İMAMCÜMƏ
İMAMLIQ
OBASTAN VİKİ
İmamət
İmamət (ərəb. إمامة‎ İmāma; ing. Imamah) — İslam dininin şiə qanadında qəbul edilən dini rəhbərlik və siyasi idarə üsulu. İmamət düşüncəsi İslamda siyasi rəhbərliyin yalnız Məhəmməd peyğəmbərin ailə davamçısı olan imamlara aid olduğunu qəbul edir. Şiəliyin 12-imam və İsmayili təriqətləri isə imamların Əhl əl-Beyt (peyğəmbər ailəsinin) üzvləri olduğu üçün qeyri adi biliyə, məsumluğa və aliliyə malik olduğuna inanır . İmamət ərəb sözü olub, rəhbərlik mənasını daşıyır. Dini terminologiyada isə "İmamət" sözü belə izah edilir: "İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola dəvət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır". Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bəzisi aşağıdakılardan ibarətdir: 1-İmamın Allah tərəfindən təyin olunması: Sünnilərdən fərqli olaraq şiələr imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən təyin edilməsinə əqidə bəsləyir. 2-İmamın ilahi biliklərə yiyələnməsi: Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.
Tarixdə imamət məktəbi (Məhərrəmi)
Tarixdə imamət məktəbi — Qulamhəsən Məhərrəminin kitabı. Bu kitabı təqdim etməkdə məqsədimiz sizi tarixdə imamət məktəbinə dair mövcud olan mühüm mənbələrlə tanış etmək, bu mənbələrə istinad edərək Əhli-beyt məktəbini müxtəlif cəhətlərdən işıqlandırmaqdır. Kitabı oxuduqdan sonra zehninizdə bu mövzu ilə bağlı bir çox suallara cavab tapacaqsınız. “Tarixdə imamət məktəbi” – bu məktəbin təşəkkül tapmasına səbəb olan ictimai-siyasi hadisələrdən başlayaraq müxtəlif xəlifələrin dövründə keçdiyi tarixi prosesləri əhatə edir. Kitab Əhli-beyt tərəfdarı olan səhabələr, tarixin bəzi dönəmlərində bu məktəbin ardıcıllarının rəhbərliyi ilə baş vermiş böyük qiyamlar, müxtəlif təzyiqlər nəticəsində köç etdikləri coğrafi ərazilər, məskunlaşdıqları böyük şəhərlər, yaratdıqları ədəbiyyat və nəhayət, daxildəki parçalanmalarla bağlı ətraflı məlumat təqdim edir. Kitab 2018-ci ildə fars dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 288 səhifədə 60x90 ölçüsündə çap edilib. "Tarixdə İmamət Məktəbi" ( (az.)). qedimqala.az. 2018. İstifadə tarixi: 2019-09-08.

Digər lüğətlərdə