Yunis İmrə
Yunus Əmrə (güm. 1241, Kiçik Asiya[d] – güm. 1321, Kiçik Asiya, Akrotiri və Dekeliya) — Anadoluda türkcə şeirin banilərindən biri; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur.
Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir. Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur.
Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s.