Hinterkayfek cinayəti
Hinterkayfek cinayəti (alm. Hinterkaifeck) – Almaniyanın Bavariya əyalətinin İnqolştadt və Şkorbenhauzen şəhərləri arasında yerləşən Qruber ailəsinə məxsus fermada gerçəkləşdirilmiş cinayət hadisəsi. Hinterkayfek ferması Münhen şəhərinin şimalında, təxminən 70 km məsafədə yerləşir. Cinayət 1922-ci ilin 31 mart axşamı mülk sahibi Qruberlər evdə olarkən baş vermiş və ailənin altı üzvü balta ilə qətlə yetirilmişdir. Bu günə qədər hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə nəticəsində ferma sahibi 63 yaşlı Andres Qruber və onun 72 yaşlı həyat yoldaşı Kazilla; dul qızları 35 yaşlı Viktoriya Qabriel; Viktoriyanın övladları, 7 yaşlı Kazilla, 2 yaşlı Yozef və ailənin xidmətçisi 44 yaşlı Maria Baumqartner öldürülmüşdür. Hadisəyə qədər Bavariya əyalətində Hinterkayfek yer mövcud olmamışdır. Kayfek adı isə fermadan bir kilometr məsafədə yerləşən kənddən götürülmüşdür.
== Cinayət ==
Cinayətdən bir neçə gün öncə ferma sahibi Andres Qruber qar üzərində meşə tərəfindən evinə doğru gələn ayaq izlərinin olduğunu qonşularına bildirmişdi. Fermerin aşkarladığı izlər geri qayıtmamışdı.