Holz

das; -es, -¨er 1. nur sg. taxta; 2. (Brennholz) odun; aus ~ taxtadan; ~ hacken odun yarmaq
Holunder
holzen
OBASTAN VİKİ
Holzi
Holzi (əsl adı: Eşli Nikolett Francipani; 29 sentyabr 1994, Edison, Nyu Cersi, ABŞ) — ABŞ müğənnisi və mahnı yazarı. O, özünəməxsus ifası ilə tanınır və karyerası boyunca çoxlu nailiyyətlər əldə etmişdir. O, "Billboard Musiqi" və "Amerika Musiqi" mükafatları daxil olmaqla bir çox mükafatlara layiq görülmüş, həmçinin üç dəfə "Qremmi" mükafatına namizəd göstərilmişdir. Holzi 2020-ci ildə Time jurnalının tərtib etdiyi dünyanın ən nüfuzlu insanları siyahısında yer almışdır. Holzi Nyu-Cersidə doğulub boya-başa çatmışdır. O, sosial media platformalarında öz ifalarını paylaşaraq tanınma qazanmışdır. Holzi 2014-cü ildə Astralwerks musiqi şirkəti ilə müqavilə bağlamış və həmin ilin oktyabrında "Room 93" adlı ilk mini-albomunu buraxmışdır. O, mini-albomun uğurundan sonra 2015-ci ildə "Badlands" adlı debüt studiya albomunu yayımlamışdır. Bu albom Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomun ən çox bəyənilən trekləri "Colors", "Gasoline" və "New Americana" olmuşdur.