İLHAMLANDIRMAQ ..Yenilik yaradan fəhlələri, kəndliləri və ziyalıları ilhamlandırırdı (M.Hüseyn); QOL-QANAD VERMƏK (fr.v.) Yarıb fəzaları bir şimşək kimi; Qol-qanad verirsən qəhrəmanlara (S.Vurğun); QÜVVƏT VERMƏK N.Nərimanovu ehtimal ki, gənc Verterin iztirabları dərindən mütəəssir etmiş və yazıçının qələminə qüvvət vermişdir (M.Arif); CUŞA GƏTİRMƏK, RUHLANDIRMAQ (bax), ŞÖVQLƏNDİRMƏK.