HESABLAMAQ

f.
1. Hesablama işi aparmaq, sayıb yekunlaşdırmaq. Xərclədiyi pulu hesablamaq. Əməkgünlərini hesablamaq.
– Balaca Sabir barmağı ilə hesablayıb yazırdı. S.Rəhimov.
[Fərman] qabağına bir kağız qoyaraq, karandaşla bir çox rəqəm yazır və hesablayırdı. Ə.Sadıq.

2. Hesablama zamanı müəyyən ölçü vahidindən və ya hər hansı bir cihazın göstərdiyi sistemdən istifadə etmək. Temperaturu Selsi ilə hesablamaq.
// Texniki hesablama aparmaq. Binanın uzunluğunu hesablamaq. Otağın sahəsini hesablamaq.

Синонимы

  • HESABLAMAQ saymaq
  • HESABLAMAQ hesablamaq bax saymaq I
HESABLAMA
HESABLANMA

Значение слова в других словарях