HİQROSKOPİKLİK

(hiqro…+yun. Skopeo-müşahidə edirəm)-maddənin nəmi havadan udma qabiliyyəti. Su ilə islanan kapilyar-məsaməli strukturlu materiallar (oduncaq, taxıl və s.), habelə suda yaxşı həll olan maddələr (qənd, qatılaşdırılmış sulfat turşusu və s.), xüsusilə su ilə kristalhidrat əmələ gətirən kimyəvi birlşmələr H.qabiliyyətinə malikdir. H. konstruksiyaların hidroizolyasiya hesablamalarında işlədilən və iş qabilliyyətinin saxlama xassələrini qiymətləndirmək üçün mühüm göstəricidir. Materialı uzun müddət saxladıqda və onun nəqlində (xüsusilə dəniz yolu ilə) H.nəzərə alınır.
HİQROSKOPİK SU
HİPOLİMNİON

Digər lüğətlərdə