HƏMYERLİ

is. Biri ilə bir yerdə doğulmuş: yurddaş, həmvətən.
[Qədir] Yevlaxda öz həmyerlilərinə rast gələndə onlar həmişə Qədiri kəndə dəvət edirdilər. Ə.Sadıq.
[Professor] kəndlərinin yaşıllaşdırılması barədə bir-iki dəfə qəzetdə oxumuş, şəhərə gələn həmyerlilərindən eşitmişdi. İ.Əfəndiyev.

Синонимы

  • HƏMYERLİ HƏMYERLİ (bir verdən olan) [Camal:] O ancaq həmyerlilərinə qiymət verməyi bacarır (Y.Şirvan); BİRELLİ Birelli deyilik, üz-üzə gəlməyəcəyik? (M
HƏMYAŞLILIQ
HƏMZAD
OBASTAN VİKİ
Həmyerli (1989)
== Məzmun == Böyük bir şəhərdə iki həmyerli təsadüfən rastlaşır. Onlardan biri kənddən çoxdan çıxmış və şəhərdə məskunlaşmışdır. Digəri isə şəhərə yenicə gəlmişdir… Müəlliflər göstərirlər ki, xarakterlərin toqquşması və həyat şəraiti insan taleyini kəskin şəkildə dəyişə bilər. Bu dünyada öz yerini necə axtarıb tapmalı? Qəlbinin səsini necə eşitməli? Film tamaşaçını bu suallar ətrafında düşünməyə çağırır. Kinolentdə namus və xeyirxahlıq, insanpərvərlik və halallıq, torpağa və doğma xalqa məhəbbət kimi hisslər tərənnüm olunur. == Film haqqında == Film Əkrəm Əylislinin "Ürək yaman şeydir" hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Valeri Kərimov Ssenari müəllifi: Əkrəm Əylisli Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Rauf Əliyev Səs operatoru: Tatyana Kərimova Quraşdırılmış çəkilişlərin operatoru: Ramiz Babayev İkinci rejissor: Yusif Əlizadə (Yusif Əliyev kimi) Filmin direktoru: Nadir Əliyev === Rollarda === Tofiq Qarayev — Əjdər Şahin Əliyev — Samir Səməd Heydərov — Teymur Mayak Kərimov Elxan Quliyev Gündüz Abbasov Kamil Məhərrəmov İdris Rüstəmov Dadaş Kazımov M. Hacıyeva == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Həmyerli (film, 1989)

İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyəti
İrəvan Quberniyası Müsəlmanlarının Həmyerlilər Cəmiyyəti və ya İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı (az-əbcəd. ایروان والیلیگی مسلمانلری یرداشلیگی‎) — Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə İrəvan quberniyasının soyqırımına məruz qalan türk-müsəlman əhalisi arasında əlaqələr yaratmaq və həmin quberniyadan olan azərbaycanlı qaçqınlara maddi yardım göstərmək məqsədilə Bakıda yaradılmış qurum. İrəvan quberniyası, həmçinin Naxçıvan bölgəsilə əlaqələrin yaradılması və inkişafında, buradakı yerli azərbaycanlı əhalinin problemlərinin həllində əslən keçmiş İrəvan quberniyasından olan ictimai xadimlərin, ziyalıların, onların yaratdıqları təşkilatların və cəmiyyətlərin mühüm rolu olmuşdur. 1919-cu il yanvarın 2-də Bakıda İrəvan quberniyası ictimai xadimlərinin müşavirəsi keçirildi. Araz-Türk Cümhuriyyətinin nümayəndəsi P. Bayrambəyov müşavirə iştirakçılarını İrəvan quberniyası müsəlmanlarının faciəli vəziyyəti ilə tanış etdi. O, Araz-Türk Cümhuriyyətinin yaranması tarixi barədə də ətraflı məlumat verdi. Müşavirədə tarixi Azərbaycan ərazisi olan İrəvan quberniyasını tutmaq, bu mümkün olmadıqda isə Ararat Cümhuriyyəti müsəlmanlara qarşı törədilən vəhşiliklərin qarşısını almaq üçün tədbirlər görməyə məcbur etmək qərara alındı. Bölgəyə qarışıq komissiya göndərmək xahişi ilə ingilis generalı Tomsona müraciət etmək, onunla görüşmək məqsədilə Teymur bəy Makinski, P.Bayrambəyov və başqalarından ibarət nümayəndə heyəti yaratmaq, yerli azərbaycanlı əhalinin ağır vəziyyətilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökumətinə memorandumlar vermək də nəzərdə tutulurdu. Qərara uyğun olaraq, 1919-cu il yanvarın 5-də Parlamentin binasında keçmiş İrəvan quberniyasında, o cümlədən Naxçıvan bölgəsində yaşayan azərbaycanlıların nümayəndələrinin fövqəladə iclası keçirildi, mahaldakı mövcud vəziyyət müzakirə olundu və İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı adlı cəmiyyət yaradıldı. Yanvarın 6-da cəmiyyətin iclasında aşağıdakı tərkibdə idarə heyəti seçildi: Teymur bəy Makinski (sədr), H.Qasımov (sədr müavini), R.İsmayılov (katib), M.Sidqi (katibin müavini) və Abbasəli bəy Makinski (xəzinədar).
Həmyerlilər
Həmyerlilər — 1998-ci ildə rejissorlar Lütfi Məmmədbəyov və Əmirhüseyn Məcidov tərəfindən eyniadlı pyes əsasında ekranlaşdırılmış tammetrajlı televiziya tamaşası. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolları Bürcəli Əsgərov,Səyavuş Aslan, Tariyel Qasımov,Nübar Novruzova və Hacı İsmayılov ifa edirlər. Əsərin müəllifi Altay Məmmədovdur. == Məzmun == Televiziya tamaşasında hadisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən idarələrin birində və ətrafında cərəyan edir. Belə ki, hadisələr idarəyə yeni inspektorun(əslində, nazir müavininin) təyin edilməsi ilə üz verir. Yeni işçinin rəhbərin həmyerlisi olması idarənin qəliz taleyi üçün ümid yeri hesab edilir, fəqət inspektorun(Tariyel Qasımov) öz işini dürüst şəkildə yerinə yetirməsi," Həmyerli" məsələsini dövlətə sədaqətlə xidmətdən üstün tutmaması idarə rəhbərliyinin planlarını alt-üst edir. Televiziya tamaşasında günün ümdə məsələləri işıq üzü görür. Rüşvətxorluq, həmyerlipərəstlik, dələduzluq, şan-şöhrətə aludə kimi əyriliklər ekran həllini tapır. Tamaşanın ən yaddaqalan süjeti isə sonda hər kəsin Xanım xalanın(Lətifə Əliyeva) sayəsində inspektorun, əslində, nazir müavini olduğunu bilməsidir.

Значение слова в других словарях