İdeokratiya
İdeokratiya (yun. idea-ideya, kratos hakimiyyət) — 1. konsolidasiya, müəyyən hakim prinsip, ideal və ya dünyagörüşü əsasında həyata keçirən avtoritar hakimiyyət sistemi. İdeokratiya konsolidasiya, müəyyən hakim prinsip, ideal və ya dünyagörüşü əsasında həyata keçirən avtoritar hakimiyyət sistemidir.
İdeokratiya konsepsiyaaı rus siyasi fikrində geniş yayılmışdır və o, diqqətini, dini mənəviyyatın rolu üzərində cəmləyir. XX əsrin əvvəllərində yaşamış rus mütəfəkkirlərinin fikirlərinə görə muxtar mənəviyyatın və demokratik siyasətin yolu insan qəlbində əbədi əlaqələrin və çoxəsrlik qüdsiyyətin məhvinə gətirib çıxarmışdır. Məsələn, P. İ. Novgorodsev "qüdsiyyətin bərpası" üçün "avtonom" mənəviyyatı teonom mənəviyyatla, demokratiyanı isə aqiokratiya (qüdsiyyətin hakimiyyəti) ilə əvəzləməyi təklif edirdi.
Bəzən ideokratiya dedikdə monist ideologiyaya və ya inanclar sisteminə əsaslanan dövlət nəzərdə tutulur. Belə dövlətdə ideologiya total təsirə, hər cür özünəməxsusluğun və qeyri-standartlığın zorakılıqla boğulmasına istiqamətlənir. Hakimiyyət əzmi ilə yüklənmiş ideokratiya hərtərəfli mənəvi ağalığa, şəxsiyyətin mənəvi suverenliyini, müstəqil özünü təyinetməyə olan təbii hüququnu onun əlindən almağa can atır.