Yunis İmrə

Yunus Əmrə (güm. 1241[1], Kiçik Asiya[d]güm. 1321[1], Kiçik Asiya[3][4][5][7][7]) — Anadoluda türkcə şeirin banilərindən biri[8]; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur.[9][10]

Yunus Əmrə
Yunus Əmrə
Təxəllüsü Bizim Yunus
Doğum tarixi güm. 1241[1]
Doğum yeri Anadolu, Əskişəhər yaxınlığı[2] Sarayköy[3][4]
Vəfat tarixi güm. 1321[1]
Vəfat yeri Anadolu, Əskişəhər, Mihalıççıq, Sarayköy[2][5]
Milliyyəti Türk
Həyat yoldaşı Əlif xatun
Uşaqları İbrahim, İsmayıl
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri XIII-XIV əsrlər
Əsərlərinin dili Türkcə
İstiqamət Divan[6], Təsəvvüf ədəbiyyatı, İslam fəlsəfəsi
Vikimənbənin loqosu Yunus Əmrə Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tapdıq Əmrə ilə tanış olması

[redaktə | mənbəni redaktə et]

Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun[11] müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından[12] Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında[13] oldusa da[14], onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir.[15] Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur.[5][16]

Digər mütəfəkkirlərlə tanış olması

[redaktə | mənbəni redaktə et]

Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir.[11] 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır.[11] Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi[5], Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi[17], məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s. mövzuları mənimsəmişdir.

Yunus Əmrə, "Risalətun-Nushiyyə" adlı məsnəvisinin sonunda belə bir cümlə yazmışdır:"Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi.[18]"

Bu cümləyə əsasən iddia olunur ki, Yunus Əmrə H. 707 (M. 1307/8) tarixlərində həyatda olmuşdur. Adnan Ərzi tərəfindən Bəyazid Dövlət Kitabxanasında tapılmış 7912 nömrəli əlyazmada belə qeyd edilmişdir:

"Vəfatı Yunus Əmrə
Müddəti-Ömür 82
İl 720[18][19]"

Bu sənədə əsasən, Yunus Əmrənin H. 720-ci ildə (M. 1320-1) vəfat etdiyi[20] və bu tarixdən 82 il əvvəl H. 648-ci ildə (M. 1240/41) doğulmuş olduğu iddia olunur.[8]

border=none Əsas məqalə: Yunus Əmrənin məzarı
Qaxın Oncallı kəndindəki Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahında Yunus Əmrəyə aid olduğu iddia edilən məzar

Yunus Əmrənin məzarı olduğu iddia edilən[4] bir çox türbə və məzar vardır: Türkiyədə: Əskişəhər ilinin Mihalıççıq ilçəsinin Sarıköy kəndi (indiki Yunus Əmrə bəldəsi); Qaraman ilindəki Yunus Əmrə məscidinin həyəti; Bursa; Ağsaray ilinin Ortaköy ilçəsinin Rəşadiyə kəndi; Ünyə; Manisanın Kula ilinin Əmrə kəndi; Ərzurum ilinin Dutçu (Dutçu[21], Tuzcu[22] və ya Düzcü[23]) kəndi; Sparta ilinin Gönən və ya Keçiborlu ilçəsi; Afyonkarahisar ilinin Sandıqlı ilçəsi[24]; Sivas yaxınlığında bir yolun üstü, Toqatın Niksar ilçəsi və Azərbaycanda Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığı.[25]

Səyyah Övliya Çələbinin Səyahətnamə əsərində Qaraman ilə əlaqədar olaraq "Kirişçi Ata Məscidi həyətində Yunus Əmrə Həzrətlərinin məzarı vardır."[26] deyə yazır. Əskişəhərin Sarıköy (indiki Yunus Əmrə) kəndində Yunus Əmrənin türbəsi olduğu iddia edilən sahədəki türbə Türkiyə İstiqlaliyyət Müyaribəsi zamanı yunanlar tərəfindən uçurlsa da, 1948-ci ildə ərazidə yenidən türbə tikilməsi məqsədilə hökumətə müraciət edilmişdir.[5] 1949-cu ildə türbə tikilməsi məqsədi ilə aparılan qazıntılarda, 15 nəfərə aid skeletlər tapılmışdı.[26] Qazıntı aparılan sahədə skeletlərin səthə çox yaxın bir nöqtədə olması, ərazinin qədim bir qəbir yeri olduğu barədə ciddi şübhələr doğurmuşdur. Müəyyən bərpa işlərindən sonra 6 may 1949-cu ildə türbənin açılışı olmuşdur.[5]

Bəzi tədqiqatçılar Yunus Əmrənin şeirlərində bəhs edilən 23 yaşayış məntəqəsi adından 20 dənəsinin hazırda Qaraman rayonu sərhədləri içərisində yerləşən kənd, qəsəbə, abidə adları ilə eyni olmasını Yunus Əmrənin hal-hazırda Qaraman olaraq adlandırılan ilin sərhədləri daxilindəki bölgədə yaşayıb və ölmüş ola biləcəyi iddiasını irəli sürürlər.[26]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
Yunus Emre: Aşkın sesi filminin afişası

İşlədiyi mövzularla Anadoluda inkişaf edən Türk ədəbiyyatının nümayəndələrindən sayılan Yunus Əmrə, yalnız xalq və təkkə poeziyasına deyil, divan şeirinə də təsir etmişdir.[17] Hecaəruz vəznlərində yazdığı şeirlərində məhəbbəti əsas tutmuşdur.[18] Təsəvvüflə, İslam ilə əlaqədar misralarında insanın özü, əşyalarla, Allahla olan münasibətlərini mövzusunda yazmış, ölüm, doğum, həyata bağlılıq, İlahi ədalət, insan sevgisi kimi məsələləri müzakirə etmişdir.[18]

Əsərlərinin bir neçə nüsxəsi mövcuddur: Fateh, Nuru-Osmaniyə, Yəhya Əfəndi, Qərəman, Balıqəsir, Niyazi Mısri və Bursa nüsxələri.[27]

Yunus Əmrənin şeirləri bir Divanda toplanmışdır.[11][18] Şeirlər əruz və heca vəznlərində yazılmışdır.[12]

Risalətun-Nushiyyə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Risalətun-Nushiyyə

Adının mənası "Nəsihətlər kitabı"dır. Didaktik əsərdir.[27] Əmrə əsərin sonunda belə bir cümlə yazmışdır:

"Sözə tarix yeddi yüz yeddi idi,
Yunus canı bu yolda fidiidi.

[18]"

Bu cümləyə əsasən müəllifin əsəri H. 707-ci ildə (M. 1307/8) yazmış olduğu iddia olunur.[8][28][29] Əsər, məsnəvi tərzində yazılmış və 573 beytdən ibarətdir. Dini, təsəvvüfi və əxlaqi məzmunludur.[30]

Əmrə sözünün mənası

[redaktə | mənbəni redaktə et]

Anadoluda müxtəlif ozanların, aşıq və dərvişin adında olan Əmrə sözü türkcədə "Aşiq" mənasını verir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəməq/İmrəməq felləri "aşiq olmaq" deməkdir. Əmrə sözü də aşiq mənası daşıyır.[31] Amrağ/Amra/Əmrə çevrilməsinə məruz qalmışdır. Anadoluda "imrəmək" və "imrənmək" feilləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəmək mənaları daşıyır.[32]

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]
2009-cu ildə tədavülə çıxmış 200 Türk lirəsinin arxa üzündə Yunus Əmrənin porteti və Vyanadakı Yunus Əmrə Çeşməsinin şəkli əks olunmuşdur.[33][34]
İskəndər Palanın Yunus Əmrədən bəhs edən Od romanının sonuncu nəşrinin üz qabığı
  • "Od (Bir Yunus romanı)", İskəndər Pala
  • "Yunus Emre", Cahit Öztelli
  • "Aşka Ağlayan Derviş", Mahmut Ulu, bioqrafik roman
  • "Yunus Emre Divan ve Risaletü'n-Nushiyye", Mustafa Tatcı
  • Sarıköylü Yunus Emre, Eskişehir Valiliği, Bahattin Atak
  • "Yunus Emre Divanı", Faruk K. Timurtaş
  • Bizim Yunus, Mustafa Özçelik [1], [2]
  • Yunus Emre Divanı, Burhan Toprak
  • "Yunus Emre Seçme Şiirler", Fide Yayınları
  • "Yunus Emre Külliyatı", 2008
  • "Antologıa Shel Shırım Sufıım Me et Yunus Emre", Denis Ojalvo, Avram Mizrahi ve Selim Amado  (ivr.)
  • "Aşkın Kandili", Galip Argun
  • Əbdülbaqi Gölpınarlı. Yunus Əmrə: Həyatı, sənəti və şerləri. 1952.
  • Əbdülbaqi Gölpınarlı. Yunus Əmrə və təsəvvüf. 1961.
  • Nəzihə Araz. Dərdli dolab və Yunus Əmrənin həyat hekayəsi. 1961.
  • Köyxan Övliya oğlu. Anadolunun iç aydınlığı - Yunus Əmrə. 1963.[35]
  • Tatcı, Mustafa, Divan-ı Yunus Emre (PDF), İstanbul: Akçağ Yayınları, 1998, 2015-05-10 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 2015-05-10
  • Əmrə, Yunus, Əsərləri (PDF), Tərtib edən: Cəlal Bəydilli (Məmmədov), Bakı: Öndər, 2004
  • Quliyev, Elman, Türk xalqları ədəbiyyatı (PDF) (2), Bakı: Qismət, 2009[ölü keçid]
  1. 1 2 3 4 Yunus Emre // Babelio (fr.). 2007.
  2. 1 2 Doğan Kaya. "Yunus Emre'nin Aksaray Ortaköy'deki Mezarı Üzerine Düşünceler" (PDF) (türk.)). dogankaya.com. 1984. 2015-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-10.
  3. 1 2 Quliyev, 2009. səh. 46
  4. 1 2 3 Fahri Yetim. "Yunus Emre'nin Kabri İle İlgili Görüşler Üzerine" (PDF) (türk.)). sbd.ogu.edu.tr, Eskişehir Osmangazi Üniversitesi, Sosyal Bilimler Dergisi. 2005-06-01. 2015-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-10.
  5. 1 2 3 4 5 6 Quliyev, 2009. səh. 47
  6. Timurtaş, F. K. 2009, Yunus Emre and his Divan Arxivləşdirilib 2014-01-12 at the Wayback Machine, Babıali Yayınları.  (ing.)
  7. 1 2 "YUNUS EMRE" (türk.)). gazi.edu.tr. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  8. 1 2 3 "Yunus Emre Kimdir?" (türk.)). meb.gov.tr. 2012-12-05. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  9. [www.mihder.org.tr/userfiles/file/YUNUSEMRE.doc "T.C. Eskişehir İli Yunusemre Belediye Başkanlığı"] (#bad_url) (türk.)). mihder.org.tr. 2008-11-05. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  10. "UNESCO Genel Konferansları Tarafından İlan Edilen Anma ve Kutlama Yıldönümleri" (PDF) (türk.)). unesco.org.tr. 2015-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-10.
  11. 1 2 3 4 İbrahim Agah Çubukçu. "Yunus Emre ve Din Felsefesi" (PDF) (türk.)). dergiler.ankara.edu.tr, Ankara Üniversitesi Dergisi. 1996. 2015-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-10.
  12. 1 2 Emek Üşenmez. "Yunus Emre Divanında Türkçe İslami Terimler" (PDF) (türk.)). turkishstudies.net, Turkish Studies. 2013. 2015-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-10.
  13. Seyfullah Korkmaz. "Ahmed Yesevî ve Hacı Bektaş Veli Aralarındaki Bağlar, Fikirleri, Tesirleri ve Türk İslâm Edebiyatına Katkıları" (PDF) (türk.)). erciyes.edu.tr. 2011. 2015-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-10.
  14. Rıza Zelyut. "Hacı Bektaş-ı Veli" (türk.)). gazi.edu.tr, Gazi Üniversitesi. 2000. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  15. "Vilayetname'deki Söylencelere Göre Hacı Bektaş-ı Veli" (türk.)). hacibektas.com. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  16. Vilâyetnâme : Menâkıb-ı Hünkâr Hacı Bektaş-ı Veli, Hazırlayan : Abdülbâki Gölpınarlı, İstanbul 1958, s. 48-49.
  17. 1 2 Esra Akbalık. "Yunus Emre'nin Şiirlerinde Gönül İmgesi" (PDF) (türk.)). Uluslararası Sosyal Araştırmalar Dergisi. 2013. 2014-01-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-10.
  18. 1 2 3 4 5 6 Tatcı, 1998. səh. ?
  19. Adnan Erzi, "Türkiye Kütüphanelerinden Notlar ve Vesikalar I", Türk Tarih Kurumu - Belleten, XIV/53, Ankara 1950
  20. 100 böyük türk. Bakı, 1991. səh.55.
  21. Köprülü, 1976
  22. Fındıkoğlu, 1966
  23. Gölpınarlı, 1963
  24. "TAPDUK EMRE VE YUNUS EMRE" (türk.)). sandiklitso.org.tr. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  25. "Türkiyə Prezidenti Şeyx Yunus Əmrənin məzarını ziyarət edib (YENİLƏNİB)" (az.)). trend.az. 2010-08-17. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  26. 1 2 3 "Türk Dilinin Başkenti Karaman" (PDF) (türk.)). tid.web.tr, Türk İdareciler Derneği, İdarecinin sesi. mart 2011. 2015-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-10.
  27. 1 2 Quliyev, 2009. səh. 48
  28. Risaletü'n-Nushiyye'nin tenkitli ve açıklamalı yayımı için bk. Umay Günay - Osman Horata, Yunus Emre : Risâletü'n-Nushiyye, Ankara 1994
  29. Mustafa Tatçı, Yûnus Emre Dîvânı, Risâletü'n-Nushiyye (Tenkitli Metin) III, Milli Eğitim Bakanlığı Yay., İstanbul 1997
  30. Mustafa, Tatcı. Yûnus Emre Divân ve Risâletü’n-Nushiyye. İstanbul: Sahhaflar Yayınları. 2005.
  31. Büyük Larousse, Milliyet Gazetesi Yayınları, Cilt-7, "Emre"
  32. Türk Dili Sözlüğü, Orhan Hançerlioğlu, Remzi Kitabevi, Sayfa-275
  33. "Türk Lirası'nda yeni yüzler" (türk.)). arsiv.ntvmsnbc.com. 2008-10-03. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  34. "E 9 - İkiyüz Türk Lirası I. Tertip" (türk.)). tcmb.gov.tr. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  35. "Yunus Emre'nin Eserleri Enkucuk.com". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]