Johann Qottfrid Herder
Johann Qottfrid Herder (25 avqust 1744[…] – 18 dekabr 1803[…], Veymar, Saksen-Veymar[d], Müqəddəs Roma imperiyası[…]) — Alman tarixçisi, filosofu, şair.
XVII əsrdə Qərbi Avropada elmin inkişaf səviyyəsi sosioloji tədqiqatlarda ictimai hadisələrə proses kimi (dəyişmədə, inkişafda və dinamikada olan faktlar kimi) yanaşmağa imkan vermirdi. XVIII əsr ərzində Qərbi Avropada maarifçilik hərəkatının görkəmli nümayəndələri (xüsusilə Mari Fransua Arue-Volter və Johann Qottfrid Herder) tərəfindən ümumdünya tarixinin universal təcrübələri yaradıldı. Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı təsiri, varisliyi problemləri qaldırıldı. Bu sahədə Johann Qottfrid Herderin (1744–1803) rolu böyük idi. Onun "Bəşəriyyət tarixinin fəlsəfəsinə dair ideyalar" (1784–1791) adlı əsərində bəşəriyyətin bütün tarixi inkişaf yolunu nəzəri cəhətdən təhlil etmək cəhdi göstərildi. Y. Herder hesab edirdi ki, tarixi inkişaf prosesinin başlıca mənbəyi mədəniyyətdir. Herder tarix elminin əsas vəzifəsini mədəniyyətin tədqiq olunmasında görürdü. O, dini və mənəvi yaradıcılığın bütün növlərini, insanların təsərrüfat fəaliyyətini, ictimai münasibətləri mədəniyyətin başlıca elementləri kimi tədqiq edirdi. Y. Herder qədim Şərq xalqlarının əski dövrlərdə yüksək mədəniyyətə malik olduqlarını sübut edir və etiraf edirdi ki, elmi biliklərin, astronomiyanın ilk elementləri məhz Şərq ölkələrində yaranmışdır.