığmasının aşağı yaş qruplarında bir sıra müsabiqələrdə qalib olmuş və Londonda keçirilən 2012-ci il Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmişdir. Milli yığmada isə ilk oyununa 2016-cı ilin noyabr ayında Uembli Stadionunda İngiltərə millisinə qarşı çıxmışdır. == Şəxsi həyatı == Ander Herreranın atası Pedro Maria da futbolda yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. O, Real Zaraqoza və Selta Viqo klublarında çıxış etmiş, futbolçu karyerasını bitirdikdən sonra isə hər iki klubda da baş menecer vəzifəsində xidmət etmişdir.
Artemisia herba-alba
Artemisia herba-alba (lat. Artemisia herba-alba) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Artemisia heribaudii
Adi yovşan (lat. Artemisia vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarımkol bitkisi olub, birinci il vegetasiya zamanı, hündürlüyü 50-100 (120) sm, çoxsaylı oduncaqlı budaqlara malik olur. Çiçəkləmə və meyvə zamanı gövdəsi yarpaqlarla tamamilə örtülü olur. Gövdəsi 10-20 qədər sarımtıl və ya qırmızımtıl-qonur, nazik, düzqalxan və ya budaqlanan, yuxarı hissəsi daha çox budaqlı, aşağı hissəsi isə budaqlanmayan, çılpaq və hamardır. Budaqları nazik, uzun, demək olar ki, gövdəsi sıxılmışdır. Yarpaqları kiçik, küt, uzunsov-xətti (1mm) və ikiqanadlı-bölünmüş vəziyyətdədir. Gövdədə yarpaqları açıq-yaşıl, kök üstündə olanları isə sarımtıl-yaşıldır. Çiçək səbətciyi çoxsaylı, boruşəkilli, sarı, dikduran, kiçik, şarşəkilli, diametri 2,5-4mm olub, mürəkkəb süpürgəşəkillidir. Çiçəkləri ikicinsli, 3-5 səbətcikli, sarı və ya purpurşəkilli tacdan ibarətdir.
Artemisia herriotii
Artemisia ludoviciana (lat. Artemisia ludoviciana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Sinonimləri == Artemisia brittonii Rydb. Artemisia cuneata Rydb. Artemisia diversifolia Rydb. Artemisia falcata Rydb. Artemisia ghiesbreghtii Rydb. Artemisia gnaphalodes Nutt. Artemisia gnaphalodes var. diversifolia (Rydb.) A.Nelson Artemisia gnaphalodes var.
Australasian Virtual Herbarium
Avstraliyanın Virtual Herbariləri (ing. Australasian Virtual Herbarium (AVH)) özündə müxtəlif Avstraliya və Yeni Zellandiya herbarilərində saxlanılan bitki nümunələri haqqında məlumatları əks etdirən onlayn-resursBu, Canlı Avstraliya Atlasının (ing. Atlas of Living Australia (ALA)) bir hissəsidir və Avstraliyanın Virtual Herbariləri (Australia's Virtual Herbarium) ilə Yeni Zellandiyanın Virtual Herbarilərinin (NZ Virtual Herbarium) birləşdirilməsindən yaradılmışdır.
Avstriya hersoqluğu
Avstriya hersoqluğu (Almanca: Erzherzogtum Österreich) — Müqəddəs Roma imperiyasına və Habsbuq monarxiyasına daxil olan dövlətlər arasında ən ömənlisi. Paytaxt şəhəri olan Vyana ilə birlikdə imperiya daha çox cənub-şərq bölgəsində mərkəzləşdirilmişdir. Habsburq ailəsi 1282-ci ildə Vyanada hakimiyyəti ələ aldı və 1453-cü ildə Müqəddəs Roma imperatoru III Fridrix tərəfindən rəsmi olaraq tanındı və hersoq elan edildi. XV əsrdən etibarən isə bir nəfər istisna olmaqla geridə qalan bütün Müqəddəs Roma imperatorları Avstriya hersoqu idi. 1526-cı ildə Bohemiya və Macarıstan torpaqlarının itirilməsiylə Avstriya hersoqluğu Avropada Müqəddəs Roma imperiyasının mərkəzinə çevrildi. == Mənbə == Heinz-Dieter Heimann, Die Habsburger. Dynastie und Kaiserreiche. 2010. pp. 38–45.
Avstriyalı Anna (hersoqina)
Avstriyalı Anna (d. 7 iyul 1528 - ö. 16 oktyabr 1590) — Bavariya hersoqinası. Müqəddəs Roma imperatoru I Ferdinandın və xanımı Bohemiyalı Annanın ikinci qızıdır. 1546-cı ildə Bavariya hersoqu V Albertlə evləndirildi. == Mənbə == Sutter Fichtner, Paula (April 1976). "Dynastic Marriage in Sixteenth-Century Habsburg Diplomacy and Statecraft: An Interdisciplinary Approach". The American Historical Review. Boureau, Alain (1995). The Lord's First Night: The Myth of the Droit de Cuissage.
Avstriyalı Barbara (hersoqina)
Avstriyalı Barbara (ing. Archduchess Barbara of Austria) (30 aprel 1539, İnsbruk – 19 sentyabr 1572 və ya 1597, Ferrara) — Ferrara hersoqu Alfonso d'Estin xanımı. Atası Müqəddəs Roma imperatoru I Ferdinand, anası isə Bohemiyalı Annadır. == Mənbə == Tasso, Torquato (1824). "Opere di Torquato Tasso" (in Italian). Milan: Societa tipografica de classici italiani. pp. 526, 546 Duchhardt H. (2007). Jahrbuch für Europäische Geschichte (in German). Vol.
Azərbaycan–Bosniya və Herseqovina futbol matçları
== Kişilər == === Əsas milli komanda === 1. iyun 2008 Zenitsa YO Bosniya və Herseqovina – Azərbaycan 1:0 === U-21 === 3. iyun 2016 Sloveniya YO Bosniya və Herseqovina – Azərbaycan 0:0 19. noyabr 2018 Zenitsa YO Bosniya və Herseqovina – Azərbaycan 2:0 === U-19 === 12. oktyabr 2013 Landskruna, İsveç AÇSO Bosniya və Herseqovina — Azərbaycan 0:0 28. oktyabr 2014 Eysden, Belçika AÇİM Bosniya və Herseqovina — Azərbaycan 1–1 pen. 4:3 15. noyabr 2015 Bakı, Azərbaycan AÇSO Azərbaycan – Bosniya və Herseqovina 1:0 4. oktyabr 2016 Vilnüs, Litva AÇSO Bosniya və Herseqovina – Azərbaycan 2:123. avqust 2022 Bosniya və Herseqovina YO Bosniya və Herseqovina – Azərbaycan 1:0 25.
Azərbaycan–Bosniya və Herseqovina münasibətləri
Azərbaycan–Bosniya və Herseqovina münasibətləri — Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin fevral ayının 9-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində "Azərbaycan—Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Mübariz Qurbanlı olmuşdur. 4 mart 2016-cı il tarixindən Çingiz Qənizadə işçi qrupunun rəhbəridir.
Aşağı Bavariya hersoqluğu
Aşağı Bavariya hersoqluğu (alm. Teilherzogtum Niederbayern‎) 1255–1340-cı illərdə Müqəddəs Roma imperiyasında mövcud olmuş, Vittelsbax sülaləsi tərəfindən idarə edilən hersoqluq. 1253-cü ildə ataları II Ottonun ölümündən sonra qardaşlar XIII Henrix və II Lüdviq Bavariya və Reynland-Pfalz üzərində birlikdə hökmranlıq etdikdən sonra 28 mart 1255-ci ildə Bavariya bölünməsi müqaviləsi imzaladılar. Müqaviləyə əsasən Lüdviq Pfals kürfürstlüyü və Yuxarı Bavariya hersoqluğunu, Henrix isə paytaxtı Landsxut olmaqla Aşağı Bavariya hersoqu oldu. Hersoqluq sonradan müvəqqəti olaraq Henrixin davamçıları arasında bölündü, Zalsburq arxiyepiskopu isə müstəqillik qazandı. 1340-cı ildə hersoq İohannın ölümü ilə Müqəddəs Roma İmperatoru IV Lüdviq Aşağı Bavariyanı da miras aldı və beləliklə Bavariya hersoqluğunu yenidən birləşdirdi. Lüdviqin ölümündən sonra oğulları II Stefan, Vilhelm və I Albert arasında mübahisəyə səbəb olan hersoqluq üçün 1349-cu ildə Landsberqdə və 1353-cü ildə isə Regensburqda müqavilələr imzalanmışdı. Bu müqavilələr nəticəsində Aşağı və Yuxarı Bavariyalar Bavariya-Landsxut, Bavariya-Münhen, Bavariya-İnqolştadt, Bavariya-Ştraubinq kimi kiçik hissələrə parçalandı. Aşağı Bavariyanın əksər hissəsi Landsxut və Ştraubiqn payında idi. == Hersoqları == Bavariya hersoqları harada hökm sürdüklərindən asılı olmayaraq ümumiyyətlə nömrələnsələr də, Henrix adlı Aşağı Bavariya hersoqları üçün bir istisna var: onlar Aşağı Bavariyadakı sıralarına görə nömrələnirlər.
Aşağı Çaxmaqbulaq (Heris)
Aşağı Çaxmaqbulaq (fars. چخماق بلاغ سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 98 nəfər yaşayır (22 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Mərkəzi bölgəsinin Ətraf kəndistanında, Əhər şəhərindən 30 km simal-qərbdədir.
Bacabac (Heris)
Bacabac (fars. باجاباج‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (67 ailə).

Значение слова в других словарях

бугоро́к космети́чка курча́венький перепряга́ние поклони́ться бербе́рка выкри́кивание засеребри́ться кодифици́роваться обсиде́ть отвинти́ться стенди́ст шерша́веть censure define embalm mice Oran outrageous plaidy unseparated неудобный овечка одинаковый расцвечивать