İLTİFAT

1. благоволение, благосклонность, любезность, благорасположение; 2. почтение, уважение; 3. хороший прием;
İLMƏKLİ
İLTİFATKAR, İLTİFATLI
OBASTAN VİKİ
İltifat Lətifov
Lətifov İltifat 26 sentyabr 1948-ci ildə Azərbaycan Respublikasının Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, bu ali məktəbi 1972-ci ildə bitirmişdir. 1974-cü ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya İnstitutunda (QÜFK) aspiranturaya daxil olmuşdur. Dissertasiya işini yerinə yetirmək üçün SSRİ Elmlər Akademiyasının Elementüzvi birləşmələr İnstitutunda akademik A. N. Nesmeyanovun rəhbərlik etdiyi "Metalüzvi birləşmələr sintezi" laboratoriyasına ezam olunmuşdur. 1978-ci ildə "Dəmir və kobaltın ditsiklopentadienil komplekslərinin sintezi və fiziki-kimyəvi tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1979-cu ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki kimya İnstitutuna (QÜFK) qayıtdıqdan sonra keçid metalların yeni tsiklopentadienil kompleksləri əsasında işığa həssas kompozisiyaların yaradılması və bu komplekslərin elektron və fəza quruluşlarının öyrənilməsi istiqamətində elmi işini davam etdirmişdir. 1979–1986-cı illərdə QÜFK İnstitutunda mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1986-cı ildən sektor və laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1990-cı ildə Leninqrad şəhərində "Keçid metalların bir- və ikinüvəli tsiklopentadienil komplekslərinin quruluşunda və reaksiyayagirmə qabiliyyətində elektron və fəza effektləri" mövzusu üzrə doktorluq dissertasiyasını müdəfiə ederək kimya elmləri doktoru elmi dərəcəsi almışdır. O, 1999–2002, 2004–2006, 2010–2012 və 2013–2014 illər ərzində Ali Attestasiya Komissiyasının kimya ixtisası üzrə ekspert şurasının üzvü olmuşdur.2014-cü ildən hal-hazıradək AMEA-nın akad.
İltifat Saleh
Salayev İltifat Saleh oğlu (10 iyun 1935, Boladı, Lənkəran rayonu) — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü. İltifat Saleh 1935-ci il iyunun 10-da Azərbaycanın Lənkəran rayonunun Boladi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1954). ADPİ-nin tarix-fılologiya fakültəsində təhsil almışdır (1956–1961). Əmək fəaliyyətinə Lənkəran rayonunda, Port-İliç şəhər orta məktəbində müəllim kimi başlamışdır (1961–1971). Eyni zamanda Mərkəzi Dövlət arxivinin Lənkəran filialının əməkdaşı olmuşdur (1968–71). Lənkəran rayon zəhmətkeş deputatları sovetinin sədr müavini (1971–1975), Port-İliç şəhər zəhmətkeş deputatları sovetinin sədri (1975–1977), tarix və mədəniyyət abidələrini Könüllü Mühafızə Cəmiyyəti Lənkəran şöbəsinin təlimatçısı (1977–1978), Lənkəran rayon radio verilişlərinin redaktoru (1978), məsul redaktoru (1978–1987) vəzifələrində çalışmışdır. Hazırda Port-İliç şəhər orta məktəbində tədris hissəsi üzrə müdir müavini işləyir (1987-ci ildən). Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölgəsi üzrə məsul katibidir (1995-ci ildən). 1960-cı ildən mətbuatda öz şerləri ilə çıxış edir.
İltifat Əliyarlı
İltifat Musa oğlu Əliyarlı (1949, Birinci Şahsevən, Jdanov rayonu) — Tarixçi-alim, publisist, tarix üzrə fəlsəfə doktoru.[mənbə göstərin] İltifat Əliyarlı 1949-cu ildə Jdanov (indiki Beyləqan) rayonunun Birinci Şahsevən kəndində anadan olub. 1974-cü ildə ADU (indiki BDU)-nun tarix fakuitəsinin əyani şöbəsini bitirib. 1974–1981-ci illərdə Beyləqan rayonunda müəllim, 1982–1995-ci illərdə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan polisiinin tarixi üzrə respublikada ilk dəfə olaraq dissertasiya işi müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-tədqiqatla yanaşı ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul olub. İ. Əliyarlı 1996–2008-ci illərdə AR DİN-in "Mübariz keşikdə" qəzetində çalışıb. O, hazırda qüvvədə olan 2 iyul Polis Gününün təsis edilməsində yaxından iştirak edib. Tarix üzrə fəlsəfə doktoru İ. Əliyarlı polis və Azərbaycan tarixinə dair 6 kitabın və bir neçə elmi məqalələrin müəllifidir. Radio və televiziyada çıxışları olub, dövrü mətbuatda müxtəlif aktual mövzularda 1000-ə yaxın məqaləsi dərc edilib. İ. Əliyarlı 2008-ci ilin sentyabrından AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sistemində işləyib.
İltifat Məmmədov
İltifat Ağaverdi oğlu Məmmədov (20 iyul 1943, Qızılağac, Masallı rayonu – 13 may 2021) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsinin birinci katibi (1989–1991), Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1985–1989), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı (1990–1995). İltifat Ağaverdi oğlu Məmmədov 1943-cü ildə Masallı rayonunun Qızılağac kəndində müəllim ailəsində anadan olmuşdur. 1960-cı ildə Qızılağac kənd orta məktəbini bitirmiş və 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. 1963–1966-cı ildə Sovet Ordusu sıralarında sıralarında hərbi xidmət keçdikdən sonra təhsilini davam etdirmiş, 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirmişdir. Elə həmin ildə təyinatla rayonun Kalinovka kənd orta məktəbinə dil-ədəbiyyat müəllimi olaraq işləməyə göndərilmişdir. Sonrakı illərdə Azərbaycan Kommunist Partiyası Masallı Rayon Komitəsində işləməyə başlayan İltifat Məmmədov 1976–1977-ci illərdə buradakı siyasi maarif kabinetinin müdiri, 1977–1981-ci illərdə Təbliğat və təşviqat şöbəsinin müdiri, 1981–1983-cü illərdə isə Təşkilat-partiya işi şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1983–1985-ci illərdə Azərbaycan KP Masallı Rayon Komitəsinin ikinci katibi olmuş, 1985–1989-cu illərdə Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Həmin illərdə paralel olaraq Bakı Ali Partiya Məktəbində təhsil almışdır. 1989–1991-ci illərdə Azərbaycan KP Masallı Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. İltifat Məmmədov 1976–1991-ci illərdə Masallı Rayon Sovetinin və Masallı Şəhər Sovetinin deputatı olmuş, 1990-cı ildə Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmişdir.

Digər lüğətlərdə