HÖKM

is. [ ər. ]
1. Əmr, buyruq, sərəncam.
[Mirzə Məmmədqulu:] Camaat, bu gün cənab naçalnikin hökmü mövcibincə burada bir siyahı qərar verilib. C.Məmmədquluzadə.
[İskəndər:] Hökmümə baş əydi Hind, Həbəş, İran. A.Şaiq.

□ Hökm çıxmaq – əmr gəlmək, göstəriş verilmək.
…Möminlər və dindarlar mərkəzindən hökm çıxmışdı ki, gərək qurban bayramının günü bir nəfər oxumuş məscidə gəlməmiş olmasın… C.Məmmədquluzadə.

Hökm etmək (eləmək)1) əmr etmək, buyurmaq, sərəncam vermək.
Padşah hökm elədi, həkimi Diləfruz xanımın yanına apardılar. Məsum”.
Mən aşıq dara çəkər; Zülfünü dara çəkər; Şahın qəzəbi tutsa; Hökm elər, dara çəkər. (Bayatı);
2) məc. ağalıq etmək, hökmranlıq etmək, hökm sürmək.
[Nüşabə:] Fələklər dönsə də, ürəyim dönməz; Zülmət hökm etsə də, al günəş sönməz. A.Şaiq.
Təyyarə meydanı, qazma daxmalar; Ətrafda hökm edir çovğun, şaxta, qar. M.Rahim.

Hökm sürmək – bax hökm etmək 2-ci mənada.
İndi hökm sürür acı hıçqırıq; Ağlayıb, ağlayıb, susdular artıq. M.Rahim.
Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı. S.Rəhimov.

2. İşə baxdıqdan sonra məhkəmənin çıxardığı qərar. Məhkəmənin hökmü. Hakim hökmü elan etdi.
– Qanun üzrə mühakimə olundu; Fərman çıxdı, asılsın, hökm oxundu. A.Səhhət.

□ Hökm vermək – işə baxdıqdan sonra məhkəmədə qərar çıxarmaq.
// məc. Güc, qüvvə, təsir. Yayın hökmü keçdi.
– Qışın hökmü rəvandır; Hər tərəf ağ boyanmış. R.Rza.

◊ Hökmdən düşmək hüq. – öz qüvvəsini itirmək, əhəmiyyətini itirmək, nüfuzunu itirmək. Köhnə qərar hökmdən düşdü.
Hökmü keçmək1) hökmü, qüvvəsi, nüfuzu, təsiri olmaq, əmri, göstərişi yerinə yetirilmək;
2) bax hökmdən düşmək.

Синонимы

  • HÖKM sərəncam — əmr — buyruq — göstəriş
  • HÖKM 1. HÖKM (hüq.), QƏRAR 2. hökm bax əmr 1; sərəncam
HÖCƏTLİK
HÖKMDAR
OBASTAN VİKİ
Hökm
Hökm — təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir ki, bu da doğru və yalan ola bilər. == Hökmün ümumi səciyyəsi == İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir. Hökmün mühüm xassəsi onun iqrari(təstiqedici) və inkari(rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur.
Hökm(Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Hökm (1994)
== Məzmun == Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov === Rollarda === Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla == Sponsor == "Olimpifilm" Studiyası, Perm, Rusiya == Mənbə == Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (film, 1988)
Hökm (Hind: कयामत से कयामत तक, Qayamat Se Qayamat Tak) — rejissoru Mənsur Xan olan 1988-ci il istehsalı Hindistan filmidir. Indiatimes Movies filmi "Görülməli 25 Bollivud Filmi" sırasına daxil etmişdir. == Süjet xətti == Süjet "Romeo və Cülyetta" faciəsinə əsaslanır. Film Rac və Raşminin eşq hekayəsindən bəhs edir. Ancaq zəngin ailələrinin düşmənçiliyi onların xoşbəxtliyinin qarşısını alır. Sevgililər evdən qaçmağı bacarır, ancaq valideynləri bir qatil göndərir və sonda iki gənc də faciəvi şəkildə ölürlər.
Hökm (film, 1994)
== Məzmun == Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov === Rollarda === Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla == Sponsor == "Olimpifilm" Studiyası, Perm, Rusiya == Mənbə == Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (hekayə, Frans Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Oğru Dünyaya Hökm Etmir
Elxani hökmdarlarının siyahısı
Elxanilər sülaləsi — Azərbaycanda 1256-1357-ci illərdə iqtidarda olmuş monqol xanədanı. Borucigin sülaləsinin bir qoludur. Bu sülaləyə bəzi ədəbiyyatda Hülakülər sülaləsi də deyilir. Bu sülalənin ilk nümayəndəsi Hülakü xan olmuşdur. == Siyahı == Hülakü xan (1256-1265) Abaqa xan (1265-1282) Əhməd Təkudar xan (1282-1284) Arqun xan (1284-1291) Keyxatu xan (1291-1295) Baydu xan (1295) Sultan Mahmud Qazan xan (1295-1304) Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1316) Əbu Səid Bahadur xan (1316-1335) Sultan Musa xan (1336-1337) Məhəmməd xan (1336-1338) Sultan Satıbəy xatun (1338-1339) Süleyman xan (1339-1343) Cahan Teymur (1339-1340) II Qazan xan (1356-1357) == Dinləri == Hülakü xan xristianlığa maraq göstərsə də ölümünə yaxın buddizmi qəbul etmişdir. Abaqa xan buddist idi. Əhməd Təkudar xan doğulduqdan sonra vəftiz edilsə də daha sonra İslamı qəbul etmişdir. Arqun xan vəftiz edilsə də buddist idi. Baydu xan xristianlığa maraq göstərsə də, ondan müsəlman kimi davranmaq tələb edilirdi. Sultan Mahmud Qazan xan buddist kimi yetişdirilsə də daha sonra İslamı qəbul etmişdir.
Fırtınalar hökmdarı (film, 2008)
Fırtınalar hökmdarı — Rejissoru Ketrin Biqelou olduğu və İraq müharibəsi dövründə üç amerikalı mina zərərsizləşdiricisinin hərbi fəaliyyəti haqqında çəkilən filmdir.
Fərruxzad (Qəznəvi hökmdarı)
Fərruxzad Qəznəvi - Qəznəvilərin doqquzuncu sultanı. Toğrul Buzanın əlindən qurtulmuş 3 şahzadədən biri idi. Sərkərdələr tərəfindən hökmdar seçilmişdi. Qəznəyə hücum edən Səlcuqiləri iki dəfə məğlub etdikdən sonra 1053-cü ilində məğlub oldu. 1059-cu ildə ölən sultanın yerinə qardaşı keçdi. Kolit xəstəliyindən ölmüşdür.
Hökmavar
Hökmavar — Təbriz şəhərinin qədim məhəllələrindən biri. Hökmavar (Höhmavar, Hörməvarı, Hörməvar, Hökmavar, Hökmabad) – "Hörmək" yəni daşla, kərpiçlə (kürəbişlə) və ya palçıqla divar hörmək. "Varı" yəni şəklində, formasında; məsələn, Çatmavarı (piramid forması), Şalvarı (Şalvar; iki şal formasında olan geyim) və sairə. Hörməvarılı bağları; hörülmüş şəklində divarları olan bağlar. Təbrizlilər tez danışdığından elə nəzərə gəlir ki, bu sözü qısa deyirlər (höhməvar bağları) və bu əslində Hörməvarı bağlarıdır.
Hökmdar
Hökmdar — orta əsr şərqində feodal dövlətlərin başında duran monarx, padşah, şah, hakim.
Hökmdar-çoban (opera)
“Hökmdar-çoban” (it. Il re pastore (К. 208)) — Mosartın XVIII əsrin mahir opera yazarı Pietro Metastasionun librettosu əsasında yazmış olduğu iki pərdəli opera. Operanın ilk premyerası 23 aprel, 1775 ci ildə Zalsburqda oynanılmışdır. Bu opera 1775 ci ildə Avstriyanın imperatriçası Mariya Terezanın kiçik oğlu knyaz Maksimillian Fransın Zalsburqa rəsmi bir ziyarəti üçün sifariş edilmişdir. == Süjet == Makedoniyalı İsgəndər öyrənir ki, hökmdar Sindoninin oğlu Aminta sadə çoban həyatı sürür, əmr verir ki, taxt səltənətini ona qaytararaq Tamiri ilə evləndirmək istəyir. Lakin Tamiri adlı-sanlı finikiyalı Agenoraya aşiqdir. Aminta isə öz növbəsində finikiyalı bir çobanın qızını - Elizanı sevir. Makedoniyalı İsgəndərin iradəsi bu dörd sevgilini bədbəxt etmiş olur. Sonunda Tamiri və Elizanın yalvarmasından sonra onların eşqindən duyğulanan İsgəndər öz hökmünü ləğv edir. == Personajlar == == I Pərdə == === Ariyalar === №.1 Uvertüra Intendo amico rio (Aminta) №.2 Aria.
Hökmdar (Makiavelli)
Hökmdar və ya Şahzadə — (it. Il Principe ; it. il ˈprintʃipe lat. De Principatibus) 16-cı əsrdə Florensiyalı (İtaliya) diplomat və siyasi nəzəriyyəçi Nikkolo Makiavelli tərəfindən yazılmış, hökümdar və kraliyyət üzvlərinin siyasi hökm və strategiyaları üçün nəzərdə tutulmuş təlim kitabıdır. Kitabın ümumi mövzusu, şahzadələrin şöhrət və sağ qalmaq kimi məqsədlərinin bu məqsədlərə çatmaq üçün hər bir vasitələrdən istifadə etməyə haqq qazandıra biləcəyini qəbul etməkdir. Makiavellinin ən məşhur əsəri sayılır və daha sonra ortaya çıxan "Makiavellizm" nəzəriyyəsinin təməlini yaratmışdır. Şahzadənin bəzən müasir fəlsəfənin , xüsusən də müasir siyasi fəlsəfənin ilk sərlərindən biri olduğu iddia edilir , burada "təsirli" həqiqət hər hansı bir mücərrəd idealdan daha vacib sayılır. O, həmçinin dövrün dominant katolik və sxolastik doktrinaları ilə, xüsusən də siyasət və etika ilə bağlı olanlarla birbaşa ziddiyyət təşkil etməsi ilə diqqət çəkir . == Məzmun == Şahzadə həll edəcəyi mövzunu təsvir etməklə başlayır. Birinci cümlədə Makiavelli " dövlət " (İtalyanca stato , həm də " vəziyyət " mənasını verə bilər) sözündən neytral mənada "ali siyasi hakimiyyətin bütün təşkili formalarını, istər respublika, istərsə də knyazlıq formalarını" əhatə etmək üçün istifadə edir.
Hökmdar hamamı (Qədim Gəncə)
Hökmdar hamamı — Qədim Gəncə ərazisində, Hökmdar sarayı kompleksinə daxil olan XVI əsrə aid tarix-memarlıq abidəsidir. == Tarixi == Xan hamamı 1938-1939-cu illərdə Qədim Gəncə qalası ərazisində aparılmış arxeoloji qazıntılar zamanı, birinci qala divarı daxilində yerləşən Hökmdar sarayının yanında aşkar edilmişdir. Tikilinin memarlıq xüsusiyyətləri, otaqların və suyun qızdırılması üçün şəraitin yaradılması, həmçinin iki su kəmərinin aşkarlanması tədqiqatçıların bu tikilinin hamam olmasını deməyə əsas vermişdir. Hamam ərazisindən 3 metr dərinlikdə sikkə dəfinəsi üzə çıxarılmışdır. Dəfinədə XII-XIII əsrlərə aid 104 mis sikkə olmuşdur. == Memarlıq xüsusiyyətləri == Tikili ərazisində 40-50 sm qalınlıqlı divarlara malik tüstü boruları və istiliyin təsiri ilə yanmış otaqlar aşkarlanmışdır. Hamamın aşmış divarlarından biri üzərində bir neçə qat əhəng məhlulu üzlüyü vardır. Divarın ən yuxarı hissəsi isə üçbucaqlardan əmələ gələn kobud həndəsi naxışlarla bəzədilmişdir. Həmçinin, tikilinin altından keçən iki boru kəməri aşkarlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи.
Hökmdar sarayı (Qədim Gəncə)
Hökmdar sarayı — Qədim Gəncə qala-şəhərində yerləşən XI-XII əsrlərə aid tarix-memarlıq abidəsidir. Abidə 1939-1940-cı illərdə arxeoloq İ. Cəfərzadənin rəhbərliyi ilə aparılmış qazıntı-tədqiqat işləri zamanı aşkar edilmiş və öyrənilmişdir. Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır. Sarayın aid olduğu dövrün müəyyən edilməsində əsas rolu kompleks ərazisindən əldə edilmiş keramika qalıqları və sikkələr oynamışlar. Saray binasının və kompleksə daxil olan digər tikililərin divarları çiy kərpic və gil məhlulundan istifadə edilməklə inşa edilmişdir. Yalnız kompleksi əhatə edən divarların inşasında çaydaşı və əhəng məhlulundan istifadə olunmuşdur. == Tarixi == 1939-cu ildə Qədim Gəncə qalasının birinci qala divarı daxilində, qala divarının şərq künc qülləsindən 200 addım şimalda həyata keçirilmiş qazıntılar zamanı 240 m2 sahəyə malik yaşayış kompleksinin qalıqları aşkarlanmışdır. Yaşayış kompleksinin ətrafında çoxlu sayda xidməti otaqlar da açılmışdır. Dəbdəbəli xüsusiyyəti, orta əsrlər üçün həddən artıq böyük olan ərazisi və yerləşdiyi əraziyə (kompleks şəhərin tam mərkəzində, sitadelin daxilində yerləşir) görə aşkarlanmış kompleksin Hökmdar sarayı olması qərarına gəlinmişdir. Saray ərazisində aparılmış arxeoloji qazıntılar, Qədim Gəncənin XI-XV əsrlərdə məişəti lə bağlı bir sıra məsələlərə cavab verməyə şərait yaratmışdır.
Hökmdarın taleyi (film, 2008)
Hökmdarın taleyi — Film Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrünü əhatə edir. Ekran əsərinin dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" faciəli pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir. "Hökmdar və qızı" filminin musiqisi Polad Bülbüloğluna məxsusdur. Mürəkkəb və çətin süjetə malik olan gərgin dramatizmi ilə fərqlənən film Şəkidə lentə alınmışdır. == Məzmun == Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahimxəlil Xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur. == Film haqqında == Filmin çəkilişi Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.
Hökmranlıq qəzeti
Hökmranlıq qəzeti (Osmanlı Türkcəsi:حاكميت مل 10) yanvar 1920-ci ildə Ankarada Müstəqillik Döyüşü zamanı Mustafa Kamal Paşa-nın başçılıq etdiyi Anadolu və Rumeli Hüquqları Müdafiə Birliyinin nümayəndə heyətinin nəşr orqanı olaraq nəşrinə başladı türkcə qəzetdir.Sivas Konqresindən sonra milli mübarizə hərəkatının yayım orqanı olaraq Missiya Heyətinin nəzarəti altında Sivasda çıxarılan Will-i Milliye’nin davamıdır. Əvvəlcə həftədə iki dəfə nəşr olunan qəzet 6 fevral 1921-ci ildən gündəlik nəşr olunmağa davam edir. Milli Mübarizə dövrü qəzetlərinin lideri və əsas xəbər mənbəyidir.Mustafa Kamal Paşa qəzetdə köşə yazarı idi. Müstəqillik Döyüşünün qələbəsindən və Cümhuriyyət elan edildikdən sonra Cümhuriyyət Xalq Partiyasının yarı rəsmi nəşr orqanı olaraq həyatını davam etdirən Hakimiyet-i Milliye 1934-cü ildə Ulus adlandırıldı. == Qəzetin quruluşu == Heyət Sivasdan ayrılıb Ankaraya gəldikdən sonra, mübarizənin vəziyyəti haqqında ictimaiyyətə və xarici dünyaya məlumat vermək və milli mübarizənin lehinə təbliğat aparmaq üçün Ankarada yeni bir qəzet nəşr etmək qərarına gəldi. Qəzetin adı; Sivasda Will-i Milliye'yi yaydığı üçün "Hakimiyet-i Milliye için" olaraq təyin olundu.Həftədə iki gün və dörd səhifə nəşr olunmağa başlayan qəzetin ilk nömrələri Ankara qubernatorluğunun aşağı qatında olan Vilayət mətbəəsində nəşr olundu. Vilayət Mətbəəsinin bütün maşınları və işçiləri Hakimiyet-i Milliyəyə verildi. Qəzetin ofisi Ulus meydanında Vəli Xanda yerləşirdi.Qəzetin məsul direktoru Rəcəb Zühtü bəy və baş redaktor Nizaməddin Nazif idi. Heyət üzvü Hakkı Behiç bəy məqalələrin yayılması və yayımlanması ilə maraqlandı. Mustafa Kamalın Hakkı Behiçə verdiyi öz düşüncələri var digər məqalələr bir-bir araşdırıldı.
Hökməli
Hökməli — Azərbaycan Respublikasının Abşeron rayonunun Hökməli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Hökməli bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
II Kvirike (Şəki-Kaxeti hökmdarı)
II Kvirike (Şəki/Eretidə); IV Kvirike (Kaxetidə (gürc. კვირიკე IV )) – Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1082-ci ildə çəkilir və 1104-cü ildə vəfat etməsi göstərilir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi isə səhvən II Kvirikenin 1084-сü ildən 1102-ci ilə qədər hakimiyyətdə olduğunu və 1102-ci ildə vəfat etdiyini göstərir. ХII əsr erməni tarixçisi Samuel Anesi 1082-ci il üçün Şəki çarı Kverikenin adını çəkir. “Çarlar-çarı Davidin həyatı” adlanan ХII əsr anonim gürcü mənbəsinə görə “Çarlar-çarı Davidin həyatı”na görə, Gürcü çarı IV David Zeda-Zedeni qalasını II Kvirikenin əlindən aldıqdan bir il sonra (1104) II Kvirike vəfat etmişdir. Zeda-Zedeni (Zedazeni) qalası Tiflisin şimalında idi və “Kartlis tsxovreba”nın XVI əsr redaktəsində (“Çariça Annanın siyahısı”) çar Davidin həmin qalanı 1003-cü ildə ələ keçirməsi göstərilir. == İstinadlar == == Ədəbiyyat == Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). Тбилиси: Мацниереба. 1982.
II Mahmud (Böyük Səlcuq hökmdarı)
II Mahmud (d. 1105 – v. 1131) — 1118-ci ildə Böyük Səlcuq, 1118-1131 illərində isə İraq Səlcuq sultanı.
II Məhəmməd (Səfəvi hökmdarı)
Şah II Məhəmməd (1772 −1796) — Səfəvi şahzadəsi, Səfəvi şahı. == Həyatı == Şah II Məhəmməd Şah II Təhmasibin qız nəvəsi İsmət sultan Səfəvidəndir. Atası Seyid Murtuz Şah Sultan Hüseyn'in oğludur. 1773-cü ildə Şah III İsmayılın ölümündən sonra o qanuni İran şahı təyin edildi. Şah olduqdan sonra qohumu Haşim mirzə Səfəviyə toxunmadı. Onun himayəarı Ağa Məhəmməd xan Qacar idi. Şah Hindistan səfərində qəfildən ölmüşdür.
II Süleyman (Səfəvi hökmdarı)
II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎; iyun 1714, İsfahan – may 1763, Məşhəd, Xorasan), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. Səfəvi şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarıdır. == Həyatı == Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü.
II Şah Səfi (Səfəvi hökmdarı)
I Arslanşah (Kirman Səlcuq hökmdarı)
Arslanşah (1072 – 1142) — Səlcuq şahzadəsi, Kirmanşahın oğlu. == Hakimiyyəti == İranşahın hakimiyyəti dövründə saraydan qaçıb sadə bir ayaqqabıçı ailəsində yaşayırmış.Onun ölümündən sonra Kirman əyanları tərəfindən taxta çıxarılmışdır. 40 illik hakimiyyəti 1141-ci ildə sonlanmışdır. Ölümü ilə Yəzd Atabəylər dövlətinin hakimi Sam ibn Vərdanruz Yəzdi ələ keçirmiş, Səlcuqlarla problemlər yaranmışdı.

Значение слова в других словарях