Hidrokimya
Hidrokimya — təbii suların kimyəvi tərkibi və onların ətraf mühitdə gedən kimyəvi, fiziki və bioloji proseslərdən asılı olaraq dəyişilməsinin qanunauyğunluqları haqqında elm.
== Hidrokimyəvi analiz ==
Hidrokimyəvi analiz suyun kimyəvi və qaz tərkibinin, fiziki, bioloji və texniki xassələrinin təyinidir.
== Hidrokimyəvi rejim ==
Hidrokimyəvi rejim su mühitinin kimyəvi xarakteristikasının məcmusudur (asılı və həll olan maddələrin konsentrasiyası və dinamikası, duzluluq, codluq, aktiv reaksiya, oksidləşmə-reduksiya potensialı və s.). Hidrobiontların böyüməsinə, inkişafına, çoxalmasına, su ekosistemlərinin davamlılığına, məhsuldarlığına və s. təsir göstərir. Antropogen amillərin su hövzəsinə təsir dərəcəsi və tullanan çirkləndiricilər hidrokimyəvi rejimə təsri göstərir.