İFRAZAT

is. [ ər. “ifraz” söz. cəmi] fiziol. Bədənin ifraz etdiyi maddələr. İrinli ifrazat.
// Nəcis.
…İnsanın və heyvanın bədənindən bayıra çıxan şeylərdə (ifrazatda) həmişə mikroblar vardır. N.Nərimanov.

Синонимы

  • İFRAZAT ifrazat bax nəcis
İFRAZ
İFRAZETDİRİCİ
OBASTAN VİKİ
İfrazat
Maddələr mübadiləsinin son məhsulları ardıcıl olaraq qana, limfaya və toxumalararası mayeyə keçir. Bu maddələr qaz və maye halında olur. Karbon qazı ağciyərlər vasitəsilə bədənimizdən, çıxarıldığı halda, sidik cövhəri, fosfat turşusun duzları, suda həll olmuş xörək duzunun artığı bədənimizdən əsasən böyrəklər vasitəsilə çıxarılır. Bu maddələrin az bir hissəsi isə dəri vasitəsilə bədəndən xaric edilir. Bu maddələr orqanizmdə toplandıqda onu zəhərləyə bilir. Beləliklə, ifrazat prosesi nəticəsində orqanizmin daxili mühiti daima təmiz saxlanılır. Orqanizmdə olan artıq su və onda həll olmuş parçalanma məhsulları, əsasən sidik formasında böyrəklər vasitəsilə xaric olunur. İfrazat üzvlərinə dəri lat. cutis və sidik üzvləri lat. organa uropetica aiddir.
İfrazat sistemi
İfrazat sistemi və ya ekskretor sistem - insan və heyvan orqanizmindən suyu və duzları, maddələr mübadiləsinin son məhsullarını, eləcə də orqanizmə daxil edilən, yaxud orqanizmdə əmələ gələn zəhərli maddələri xaric edən orqanların məcmusu. İbtidailərdə tez həll olunan ekskretlər(ammonyak, sidik cövhəri) diffuziya yolu ilə və ya yığılıb-açılan qovuqcuqlar vasitəsilə xaric olunur. İbtidai çoxhüceyrəlilərdə və az fəal olan dəniz heyvanlarında mübadilə məhsulları bədən səthindən və xarici mühitlə əlaqədar olan boşluqların divarından diffuziya edilir. Təkamül nəticəsində ibtidai qurdlarda və bəzi halqavarı qurdlarda, eləcə də molyuskların sürfələrində xüsusi ifrazat orqanları - protonefridilər - bir ucu dəlik vasitəsilə xaricə açılan, digər (kor) ucu isə daxildə qurtaran borular əmələ gəlmişdir. Halqavarı qurdların əksəriyyətində ifrazat sistemi metanefridilər şəklindədir. Bu boruların bir ucu qıf vasitəsilə selom kisələrinə, digər ucu isə xaricə - sonrakı seqmentin səthinə açılır. Molyusklarda bu qıf ürəkətrafı boşluğa, selom axacağının xarici dəliyi isə manti boşluğuna açılır. Xərçəngkimilərdə ifrazat orqanları kor kisəcik ilə başlayıb, bığların əsasında xaricə açılan qıvrım borulardan (yaşıl vəzilər) ibarətdir. Quru buğumayaqlıları üçün ifrazat funksiyasının bağırsaq divarlarına (bir ucu orta və arxa bağırsağın qovuşduğu yerə açılan, digər ucu isə kor bağırsaq çıxıntıları olan borucuqlar və ya Malpigi damarları topası əmələ gətirir) keçməsi xarakterikdir. İfrazatın xüsusi tipi katabolitlərin çətin həll olunan formaya keçib xüsusi törəmələrdə toplanmasıdır.

Значение слова в других словарях