Hummer

der; -s, - zo. iri dəniz xərçəngi, omar
Hummel
Humor
OBASTAN VİKİ
Hummer
Hummer — General Motors konserninin tərkibinə daxil olan ABŞ şirkətidir. O, iri tutumlu nəhəng superofrouderlərin istehsalı üzrə ixtisaslaşıb. Hummer avtomobilləri İndiana ştatındakı Mişavaka (Mishawaka) şəhərində AM General şirkətinin UAW zavodunda istehsal olunur. Hummerin tarixi Amerika hərbçilərinin xüsusi avtomobilə tələbat duyduqları vaxtdan başlayır. Bu tələbatın nəticəsində 1979-cu ilin yayında AM General şirkəti çətin yollarda hərəkət etmək qabiliyyətinə malik olan avtomobilin yaradılması işlərinə başlandı. Bu proqrama HMMWV M998 (High Mobility Multipurpose Wheeled Vehicle Model 998), yəni "Yüksək çevikliyə malik çoxməqsədli təkərli nəqliyyat vasitəsi, 1998-ci ilin modeli" adı verildi (amerikanlar bu abreviaturanı "Hamm-vi" kimi tələffüz edirlər). Hummer adı məhz bu qısaldılmış addan əmələ gəldi. Konstruktorların qarşısında yüksək keçid qabiliyyətinə malik, əsgərləri və sursatları rahat yerləşdirə bilən geniş salonlu, böyük klirensli və kiçik siluetli (düşmən üçün asan hədəfə çevrilməmək üçün) ofrouder düzəltmək vəzifəsi dururdu. İşlərin başlanmasından 11 ay sonra General Motors korporasiyası M998 markalı hərbi avtomobilin ilk nümunəsini təqdim etdi. 1981-ci ildən başlayaraq bu avtomobil seriya ilə istehsal olunmağa başladı və bu gün hamı onu H1 adı ilə tanıyır.