Hovard Ayken
Hovard Ayken (8 mart 1900, Hoboken, Nyu-Cersi – 14 mart 1973[…], Sent-Luis, Missuri) — ABŞ mühəndisi.
== Həyatı ==
Hovard Ayken İndianapolisdə, İndiana ştatında böyüyüb (o, 1900-cü il 8 martda anadan olub). 8-ci sinifdən sonra o, işıqlandırma və istilik təchizatı şirkətində gecə operatoru işləmək məcburiyyətində qalmışdı, gündüzlər isə Arsenal texniki məktəbinə gedirdi. Məktəb rəhbərliyi gəncin bacarıqları ilə maraqlandı və ona imtahanları vaxtından əvvəl vermək üçün şərait yaratdılar. Sonra o, Viskonsin ştatı universitetinə daxil olur və eyni zamanda qaz şirkətində işləyir. 1923-cü ildə Ayken bakalavr dərəcəsini, gecə işi üçün isə qaz şirkətinin baş mühəndis vəzifəsini əldə edir.
10 il energetika mühəndisi işlədikdən sonra o, 1935-ci ildə Çikaqo universitetinə daxil olur, sonra isə Harvard Universitetinin fizika üzrə aspirantı olur, 1939-cu ildə Aykenin Harvord universitetinin fizika şöbəsinə təqdim olunmuş "Enerjinin məkan keçiriciliyi nəzəriyyəsi" adlı doktorluq dissertasiyası analitik qeyri-xətti differensial bərabərliyi həll etməyin mümkünsüzlüyü haqqında məyus ifadələrlə boldur, adekvat olaraq tədqiq etdiyi məfhumu izah edərək deyir ki, hətta onların rəqəmsal həlli insan üçün əlçatmaz olan həcmdə hesablamalar tələb edir.
1937-ci ildə bu düşüncələr nəticəsində onun "Təklif edilən avtomatik hesablama maşını" adlı işi (o, bunu öz vəsaiti ilə çıxartmışdı) meydan gəldi. O, burda maşını kommutasiya lövhəsi şəklində izah edirdi, harda ki hesablayıcı maşının müxtəlif qovşaqları montaj olunub, belə ki kommutasiya lövhəsinin hər bir paneli ayrı-ayrı riyazi əməliyyatların icra edilməsi üçün nəzərdə tutulub.
Harvord o dövrdə "əsl" araşdırmalar mərkəzi idi, ona görə də Ayken özünə dəstək tapa bilmədi, əksinə rəqabət var idi.