1. Həssas adamın xüsusiyyəti, keyfiyyəti.
[Dilbər Əbdüləli bəyə:] Sizdə cəsarət və həssaslıq yoxsa, öz bəxtinizdən küsün.
Gülər [Elmarın] bu həssaslığına heyrətdən çox, tavanasız bir dərd ilə baxırdı.
2. Həssas şeyin keyfiyyəti. Cihazın həssaslığı. Dərinin həssaslığı.
3. Həssaslıqla şəklində zərf – diqqətlə, qayğı ilə, qayğıkeşliklə, ürək yanğısı ilə, xeyirxahlıqla. Şikayətçini həssaslıqla dinləmək.