Naz, qəmzə, şivə; qəmzəli baxış. (“Koroğlu” dastanının lüğəti)
Əli Fəhmi naz sözünün sinonimlərini izah edərkən qeyd edir ki, əgər naz gözəlin hərəkətlərindədirsə, ona işvəli gözəl deyirlər.
Hərdən işvə, qəmzə satan,
Mənimlə ixtilat qatan.
Gələndə at başı tutan,
Şux gözəllər yerindəmi?
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Koroğlu Nigar xanımın belə işvə-nazla gəldiyini görüb, ürəyində dedi: “Bu məqamda türkü oxumayasan neyləyəsən?” (Paris nüsxəsi, 4-cü məclis)