HİN

HİN I is. Quş saxlanılan yer, dam. Kəkliklə dolsa da daşaltı hinlər; O yetim yuvalar inciyib, küsüb (Ağa Laçınlı).

HİN II is. [ ər. ] Vaxt, zaman. Bu hində qapı döyüldü.

HİM
HOQQA
OBASTAN VİKİ
Heydərabad (Hindistan)
Heydərabad — Hindistanda şəhər.
Hina Suqita
Hina Suqita (d. 31 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hinabad-i Süfla (Kəleybər)
Hinabad-i Süfla (fars. هناابادسفلي‎) və ya Aşağı Hinabad - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (30 ailə).
Hinabad-i Ülya (Kəleybər)
Hinabad-i Ülya (fars. هناابادعليا‎) və ya Yuxarı Hinabad - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (23 ailə).
Hinaldağ
Hinaldağ — Azərbaycan Respublikası Daşkəsən rayonu ərazisində yerləşən dağ, Tanrıyoxuş aşırımından qərbdə, Levçay, Şəmkir və Gəncə çaylarının mənbə hissəsindədir. Kiçik Qafqazın şərq hissəsində keçən Şahdağ silsiləsinin baş zirvəsidi. Hündürlüyü 3367 metrdir. Alp və subalp çəmənləri var.
Hinata Miyazava
Hinata Miyazava (d. 28 noyabr 1999) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hind-Avropa dil ailəsi
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
Hind-Avropa dilləri
Hind–Avropa dil ailəsi — ən böyük dil ailələrindən biri. Bütün qitələrdə istifadə edilən bu ailənin dillərində danışanların sayı təxminən 2,5 milyard nəfərdir. Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13 budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan, roman, alban, yunan, erməni, anadolu və toxar. Hind və ya hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır. Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali Hindistana soxulmuş ari qəbilələrinin-veddaların veda dili daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil kimi çiçəklənən klassik sanskrit.
Hind-Avropa xalqları
Hind-Avropa xalqları Avrasiyanın bütün ərazilərində yaşamış və müxtəlif dövrlərdə sivil dünyada məskunlaşmış köçəri xalqlardırlar. Aralarında eyni dilin differensiasiyalaşması yolu ilə əmələ gəldiyi düşünülən (beləliklə, bu dillərin strukturları eynidir, lakin bir-birlərinin nitqini başa düşə bilmirlər) linqvistik qohumluğun mövcudluğundan və eyni həyat tərzini yaşamalarından başqa bu xalqların arasında heç bir vəhdət yoxdur. Bu xalqlar basqınları zamanı fəth etdikləri cəmiyyətlər üstündə, əgər onlar sivilizasiyalı cəmiyyətlər olmuşdularsa, onların sivilizasiyalarını və mədəniyyətlərini mənimsəyərək, ibtidai icma səviyyəsindəki cəmiyyətlər isə sivilizasiyalı cəmiyyətə çatacaq sinfi cəmiyyəti yaradaraq hakim sinfi formalaşdırdıqları üçün cəmiyyətlərə və kütlələrə öz dillərini tətbiq etdirmişdirlər. Fin, Eston, Macar və Bask dillərindən başqa bütün Avropa dillərinin onlara Avropaya gətirdikləri dillər olduğu və İran ilə Hind dillərinində eyni struktura malik olan dillər olduğu nəzərə alındığından, bu dillər ailəsinə Hind-Avropa dilləri və tarixdə bu dillərdə danışan xalqlara isə Hind-Avropa xalqları deyilir. Bununla belə, bəzi tədqiqatçılar Hind-Avropa dilləri və tayfaları nəzəriyyəsinin qeyri-kafi və qeyri-müəyyən olduğunu iddia edir və bu birləşmənin digər etnik dil ailələrindən müstəqil olmadığını, əksinə, həmin ailələrdən ayrılaraq inkişaf etdiyini iddia edirlər və beləliklə, onlar hesab edirlər ki, Hind-Avropa nəzəriyyəsi yenidən nəzərdən keçirilməlidir.
Hind-Avstraliya plitəsi
Hind-Avstraliya plitəsi - Avstraliya qitəsi və ətrafdakı okean hissələrini əhatə edən əsas tektonik plitələrdən biri. == Xarakteristikası == Plitə şimala doğru genişlənir və Hindistan yarımadasını və ətrafdakı əraziləri də əhatə edir. Hind-Avstraliya Plitəsi 43 milyon il öncə Avstraliya və Hind plitələrinin toqquşması nəticəsində yaranıb. Son araşdırmalar və eləcə də 2012-ci il Hind okeanı zəlzələsi kimi seysmik hadisələr göstərir ki, Hind-Avstraliya plitəsi Himalay dağları boyunca Avrasiya plitəsi ilə qarşıdurma nəticəsində yenidən iki plitəyə ayrıla bilər. Şərq hissə (Avstraliya) şimala doğru ildə 5.6 sm sürətlə hərəkət etsə də,qərb hissədə (Hindistan) bu sürət Himalay dağlarının müqaviməti nəticəsində 3.7 sm-ə bərabərdir. Bu fərq plitənin mərkəzi Sumatrada kompresslənməyə səbəb olur və bunun nəticəsində Hind və Avstraliya kimi iki ayrı plitəyə ayrılma potensialını artırır. Adətən iki protoplitə kimi Hind plitəsi və Avstraliya plitəsi göstərilir. Üçüncü Kaprikorn plitəsi isə ola bilsin ki, Hind plitəsinin qərbindən ayrılmaqdadır. Hind yarımadası, Meqanesiya (Avstraliya, Yeni Qvineya və Tasmaniya), Yeni Zelandiya və Yeni Kaledoniya hamısı qədim superkontinent Qondvananın fraqmentləridir. Dəniz dabanının genişlənməsi nəticəsində bu quru hissələri bir-birilərindən ayrılıblar, lakin genişlənmə nəticəsi aktivliyini itirdiyindən bu quru sahələri yenidən birləşərək yeganə plitəni əmələ gətiriblər.
Hind-Het fərziyyəsi
Hind-Het və ya Hind-Anadolu; İndiyə qədər mövcud olmuş bütün Hind-Avropa və Anadolu dilləri də daxil olmaqla vahid Hind-Avropa termininə ekvivalent bir model olaraq, ilk dəfə 1926-cı ildə Amerika dilçisi "Edqar H. Sturtevant" tərəfindən təklif edilmişdir və sırf hipotetik dil ailəsidir. Termin; "Hind" prefiksi isə Hind-Ari və ya İran hissəsinə aid deyil, yalnız ənənəvi "Hind-Avropa" termini üçün simvolikdir, "Het" hissəsi isə bütövlükdə Anadolu dil ailəsini öz ağuşuna alır. Edgar H. Sturtevant; O, qeyd edir ki, het (Anadolu dilləri) proto-Hind-Avropa dilinin (PHA) yenidən qurulmuş formalarından daha çox arxaik xüsusiyyətlər nümayiş etdirirdi və ola bilsin ki, "proto-hind-avropa"dan əvvəlki, primitiv (ilkin) mərhələdə ayrılıb. Anadolu dilləri üzrə mütəxəssis olan dilçi Haig C. Melchert isə digər tərəfdən, belə fikirləşir ki, "hazırkı trend olan Proto Hind-Avropa dili təkamül etmiş, Anadolunun ibtidai icma quruluşu dövründəki yaşayan insanları proto Hind-Avropa dilində danışan cəmiyyətin qalan hissəsindən böyük ölçüdə təcrid olunmuşdurlar və bir çox ümumi dil yenilikləri xüsusiyyətlərini isə bölüşməmişdirlər". Oxşar bir formada Het və Anadolu "əmiuşaqlarının" "proto-Hind-Avropadan əvvəlki" zamanın çox erkən mərhələsində ayrılaraq, digər Hind-Avropa dillərində itirilmiş olan arxaizmləri mühafizə edərək saxladığı bildirilmişdir. Hind-Het fərziyyəsinin tərəfdarları iddia edirlər ki, ayrılma Hind-Avropa dillərinin qalan bütün qollarının yayılmasından bir neçə min il əvvəl, ehtimal ki, e.ə. VII minillikdə olduğunu iddia edirlər. Bu kontekstdə, Anadolu qolunun ayrılmasından əvvəlki proto dilin "Proto Hind-Het" (PHH) adlandırılması məqsədəmüvafiqdir. Müvafiq olaraq, bütün sonrakı qolları birləşdirən proto-dil növbəti bölünmə qoluna (bəlkə də Tohar) qədər "Proto-Hind-Avropa dili (PHA)" adlandırıla bilər. Bu terminologiya məsələsi olsa da, Hipotez; Anadolu dillərinin Hind-Avropa dilləri və onların geriyə qalan qolları ilə son genetik əlaqəsini müzakirə etmir, yalnız zaman fərqlərinin böyüklük sırasını və xronologiyasını vurğulayır.
Hind-Qanq ovalığı
Hind-Qanq ovalığı və ya Hind-Qanq düzənliyi (benq. সিন্ধু-গাঙ্গেয় সমভূমি) — Hindistan, Pakistan və Banqladeşin ərazisində ovalıq; şimalda Himalay dağları, cənubda Dekan yaylası ilə həmsərhəddir. Ovalığın uzunluğu təxminən 3 min kilometr, eni — 250 — 350 kilometrdir, dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. == Relyef və hidroqrafiya == Ovalığın səthi, 270 m hündürlüyündə yerləşmiş Hind və Qanq deltaları ilə əhatələnib. Relyefdə 60 m-ə qədər hündürlüyə malik kristallik səthin çıxıntıları və dərələrlə parçalanmış çay terraslarının çıxıntıları müşahidə olunur. Ovalıqdan axan çaylar kifayət qədər çoxdur (xüsusilə şərq hissəsində) və bu çaylar bol suludur. Su sərfi böyükdür lakin mövsüm ilə tərəddüdlər olur. Musson və dağlarda qarlarının ərinməsi dağıdıcı daşqınlara səbəb olur və yayda axını artırır. Şərqdən qərbə hərəkət zamanı iqlim quraqlaşır. == İqlim və bitki == Qanq və Brahmaputranın (düzənliyin şərq hissəsi) hövzəsində subekvatorial musson iqlimi hakimdir, Hind çayının (qərb hissəsi) hövzəsində isə — tropik iqlim hakimdir.
Hind-ari dilləri
Hind-ari dilləri – Hind-Avropa dil ailəsinə aid dil qrupu.
Hind-ari köçləri
Hind-ari köçləri — hind-avropalıların tarixdən əvvəlki dövrdə Hindistana hipotetik köçləri. Nəzəriyyəyə görə, onlar Hindustanın şimal-qərbində (müasir Pakistan ərazisi) məskunlaşıbmış, sonra Hindistanın şimal hissəsinə yayılmışdılar. Arilərin Hindistana ilk köçlər ilə bağlı fərziyyələr əsasən linqvistik dəlillər, eləcə də ilkin Hind-Avropa tayfalarının silahlarına xas olan qədim Hindistanda veda dini, ritualları, poeziyası, ictimai təşkilatı və döyüş arabalarının yayılmasının etnoqrafik təhlili əsasında formalaşmışdır. Eyni zamanda, 2000-ci illərdə aparılan bir sıra genetik tədqiqatların nəticələri göstərir ki, yeni gələn əhalinin Hindustan əhalisinin genofonduna verdiyi töhfə çox əhəmiyyətlidir. Odur ki, R1a1 haploqrupunun daşıyıcıları Hindistanın yuxarı kastalarında, məsələn, kşatriyalar və brahmanlarda 46%-ə çatır. Hindistan və Mərkəzi Asiya əhaliləri üçün bəzi Y-xromosom haploqruplarının ümumiliyi onların qədim qonşuluğu ilə (Şərqi Avropa R1a haploqrupu vəziyyətində), ya da buzlaq və buzlaqdan sonrakı dövrlərə aid Hind-ari köçlərindən çox daha qədim olması ilə izah olunur. Antik dövrdə Hindistana köç etmiş hind-arilər mənşəyi Tunc dövrü Sintaşta yaşayış məskəni və Xəzər dənizinin şərqindəki Andronovo arxeoloji mədəniyyəti ilə əlaqəli olan protohind-İran tayfalarının bir hissəsi idi. Köçlər dövrü Hindistanda Tunc dövrünün ortalarına, axırlarına və son Harrapan sivilizasiyasına (e.ə. 1700–1300) təsadüf edir. == Ari istilası nəzəriyyəsi == Ari istilası nəzəriyyəsi — tarixdən əvvəlki Cənubi Asiyada tunc dövrü hind-ari miqrasiyalarının müzakirələrində istifadə edilən mübahisəli termin.
Hind-Çin
Hind-Çin — Asiyanın Cənub-Şərqində yerləşən yarımada. Sahəsi 2 mln km² - dir. Yarımadanın ən böyük çayları: Mekonq, İravadi, Saluin, Menam-Çao-Praya. Yarımadada 7 ölkə: Banqladeş, Vyetnam, Kamboca, Laos, Malayziya, Myanma və Tailand vardır. == Etimologiya == Yarımadanın adı avropalıların (fransızların) bura verdiyi addan qaynaqlanır. Belə ki, avropalılar yarımadada həm Çinə, həm də Hindistana aid xüsusiyyətləri birlikdə görürdülər. == İqlimi == Yarımadanın iqlimi subekvatorial musson iqlimidir, yalnız Malakka yarımadasında iqlim ekvatorialdır. Yarımadanın düzənlik hissəsində temperatur ilboyu 20 dərəcədən aşağı düşmür, yazda və yayda temperatur 28-30 dərəcəyə çatır. Dağlarda temperatur 15 dərəcə və daha aşağı düşür. == Təbii sərvətləri == Malakka yarımadasında böyük həcmdə qiymətli metallar olan qalay və volframın ehtiyatları vardır.
Hind-Çin pələngi
Hind-Çin pələngi (lat. Panthera tigris corbetti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Hind-İran dilləri
Hind-İran dilləri — qədim arilərin miqrasiyası ilə yaranan və "ana ari dili"nə bağlı olan hind-avropa dillərinin ən şərq qolu. Ari dilləri daşıyıcıları Pamir, Benqal regionu və Şri-Lankadan Anadolu, Suriya və Şimali Qafqazadək yayılıb. Dillər Tacikistan, Əfqanıstan, Banqladeş, Hindistan, İran, Nepal, Pakistan, Şri-Lankada; Orta Asiya, Qafqaz ölklərində: Azərbaycan , Özbəkistan, Türkmənistan və Ermənistanda; Rusiyaya yaxın regionlardakı, İraq, Çin, Suriya və Türkiyədə yayılıb. Qaraçı və ona qohum dillər bütün dünya üzrə, əsasən də Avropada yayılıb. Hind dili icmaları Fici, Mavriki və Surinamda yaşayır. Hind-İran dilləri daşyıcılarının ümumi sayı 1,2 milyard insan hesab edilir. == Ədəbiyyat == Коган А. И. Дардские языки: Генетическая характеристика. М.: Восточная литература РАН, 2005.
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Hind Okeanı
Hind Okeanı — dünyanın sahəsinə görə üçüncü okeanı. Yer səthinin təqribən 20%-ini tutur. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 70,560,000 km2-dir. Bu okean dünyada sahəsinə görə 3-cü yeri tutur. Ekvatora yaxın ərazilərdə sahəsi kiçikdir. Burada suyun orta temperaturu 17°C-dir. Bunun səbəbi, dalğaların Şimaldan gələn küləklərin qarşısını kəsməsidir. Ən dərin hissəsi Zond çökəkliyidir. == Ümumi təsviri == Dənizləri Andaman dənizi, Ərəbistan dənizi, Arafur dənizi, Qırmızı dəniz, Lakkadiv dənizi, Timor dənizi və Fars körfəzidir (dəniz hesab olunur).
Hind Qanq ovalığı
Hind-Qanq ovalığı və ya Hind-Qanq düzənliyi (benq. সিন্ধু-গাঙ্গেয় সমভূমি) — Hindistan, Pakistan və Banqladeşin ərazisində ovalıq; şimalda Himalay dağları, cənubda Dekan yaylası ilə həmsərhəddir. Ovalığın uzunluğu təxminən 3 min kilometr, eni — 250 — 350 kilometrdir, dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biridir. == Relyef və hidroqrafiya == Ovalığın səthi, 270 m hündürlüyündə yerləşmiş Hind və Qanq deltaları ilə əhatələnib. Relyefdə 60 m-ə qədər hündürlüyə malik kristallik səthin çıxıntıları və dərələrlə parçalanmış çay terraslarının çıxıntıları müşahidə olunur. Ovalıqdan axan çaylar kifayət qədər çoxdur (xüsusilə şərq hissəsində) və bu çaylar bol suludur. Su sərfi böyükdür lakin mövsüm ilə tərəddüdlər olur. Musson və dağlarda qarlarının ərinməsi dağıdıcı daşqınlara səbəb olur və yayda axını artırır. Şərqdən qərbə hərəkət zamanı iqlim quraqlaşır. == İqlim və bitki == Qanq və Brahmaputranın (düzənliyin şərq hissəsi) hövzəsində subekvatorial musson iqlimi hakimdir, Hind çayının (qərb hissəsi) hövzəsində isə — tropik iqlim hakimdir.
Hind afalini
Hind afalini (lat. Tursiops aduncus) — Afalinlər cinsinə daxil olan üç növdən biridir. == Görünüşü == Hind afalini xarici görünüş baxımından adi afalinə oxşmaır. Digər delfinlərdən fərqi nazik bədən quruluşudur. Orta uzunluğu 2,6 metr, çəkiləri 230 kq təşkil edir. == Yayılması == Hind afalini Hindistan ətrafı sularda, Afrikanın şərqində, Qırmızı dəniz sularında, Avstraliyanın şimalı və Çinin cənubunda yayılmışdır.
Hind badamı
Katappa terminaliyası (lat. Terminalia catappa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin terminaliya cinsinə aid bitki növü. == Sinonimləri == Badamia commersonii Gaertn. Buceras catappa (L.) Hitchc. Juglans catappa (L.) Lour. Myrobalanus catappa (L.) Kuntze Terminalia badamia sensu Tul. Terminalia badamia DC. Terminalia catappa var. chlorocarpa Hassk. Terminalia catappa var. macrocarpa Hassk.
Hind bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Hind binti Utba
Hind binti Utba (ərəb. صفية بنت حيي‎; 584, Ərəbistan yarımadası – 635, Rəşidi xilafəti) — Məkkənin ən nəcib və nüfuzlu qadınlarından biri, Qureyş lideri Əbu Süfyanın həyat yoldaşı və ilk Əməvi xəlifəsi Müaviyənin anası. == Bioqrafiya == Onun tam adı Hind binti Utba ibn Rəbiə ibn Abd-Şəms əl-Qureyşidir. Onun atasının adı Utbə ibn Rəbiə idi. Hind müdrik, təşəbbüskar və məqsədyönlü qadın idi. O, natiqlik qabiliyyətinə malik olub, şeir yazırdı. Cəsur, alicənab və məğrur qadın olması ilə bilinirdi. Atası onu əl-Fakih ibn əl-Muqirə əl-Məhzumi ilə evləndirdi və ondan Əbanı adlı oğul doğdu. O, üçüncü əri Əbu Süfyan ibn Hərblə birlikdə uzun müddət Məhəmməd peyğəmbər və digər müsəlmanlarla ixtilafda idi. Onun qardaşı əl-Valid əmisi Şeybə Peyğəmbərin əmisi Həmzə tərəfindən Bədr döyüşündə öldürülür.

Значение слова в других словарях