İkivalyutalı istiqraz

Dual currency bond Bir valyuta ilə kupon ödənilən, lakin müəyyən onlunmuş məbləğdə digər valyuta, çox vaxt, dollar ilə əvəzi ödənilən istiqraz. Adətən, investorlar yuxarı-bazar kuponu alırlar, lakin, bu zaman, hazırkı misal çərçivəsində dolların məzənnəsi məbləğin müəyyən edildiyi dövrdə olan göstəricidən aşağı düşdükdə onlar risk ilə üzləşirlər. Bu istiqrazlar alış valyutası ilə əməliyyat aparan borcgötürənlər üçün sərfəlidir. Çünki, onlar uzunmüddətli məzənnə riski ilə qarşılaşmayacaqlar. Digər borcgötürənlər üçün isə alternativ variant kimi təminatlı məzənnədən istifadə oluna bilər (məsələn, emissiya valyutasında öhdəliklərə malik korporasiyalar ilə).
İkitərəfli bazar
İqtisadi “barometr”
OBASTAN VİKİ
İkivalyutalı istiqraz
İstiqraz
İstiqraz – onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. İstiqraz onun sahibinə həmçinin istiqrazın nominal dəyərindən faiz almaq hüququ və ya digər əşya hüquqları verə bilər. İstiqrazlar- onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik: – istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir. – istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur. – istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir. İstiqrazların emitenti kimdir? İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur.
Xarici istiqraz

Digər lüğətlərdə