1. İçməyə sövq və ya məcbur etmək; içdirmək. Su içirtmək.
– Əzizim, qandı ürək; Yar sözün dandı ürək; Şirin şərbət içirtdin; Nədən bəs yandı ürək? ( ).
Bir əlində sudur, bir əlində od; Gah verib içirdər, gah yaxar gedər.
[Mirzənin] böyük oğlu təbib bir yanında əyləşib, tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca dərman içirdirdi.
2. İçki verib kefləndirmək, sərxoş etmək; keflənməsinə səbəb olmaq. Onu kim içirdibdir?