Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çer (Urmiya)
Çer (fars. چر‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 536 nəfər yaşayır (83 ailə).
Her Loss
Her Loss — Dreyk və 21 Savage tərəfindən birlikdə hazırlanmış studiya albomu. 4 noyabr 2022-ci ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. 01. Rich Flex 02. Major Distribution 03. On BS4 04. BackOutsideBoyz (performed by Drake) 05. Privileged Rappers 06. Spin Bout U 07. Hours in Silence 08.
Planet Her
Planet Her — ABŞ repçi və müğənnisi Doja Cat-ın üçüncü studiya albomu. 25 iyun 2021-ci ildə Kemosabe Records və RCA Records tərəfindən buraxılıb.
She and Her Cat
She and Her Cat və ya Yaponiyada tanınan adı ilə Kanojo to Kanojo no Neko (彼女と彼女の猫, azərb. O və onun pişiyi‎) – Makoto Şinkay tərəfindən çəkilmiş və 1999-cu ildə buraxılmış tək seriyalıq anime OVA-sı. Their standing points (azərb. Onların ayaqda durma nöqtələri‎) altbaşlığı ilə buraxılmışdır. 5 dəqiqəlik OVA bir pişik ilə onun qadın sahibi münasibət haqqındadır və hekayə pişiyin baxış bucağından nəql olunur. Şinkay animeni sevgi bəslədiyi birinin çətin situasiyanın öhdəsindən gəlməsinə kömək etmək üçün yaratmışdır və onun balaca mənzildə yaşamaı hekayəni məüyyən etmişdir. Şinkay anime üçün öz çəkdiyi çizimlərdən istifadə etmiş, 3D görüntüləri Adobe After Effects proqramı ilə yerinə yetirmişdir. Şinkay pişiyi də səsləndirmiş və sadəcə 3 şəxslə əməkdaşlıq etmişdir. Əsəri tamamladıqdan sonra Şinkay animeni CD-R formatında və elektron poçt yolu ilə buraxmış və anime tədbirlərində 5000 nüsxə satmışdır. Şinkayın bu işi yaxşı qiymətləndirilmişdir.
Can't Let Her Get Away
Can't Let Her Get Away — Maykl Ceksonun mahnısı.
China In Her Eyes (Modern Talking)
China In Her Eyes (azərb. Çin onun gözlərindədir‎) - Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Ber
Ker
Ker - türk və altay mifologiyalarında pis varlıq. Gər (Gir, Kir) olaraq da deyilir. O varlığın pis bir xüsusiyyətə sahib olduğunu göstərir. Tek ayaqlı, tək gözlü, tək qollu keçəl varlıqlardır. Şumerlerde Qur adlı bir yer altı canavarı bulunur ki, yer altında yaşayan varlıqların Ker sözcüyü ilə təyin olunması bununla əlaqəli ola bilər. Yeraltında yaşadığına inanılan "Ötker" adlı pis varlıqlar da bunların bir növüdür. O biri aləmə aid canlılar daim tək gözlüdür. Ker sözünün kor mənasını verdiyini qarşıya qoyan görüşlər də mövcuddur. Bu sifətlə xatırlanan beş əhəmiyyətli varlıq tapılar. Ker Yutpa: Yeraltı əjdahası Ker Abra: Yeraltı ilanı Ker Arat: Yeraltı balığı Ker Doydu: Yeraltı balığı Ker Köylek: Yeraltı cadugəri (Ker/Gər/Gir) kökündən törəmişdir.
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Der Adler
Der Adler (mənaca "Qartal") qəzeti Üçüncü Reyxin təbiğat xarakterli nəşrlərindən biri idi və Şerl Verlaq tərəfindən ay ərzində 2 dəfə nəşr edilirdi. 1939-cu ilin avqust ayından etibarən lüftvaffe ali komandanlığının dəstəyi ilə Şerl Verlaq tərəfindən yaradılmışdır. 1939-cu ildən 1944-cü ilədək qəzetin ümumilikdə 146 nömrəsi çap edilmişdir. Sidney L. Mayer, Masama Tokoi (1978): Der Adler. Eine Auswahl aus der Illustrierten der Luftwaffe 1939–1944. Stuttgart, Germany: Motorbuch-Verlag. ISBN 3-87943-577-4.
Der Angriff
Der Angriff 1927-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının Berlin Gausu tərəfindən təsis edilən alman qəzeti idi. Qəzet Yozef Gebbels tərəfindən təsis edilmişdir. 1926-cı ildə Berlinin Nazi Partiyasının (Gauleiter) lideri oldu və partiyanın nəşrlərini təmin etmək üçün lazım olan pulun böyük hissəsini özü qarşıladı. Der Angriff kobud və təcavüzkar bir dildən istifadə edərək kütlələrə çatmaq üçün hazırlanmışdır. Antiparlamentarizm və antisemitizm kimi özünü təyin edən mövzular var idi. Məqalələr 1933-cü ilə qədər əsasən naşir Gebbels tərəfindən yazılmış və imzalanmışdır. Qəzetdə Hans Schweitzerin siyasi karikaturaları da çap olunmuşdur. Der Angriff ilk dəfə 4 iyul 1927-ci ildə "Angriff Press" tərəfindən nəşr edilmişdir. Onun şüarı İstismarçılara qarşı məzlumlar üçün idi. Daha sonra 1929-cu il oktyabrın 1-dən həftədə iki dəfə nəşr olundu.
Der Spiegel
Der Spiegel, "Şpigel" (azərb. Güzgü‎) — Hamburqda nəşr olunan Almaniyanın ən məşhur həftəlik jurnallardan biri. Jurnal özünü "Almaniya və Avropada ən böyük tirajlı məlumatlandırıcı-siyasi jurnalı" hesab edir. Orta hesabla həftədə təxminən 1,1 milyon nüsxə satılır. 2004-cü ildə jurnal 5,69 milyon insanı oxumuşdur. Hələ Birinci Dünya müharibəsindən əvvəl Münhendə Lion Feyxtvanger 1908-ci ilin noyabrında Ziqfrid Yakobsonun "Şaubyune" qəzeti birləşən Der Spiegel adlı bir qəzet nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra ilk nəşr 4 noyabr 1947-ci ildə, Hannoverdə, Diese Woche qəzetinin varisi olaraq nəşr olundu. Jurnal ilk növbədə "Time" jurnalındakı Amerika və Britaniya xəbərlərinin nəşrlərini izlədi. Bir müddət Rudolf Augşteynin rəhbərliyi altında gənc alman redaktorları işlərini tənqidi və ciddi jurnalistikanın prinsipləri ilə yerinə yetirməyə çalışdılar ki, ittihamlar hətta müttəfiqlərə (birinci və ikinci dünya müharibəsində Almaniya opponentlərinə) ünvanlanmışdı. Londonda hökumət və digər üç işğalçı qüvvə bu informasiya formasına etiraz etdi və jurnalın nəşri dayandırıldı.
Entoni Şer
Anthony Sher (14 iyun 1949, Keyptaun – 2 dekabr 2021, Stratford-Apon-Eyvon[d], Qərbi Mildlend[d]) ― İngilis teatr, kino və serial aktyorudur. 1981: Mark Gertler: Fragments of a Biography 1985: Shadey 1989: Erik the Viking 1993: Genghis Cohn 1995: The Young Poisoner's Handbook 1996: Alive and Kicking 1996: Mr.
Fer adası
Fer adası (ing. Fair Isle) — Şotlandiyada Orkney adaları ilə Şetland adları arasında qalan Böyük Britaniyaya məxsus ada. Fer adası 4,8 km uzunluğunda, 2,4 km genişliyində və 7,8 km2 sahəyə sahib və Böyük Britaniyanın ən təcrid olunmuş adasıdır. 1900-cü illərdə əhalisinin sayı 400 nəfər ikən, hazırda 68 nəfərdir. Qərb sahillərinin hündürlüyü 200 m olan qayalıqlardan ibarətdir. 20 avqust 1588-ci ildə İspaniya armadasına məxsus gəmi "El Gran Grifon" Fer adasının sahillərində batmışdır. Qalıqları 1970-ci ildə tapılmışdır. İkinci dünya müharibəsi zamanı Böyük Britaniya hökuməti adada radar staniyası qurmuşdur. 17 yanvar 1941-ci ildə bir Almaniyanın "Heinkel He 111" bombardman təyyarəsi adada qəza etmişdir. 5 pilotdan 2-si ölmüş və adadakı məzarlıqda dəfn olunmuşdur.
Jer (departament)
Jer (fr. Gers, oks. Gers) — Fransa cənub-qərbində, Pireney dağətəyində yerləşən, Oksitaniya regionunun departamenlərindən biri. Sahəsi — 6257 km². İnzibati mərkəzi — Oş. Adı Jer çayından gəlir. Departamentə 31 kanton daxildir. Cənub hissəsi və şimaldan tədricən cənubdan şimala qədər, Qaron vadisinə və şərqdən qərbə qədər gedən buzlaq və çay çöküntülərindən ibarət olan Armanyak platosudur. Plato Adur, Jer, Jemon, Baiz və Qaron hövzəsinə aid olan çayların vadilərini kəsişir. Torpağı gil-silikondur.
La-Ser
La-Ser (fr. La Serre, oks. La Sèrra) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12269. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 105 km şərqdə, Rodezdən isə 55 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 132 nəfər təşkil edirdi. 2007-ci ildə 88 yaşda (15-64 yaş arasında) 62 nəfər iqtisadi fəal, 26 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.5%, 1999-cu ildə 65.8%).
Yer
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Le-Ker
Le-Ker (fr. Le Caire, oks. Lo Caire) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. La-Mot-dyu-Ker kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04230. 2008-ci ildə əhalinin sayı 68 nəfər təşkil edirdi. 2007-ci ildə 43 yaşda (15-64 yaş arasında) 33 nəfər iqtisadi fəal, 10 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,7%, 1999-cu ildə 58.0%). Fəal olan 33 nəfərdən 33 nəfəri (23 kişi və 10 qadın) işləyirdi.
Lusi Ver
Lusi Avreli Ver (lat. Lucius Ceionius Commodus, Lucius Aelius Commodus, Lucius Aelius Aurelius Commodus; * 15 dekabr 130; † 169 Altinum) — Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuşdur. Doğma atası Lusi Eliy Ver Adrian tərəfindən oğulluğa götürüldüyünə görə qısa müddət imperatorluğa xələf olmuş, lakin 1 yanvar 138- ci ildə Adriandan qabaq vəfat etmişdir. Bundan sonra azyaşlı Lusi Ver növbə üzrə ikinci xələf adlandırılır ki, öz növbəsində imperatorluğu Antonin Piydən Mark Avreli ilə birlikdə qəbul etmiş olur. Karyerasına 153- cü ildə Kvestor, 154-cü ildə konsul kimi başlamışdır. 32 yaşında Pretor, 161- ci ildə təzədən konsul kimi fəaliyyət göstərir. Antonin Piyin ölümündən sonra Mark Avreli artıq hakimiyyətdə olsa da, və senatın idarəetməni tək ona tapşırmasına baxmayaraq hakimiyyəti Lusi Ver ilə bölüşməyi qərara alır. Ciddi və tədbirli Mark Avrelidən fərqli olaraq, Lusu Ver öz kefi üçün yaşamağa, gününü kef məclislərində, əyləncədə keçirməyi üstün tuturdu. Antik mənbələrdə şəxsiyətinə cox tənqidi yanaşılır və o Neron ilə müqqayisə edilir. 162—166-ci illərdə Ver Parfiya çarlığı ilə müharibədə imperiya qoşunlarına rəhbərlik etmişdir.
Mer-Savel
Mer-Savel (fr. Mayres-Savel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38224. Kommunanın 1999-cu il üçün əhalisi 107 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Per Forsskol
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. Philippe Provençal.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Per Lagerkvist
Per Laqerkvist (isv. Pär Lagerkvist; 23 may 1891[…] – 11 iyul 1974[…]) — isveçli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1951). Per Fabian Laqerkvist İsveç romançısı, şair və dramaturqdur. Sadə ailənin övladı idi. Atası əvvəlcə fermer, sonra isə dəmiryol fəhləsi olmuşdu. Ailədəki yeddi uşağın içərisində Per erkən yaşlarından ağlı və fərasəti ilə fərqlənirdi. Orta təhsilini bitirdikdən sonra iki il Upsala universitetində incəsənət və ədəbiyyatı öyrənmişdi. 21 yaşında ilk yazılarını – bir neçə şeir və "İnsanlar" povestini dərc etdirmişdi. 1913-cü ildə Parisdə olması Laqerkvistin ədəbiyyat və sənətə baxışlarında inqilab yaratmışdı. O, fovizm və kubizm cərəyanları ilə ciddi maraqlanmışdı.
Per Mertezaker
Per Mertezaker (alm. Per Mertesacker‎; d. 29 sentyabr 1984, Hannover, AFR) — alman futbolçusu. Londonun Arsenalfutbol klubunun kapitanı və müdafiəçisi. 198 santimetr boya malik Mertezaker həm də Almaniya milli futbol komandasının oyunçusudur. Per Mertezaker öz futbol karyerasına "Pattensen" klubu ilə başlamış, 1995-ci ildə, 11 yaşında "Hannover 96" klubuna keçmişdir. Bundesliqada ilk matçını 2003-cü ilin noyabrında 19 yaşında "Köln" klubuna qarşı oynamışdır. Bu zaman o, müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynamışdır. Mertzaker peşəkar müqaviləni imzalamaqla, dörd ay ərzində Bundesliqa üçün növbəti çağırışı gözləmək məcburiyyətində qaldı. Baş məşqçi Edvard Linenenin yanında "Hannover" klubunun əsas oyunçusu kimi mərkəz mövqeyini möhkəmləndirdi.
Per Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Qrand Ter
Qrand Ter (fr. Grande Terre) — Yeni Kaledoniyanın ən iri və əsas adası. Adanı 1774-cü ildə britaniyalı səyyah Ceyms Kuk kəşf etmiş və Yeni Kaledoniya olaraq adlandırmışdır. Bu termin nəyinki bu adaya həmcinin onun ətrafındakı adalara da şamil olunur. Yerliklər isə adanı "Le Kayya" olaraq adlandırırdılar. Adada ən iri yaşayış məntəqəsi Numeadır. O həmdə Fransanın dəniz arxası ərazisi olan Yeni Kaledoniyanın mərkəzidir. Ada Sakit okeanın tropik qurşağında yerləşir. Şimal-qərbdən cənub-şərqə doğru uzanır. Mərkəzi silsilə tropik meşələrlə örtülüdür.
Rocer Ver
Rocer Kit Ver (ing. Roger Keith Ver; 27 yanvar 1979, San-Xose, Kaliforniya) – "bitcoin" startaplarına erkən investor. Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir. Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur. 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür. 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.
Dər
Dər yaşayış yeri — Ordubad rayonunun Azadkənd kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri. 1968-ci ildə qeydə alınmışdır. Geniş bir ərazini əhatə edən yaşayış yeri güclü dağıntıya məruz qalmışdır. Burada rast gəlinən yanmış tikinti, xüsusilə kərpic qalıqları vaxtilə binaların olduğunu göstərir. Yerüstü materiallar çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Mədəni təbəqə saxsı qab qırıqlarından,kərpic qarışıq gil laylarından ibarətdir. Çiy kərpicdən, daş qarışıq torpaqla hörülmüş tikinti qalıqları saxlanmışdır. Tapıntıların əksəriyyəti şirli və şirsiz qab (küpə, kasa, nimçə, badya, qapaq və s.) qırıqlarından ibarətdir. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəllər olmuşdur. Abidə 16-18-ci əsrlərə aid edilir.
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına baxmayaraq vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Tər
Tər — tər vəzləri vasitəsilə duz və üzvi maddələrdən yaranan su məhlulu. Tərin yaranması bir çox bioloji varlıqlarda termotənzimləyici rolunu oynayır. Tər həmçinin, məməlilər arasında sosial-bioloji prosesdə informasiya ötürülməsində əhəmiyyətli rol oynayır. Tərlə feremonlar və bir çox bioloji aktiv maddələr çıxarılır. İnsanda ən çox vəzlər əldədir — bir kvadrat santimetrdə 600 ədəddir. Tər subyektin cinsindən asılı olaraq həm cəlb edə, həm də ikrah hissi yarada bilər. Sağlam və təmiz insanda tər iy vermir. Tərin xüsusi iyi insan bədənində yaşayan bakteriyalar çoxalanda yaranır. Ferner S, Koszmagk R, Lehmann A, Heilmann W (1990). "[Reference values of Na(+) and Cl(-) concentrations in adult sweat]".
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Hər şey axır, hər şey dəyişir
"Hər şey axır, hər şey dəyişir" və ya "Hər şey axır və heç bir şey yerində qalmır" ( греч. "πάντα ρεῖ καὶ οὐδὲν μένει" ) — antik frazeologizm . Onun hərfi mənası “hər şey hərəkətdədir” deməkdir. Bu ifadənin qədim yunan filosofu Efesli Heraklitin (e.ə. 554-483) sözləri olduğu güman edilir. İfadə filosof Platonun dialoqlarından birində qorunub saxlanılmış və başqa bir frazeologizmin əsas mənbəyinə çevrilmişdir - "eyni çaya iki dəfə girə bilməzsən" ( yun. "δὶς ἐς τὸν αὐτὸν ποταμὸν οὐκ ἂν ἐμβαίης" ); Bu aforizm insanın və cəmiyyətin həyatında baş verən dəyişikliklərin daimi və qaçılmaz olduğu haqqında işlənir .
Hər şeyi riktırlamaq
Hər şeyi riktırlamaq (ing. Total Rickall) – ABŞ elmi fantastika və qara komediya sitkomu "Rik və Morti"nin ikinci mövsümünün 4-cü, ümumilikdə isə 15-ci seriyası. Xuan Meza-Leonun rejissorluğu və Mayk Makmehenin ssenaristliyi ilə çəkilən seriya ilk öncə 16 avqust 2015-ci ildə Adult Swim vasitəsilə yayımlanmışdır. Seriya Rikin ailənin içində yaddaşla oynaya bilən kosmik parazitin məskunlaşdığını öyrənməsi ilə başlayır. Bu kosmik parazitlər insanların yaddaşına saxta xatirələr daxil edərək onlarla birgə yaşayır və çoxalırlar. Rik evi karantinaya alıb kimin parazit, kimin əsl olduğunu müəyyənləşdirməyə çalışır. Smit ailəsi Cerrinin qardaşı Stiv ilə səhər yeməyi edir və Cerri elektron poçt vasitəsilə səyahət biletləri əldə etdiklərini deyir. Stiv bildirir ki, bu biletləri onlara ona burada bir il qalmasına icazə verdikləri üçün alıb. Bu zaman Rik otağa daxil olur və lazer tapançası ilə Stivin başından vurur. Bütün ailə dəhşətə düşür, lakin Stivin əsl olmadığı məlum olur.
Hər şey yeyənlər
Hər şey yeyənlər (lat.
Hər şeyi bilmə
Hər şeyi bilmə (ing. Omniscience) — hər şeyi sonsuz olaraq bilmək və ya ən azından xarakter (o cümlədən düşüncələr), hisslər, həyat, kainat və s. haqqında bilinə bilən hər şeyi bilmək qabiliyyəti. Monoteizmdə hər şeyi bilmək ilahi atributlardan biri kimi Tanrıya aid edilir. Müqəddəs Kitabın Tanrını tez-tez digər adlar arasında "Mən Mənəm" kimi xatırlanır ki, bu da Onun hər yerdə mövcudluğunu və hər şeyə qadir olduğunu bildirir. Bu məfhum Quranda da yer alır ki, burada Allah Əl-Alim adlanır. Bu, "bilmək" mənasını verən "alema" felinin məsdər formasıdır. Hinduizmdə "hər şeyi bilən" (sanskr. सर्वग्य), "qüdrətli" və ya "hər şeyə qadir" (sanskr. सर्व समर्थ) və "hər yerdə olan" və ya "hər şeyi əhatə edən" (sanskr.
Hər şeyə qadirlik
Hər şeyə qadirlik (ing. Omnipotence) — qeyri-məhdud, tükənməz və ağlasığmaz bir qüvvə, başqa sözlə, sərhədsiz imkanlara malik olan bir qüvvədir. Monoteist dinlər, ümumiyyətlə, hər şeyə qadirliyi yalnız Tanrıya aid edirlər. Əksər Qərb monoteist dinlərinin fəlsəfəsində hər şeyə qadirlik hər şeyi bilmə, hər yerdə mövcud olma və mərhəmət kimi ilahi atributlardan biridir. Fərqli inanclı, hətta eyni inanclı insanlar arasında hər şeyə qadirlik termini bu xassənin təbiəti haqqında müxtəlif fikirləri ifadə etmək üçün istifadə olunur. Ən ümumi olanlar bunlardır: Tanrı hər şeyi edə bilər, yəni "Tanrı X-ı edə bilərmi?" sualının cavabı X nə olursa olsun həmişə "bəli"dir. Lakin bu, bəzi ziddiyyətlərə, məsələn, daş paradoksuna gətirib çıxarır, ona görə də bu mövqe müasir ilahiyyatçılar tərəfindən dəstəklənmir. Tanrı daxilən məntiqi ziddiyyətlər ehtiva etməyən hər şeyi etməyə qadirdir. Tanrı öz istədiyi hər şeyi edə bilər . Tanrı öz daxili mahiyyətinə zidd olmayan hər şeyi edə bilər (məsələn, Tanrının həmişə həqiqəti danışdığı güman edilirsə, deməli o, yalan danışa bilməz).
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Dər türbəsi
Dər türbəsi — Ordubad rayonunun Darkənd kəndində yerləşən tarix-memarlıq abidəsi. Türbə üzərində olmuş, lakin sonradan itirilmiş kitabəni tədqiq etmiş Vasili Sısoyev və İsa Əzimbəyov, onun 1487–1488-ci illərdə Şеyх ibn Cühənnа tərəfindən inşа еdildiyini göstərirlər. Dər türbəsi kənd mərkəzindən 1.5 km cənubda, Araz çayına enən kiçik təpə üzərində yerləşir. Əvvəl təpə üzərində yanaşı yerləşən üç türbə olsa da, onlardan ikisi tamamilə dağılaraq dövrümüzə çatmamış, biri isə qəzalı vəziyyətdədir. Dər türbəsi həcm-məkan həllinə, fasadlarının dekorasiyası və dekorasiyada istifadə edilmiş kərpiclərin formasına görə Azərbaycan ərazisində yayılmış digər kərpic türbələrdən əsaslı şəkildə fərqlənir. Dər türbəsi iki yaruslu struktura malikdir. Türbənin birinci yarusu sərdabə xarakteri daşımaqla yer səviyyəsindən aşağıdadır. Türbənin yerüstü hissəsi 5.15–5.20 metr hündürlüyə malik düzgün səkkizguşəli prizma formasına malikdir. Prizma üzərində yerləşdirilmiş uzun barabanın üzəri isə kiçik günbəzlə tamamlanmışdı. Türbənin yerdən olan ümumi hündürlüyü 8.0–8.20 metrə bərabər olmuşdur.