HTTP Kuki
HTTP kuki (ing. HTTP cookie) (həmçinin veb kuki, internet kuki, brauzer kuki olaraqda adlanır) — vebsaytı ziyarət etdiyiniz zaman kompüterinizdə və ya mobil cihazınızda saxlanılan kiçik ölçülü mətn faylıdır.
Kukilər internetdə faydalı və bəzən vacib funksiyaları yerinə yetirir. Onlar veb-serverlərə statuslu məlumatı (məsələn, onlayn mağazada alış-veriş səbətinə əlavə edilmiş əşyalar) istifadəçinin cihazında saxlamağa və ya istifadəçinin baxış fəaliyyətini izləməyə (o cümlədən, xüsusi düymələrə basmaq, daxil olmaq və ya keçmişdə hansı səhifələrin ziyarət edildiyini qeyd etmək). Onlar həmçinin istifadəçinin adlar, ünvanlar, parollar və ödəniş kartı nömrələri kimi forma sahələrinə əvvəllər daxil etdiyi məlumatları sonrakı istifadə avtomatik doldurmaq üçün istifadə edilə bilər.
İdentifikasiya kukiləri adətən istifadəçinin daxil olduğunu və hansı hesabla daxil olduğunu təsdiqləmək üçün veb serverlər tərəfindən istifadə olunur. Kuki olmadan istifadəçilər daxil olmaq istədikləri həssas məlumatları ehtiva edən hər bir səhifəyə daxil olaraq özlərini autentifikasiya etməlidirlər. İdentifikasiya kukisinin təhlükəsizliyi ümumiyyətlə emitent saytının və istifadəçinin veb brauzerinin təhlükəsizliyindən və kuki məlumatlarının şifrələnib-şifrələnməməsindən asılıdır. Təhlükəsizlik zəiflikləri kuki məlumatlarının təcavüzkar tərəfindən oxunmasına, istifadəçi məlumatlarına daxil olmaq üçün istifadə edilməsinə və ya kukinin aid olduğu vebsayta (istifadəçinin etimadnaməsi ilə) daxil olmaq üçün istifadə edilməsinə imkan verə bilər.
İzləmə kukiləri və xüsusən də üçüncü tərəfin izləmə kukiləri, adətən, şəxslərin axtarış tarixçələrinin uzunmüddətli qeydlərini tərtib etmək üçün istifadə olunur – bu, Avropa və ABŞ qanunvericilərini 2011-ci ildə tədbir görməyə vadar edən potensial məxfilik problemidir.