incəsənət xadimləri

the art-pundits * жрецы искусства
incəlib sapa dönmək
İncəsənət qurbanlar tələb edir.
OBASTAN VİKİ
Teatr Xadimləri İttifaqı
Azərbaycan Teatr Xadimləri İttifaqı — Azərbaycan teatr xadimlərini və səhnə həvəskarını tərkibində birləşdirən ən böyük ictimai təşkilatı. 1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistləri İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılmışdır. Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq etmişlər. Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik etmişlər. XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi fəaliyyətə başlayan bu ictimai birlik ötən əsrin 50-ci illərindən etibarən artıq teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşmışdır. Milli teatr prosesində fəal iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqı müstəqillik illərində müxtəlif formatlı teatr festivalları təşkil etmişdir. Bunlardan dörd "Monotamaşa", iki "Him-cim" (Pantomim), iki "Eksperimental tamaşalar", "Festivallar festivalı", "Milli klassika", Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Teatr Gününə həsr olunmuş gənc rejissorların "Yeni teatr" Respublika Festivalı, Uşaq tamaşaları Festivalı, "Beynəlxalq Çexov Festivalının "İpək yolu" mərhələsi", "Boş məkanın dolğunluğu", "2+1" Eksperimental teatr festivalı kimi tədbirlər Azərbaycanın teatr həyatında xüsusi canlanma yaratmış, teatr sənətinin inkişafında böyük rol oynamışdır. Keçirilən festivallar Azərbaycanın teatr aləmində yeni-yeni adlar üzə çıxarmış, istedadlı gənclərin yetişməsində böyük rol oynamışdır. İttifaq son illərdə ölkədə bədii qiraət sahəsinə marağı artırmaq məqsədilə görkəmli qiraət ustaları Həsən Əbluc və Müxlis Cənizadənin xatirələrinə həsr edilmiş bədii qiraət müsabiqələri keçirmişdir. Teatr Xadimləri İttifaqı həmçinin Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə teatr rəssamlarının I Biyennal sərgisini də keçirmişdir.
İncəsənət
İncəsənət — insan hisslərinin təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür. Bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir və praktik mənəvi qavramanın spesifik növüdür. Gerçəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat), həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino) müəyyən olunur. İncəsənət dinləyici və ya tamaşaçıya informasiyanın qrafika, musiqi, rəqs və ya da bunların bir neçəsinin toplumundan ibarət olan teatr, balet, kinematoqrafiya ilə verilmə ustalığıdır. İncəsənət insanın mədəni fəaliyyətinə aid olduğundan onun kökü insanlar arasında kommunikasiya yarandığı dövrlərə gedib çıxır. Sonralar inkişaf nəticəsində o sərbəst mədəni-estetik prosesə çevrilərək öz sırf dillə bağlı mahiyyətindən kənara çıxır. Nəyin incəsənət adlandırılması bu və ya digər cəmiyyətin inkişafı dövründə malik olduğu estetik norma və dəyərləndirmə dərəcəsindən asılıdır. İncəsənətin növləri məqsədəuyğun şəkildə təsnifləşdirilmişdir.
Antisosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. == Tarixi == 1886-cı ildə yaranmışdır.
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Teatr Xadimləri İttifaqı — Azərbaycan teatr xadimlərini və səhnə həvəskarını tərkibində birləşdirən ən böyük ictimai təşkilatı. == Tarixi == 1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistləri İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılmışdır. Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq etmişlər. Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik etmişlər. XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi fəaliyyətə başlayan bu ictimai birlik ötən əsrin 50-ci illərindən etibarən artıq teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşmışdır. Milli teatr prosesində fəal iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqı müstəqillik illərində müxtəlif formatlı teatr festivalları təşkil etmişdir. Bunlardan dörd "Monotamaşa", iki "Him-cim" (Pantomim), iki "Eksperimental tamaşalar", "Festivallar festivalı", "Milli klassika", Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Teatr Gününə həsr olunmuş gənc rejissorların "Yeni teatr" Respublika Festivalı, Uşaq tamaşaları Festivalı, "Beynəlxalq Çexov Festivalının "İpək yolu" mərhələsi", "Boş məkanın dolğunluğu", "2+1" Eksperimental teatr festivalı kimi tədbirlər Azərbaycanın teatr həyatında xüsusi canlanma yaratmış, teatr sənətinin inkişafında böyük rol oynamışdır. Keçirilən festivallar Azərbaycanın teatr aləmində yeni-yeni adlar üzə çıxarmış, istedadlı gənclərin yetişməsində böyük rol oynamışdır. İttifaq son illərdə ölkədə bədii qiraət sahəsinə marağı artırmaq məqsədilə görkəmli qiraət ustaları Həsən Əbluc və Müxlis Cənizadənin xatirələrinə həsr edilmiş bədii qiraət müsabiqələri keçirmişdir. Teatr Xadimləri İttifaqı həmçinin Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə teatr rəssamlarının I Biyennal sərgisini də keçirmişdir.
Arabesk (incəsənət)
İslimi — Yaxın Şərq, o cümlədən Azərbaycan dekorativ-tətbiqi sənətinin bütün sahələrində istifadə edilən yarpağa bənzər bir və ya iki qanadlı naxış elementidir. İslimi ornament sənətində doldurucu və həm də bağlayıcı elementlərdən hesab edilir. İslimi elementləri formasına görə mürəkkəb olub, xalçaların arasahəsində və haşiyə qurşaqlarında geniş tətbiq olunur. Ən çox Cənubi Azərbaycan xalçalarında yayılmışdır. İsliminin ən yayılmış formaları bunlardır: Sadə islimilər; Qanadlı islimilər; Haçalı islimilər; Hörmə islimilər; Butalı islimilər; İslimibəndlik.
Avanqard (incəsənət)
Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti. == Yaranması, yayılması == "Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı. Tanınmış ingilis musiqişünası P. Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir". == Rusiyada avanqard musiqi == Sovet (rus) musiqişünasığında avanqardın iki fazası, iki dalğası ayırd edilir. Y. Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.
Degenerativ incəsənət
Degenerativ incəsənət (Almanca:Entartete Kunst) Almaniyada Nasist Partiyası tərəfindən modernist incəsənəti təsvir etmək üçün 1920-ci ildə qəbul edilmiş ifadə idi.Adolf Hitlerin diktatorluğu dövründə bir çox sənət əsərləri müxtəlif anti-nasist(kommunist,anti-alman,yəhudi)iddiaları ilə muzeylərdən çıxarılmışdı. Nasist rejimi ilə uyğunlaşa bilməyən,bütün sənət cərəyanları degenerativ incəsənət sayılırdı(Kubizm,sürrealizm,ekspressionizm,dadaizm,fovizm) Bundan əlavə müəllifi yəhudi olan istənilən sənət əsəri degenerativ hesab olunurdu. == "Degenerativ incəsənət" ifadəsinin etimologiyası == "Degenerativ" sözü orta əsrlər almaniyasından gəlir və mənası "üslubunu itirmək" idi.Termin ilk dəfə XIX əsrdə romantik Fridrix Şlegelin alçaldıcı kontekstdə yazdığı "Degenerativ incəsənət" adlı antik dövr poeziyasında işlədilmişdi.Fransız diplomat və yazıçı Artur de Qobino 1853-cü yazdığı "İnsan irqlərinin qeyri bərabərliyi" əsərində bu termini işlətmiş lakin bu zaman antisemitizm və milli-alman mənaları olmadan istifadə etmişdir.Qobinonun bu əsərini alman dilinə 1898–1901-ci illərdə Pan-alman birliyinin üzvü olan Karl Lüdviq Şeman tərcümə etmişdir. Rixard Vaqner 1850-ci ildə "Müsiqidə Yəhudilik" adlı məqaləsini nəşr etdirmiş və burada müsiqidə yəhudilərin təsirini qınamış və yəhudiları azad etməyə çağırmışdı. 1892–1893-cü illərdə yəhudi mədəniyyət tənqidçisi Maks Nordau "Degenerasiya" adlı əsərində incəsənətin degenerasiyasının sənətkarların degenerasiyasını izləyəcəyini yazmışdı.Onun tezisləri sonralar Milli Sosialistlər və Hitler tərəfindən alınmışdır. 18 dekabr 1901-ci ildə "Siegessal"(Qələbə abidəsi)-ın açılışındakı çıxışında II Vilhelm modernist incəsənət haqqında tənqidlər səsləndirmişdir. == Təmizləmə == 1933-cü il Yanvarın 31-də Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə təmizləmə işlərinə başlanıldı.Sənətkar və musiqiçilərin müəllimlik fəaliyyəti dayandırıldı,kitabların yandılması təşkil olunmağa başlandı.1933-cü ilin Sentyabrında Reyx Mədəniyyət Palatası quruldu.Və Yozef Gebbels üçüncü reyxin əsas təbliğatçısı oldu.1935-ci ildə palatanın artıq 100000-dən çox üzvü var idi. Buna baxmayaraq 1933–1934-cü illərdə Partiya daxilində ekspressiyonizm haqqında qarışıqlıq mövcüd idi.Gebbels və digərləri Emil Nolde,Ernst Barlax,və Erix Hekel kimi sənətkarların güclü Nordiç ruhunu təmsil etdiyini düşünürdü. "Biz Milli Sosialistlər geridə qalmış deyilik sadəcə siyasətdə deyil incəsənət və bir sıra intelleksual məsələlərdə də müasirliyin daşıyıcısıyıq".Lakin Alfred Rosenberqin başçılıq etdiyi bir fraksiya modernizmə qatı tənqidini bildirdi.1934-cü ilin sentyabrda isə Hitler Reyxdə modernist təcrübələrə qəti yer olmadığını bildirdi.Bu bir çox incəsənət adamının vəziyyətində qeyri-müəyyənlik yaratmışdı.Nasist partiyasının sadiq üzvü olan ekspressiyonist rəssam Emil Noldenin sənət fəaliyyətini dayandırıldı lakin bu məsələ 1936-cı ildən sonra da müzakirə olunurdu.Maks Bekman və Şlemmer kimi bir çox modenist sənətkarlar üçün isə 1937-ci ilə qədər heç bir ümid görünmürdü. Franz Kafkanın kitabları 1939-cu ilə qədər alına bilmirdi.Herman Hesse və Hans Falladanın işləri ideologiya baxımından şübhə altında idi.Kütləvi mədəniyyət təbliğ olunurdu,1939-cu ildə II Dünya müharibəsi başlayana qədər bəzi Hollivud filmləri ("Bir gecədə baş verdi", " San Fransisko", "Küləklə sovrulanlar") sərgilənirdi.
Erotik incəsənət
Erotik incəsənət təsviri incəsənətin geniş bir sahəsidir. Bunlar ümumiyyətlə insan çılpaqlığını təsvir edən və cinsi stimulyasiyaya yönəlmiş hər hansı bir incəsənət əsəridir. Bu, çox zaman bədii təsviri incəsənət əsərlərinin azadlığı hesab olunur. Ona, rəsmlər, rəsmxətlər, oymalar, filmlər, fotoşəkillər və heykəllər daxil olmaqla bütün təsviri incəsənət əsərləri daxildir. Məlum olan ən qədim sənət əsərlərindən bəziləri tarix boyu müxtəlif cəmiyyətlərdə təkrarlanan erotik mövzuları əhatə edir. Bununla bərabər, onlar "pornoqrafik", "əxlaqsızlıq" və ya "ədəbsizlik" hesab olunduqda, onların yaradılmasını, yayılmasını və saxlanmasını məhdudlaşdıran qanunlar da bir çox cəmiyyətlərdə geniş şəkildə tabu sayılmışdır. Avropada İntibah dövründən başlayaraq xüsusi olaraq aristokratiya üçün yaradılmış erotik incəsənət ənənəsi mövcuddur.
Kinetik incəsənət
Kinetik incəsənət — tamaşaçı tərəfindən qavranılan hərəkəti özündə cəmləşdirən və ya təsiri üçün hərəkətdən asılı olan bir sənət növüdür. İzləyicinin sənət əsərinə baxışını genişləndirən və çoxölçülü hərəkəti ehtiva edən kətan rəsmləri kinetik sənətin ən qədim nümunələridir. Daha doğrusu, kinetik sənət bu gün ən çox üçölçülü heykəllərə və təbii hərəkət edən və ya maşınla idarə olunan cib telefonlarına aid edilən bir termindir. Hərəkət edən hissələr adətən külək, mühərrik və ya müşahidəçi tərəfindən qidalanır. Kinetik sənət çoxlu üst-üstə düşən texnika və üslubları əhatə edir. == Müasir zaman tədqiqatları == 2013-cü ilin noyabr ayında MİT Muzeyi tərəfindən 5000 Hərəkətli Parça adlı kinetik sənət sərgisi açıldı. Burada rəssamlar Artur Qansonun, Enn Lillinin, Rafael Lozano-Hemmerin, Con Duqlas Pauersin və Takisin əsərləri sərgilənib. Sərgi muzeydə incəsənət forması üzrə xüsusi proqramlaşdırmanın yer aldığı "kinetik sənət ili"ni başlatdı. Neokinetik sənət interaktiv kinetik heykəlləri tapa biləcəyiniz Wuhu Beynəlxalq Heykəl Parkında, Pekin, Çində çox populyarlaşdı.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir. Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır.
Purizm (incəsənət)
Purizm — 1918–1925-ci illər arasında Fransada rəssamlıq və memarlığa sahəsində yayılmış hərəkat. Purizm hərəkatına Amedee Ozenfant və Çarlz Eduard Canneret başçılıq etmişdir. Onlar bu hərəkatı kubizmə əsaslanaraq yaratmışdılar. Purizmdə cismlər sadə formalarda, həndəsi fiqurlar şəklində təsvir edilirdi. Purizmin əsas şərtləri 1918-ci ildə nəşr olunan "Après le Cubisme"("Kubizmdən sonra") kitabında göstərilmişdir. Korbusyer və Amedee Ozenfant purizm yaradıcıları idi. Fernand Leger bir prinsip üzvü idi. Purizm, müharibə ilə nəticələnən Fransa müharibəsi dövründə Dünya müharibəsi dövründə müntəzəmliyi bərpa etmək cəhdi idi. Крючкова В.А. "Кубизм.Орфизм.Пуризм", Москва 2000 Le Purisme, L'Esprit nouveau: revue internationale d'esthétique, 1920.
Qrafika (incəsənət)
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca "graphike" – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır.
Realizm (incəsənət)
Realizm — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir. Realizm bədii hərəkatı ən tez Avropada yayıldı. İtaliyadakı real mövzular Coakkino Tom, Antonio Rotta və Cüzeppe Pelissa da Volpedo tərəfindən və Milanda, növbəti əsrin 50-60-cı illərindən etibarən bir qrup gənc rəssamın həyatı realistlik tendensiyalarına həyat verəcəkdir.
Transqressiv incəsənət
Transqressiv sənəti — adət münasibətlərini və normalarını aradan qaldırmaq istəyən sənətlə bağlı istifadə olunan bir termindir və alıcını (tamaşaçı, dinləyici, oxucu) qarşılaşdıran və ya yenidən incələşdirən, tez-tez şok üsulları. Bu termini istifadə edən ilk sənətkarlardan biri, Transqressiv Kinematoqrafiyasının ("Transgressive Cinematography") qurucusu olan yeraltı rejissor Nik Zedd idi. Transqressiv hərəkatının prekursorları dadaistlər, sürrealistlərdir. Fəlsəfi bir konsepsiya kimi, "transgressiiv" konsepsiyası Mixail Baxtin və Corc Batay əsərlərində formalaşdırılmışdır. Transqressiv sənət üçün, insan orqanında (öz bədəninin həddindən artıq manipulyasiya edilməsinə və ya quruluşda insan cəsədlərinin istifadəsinə qədər), dəlilik və şiddətə qədər yüksək maraq var. Anthony Julius. Transgressions: The Offences of Art. University of Chicago Press , 2003. Kieran Cashell. Aftershock: The Ethics of Contemporary Transgressive Art.
Təsviri incəsənət
Təsviri incəsənət — bədii yaradıcılıq sahələrindən biri. Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uzunluğu 215–220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Orbdubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur.
İbtidai incəsənət
İbtidai incəsənət — ibtidai icma dövrünün incəsənəti. Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc və dəmir) dövrlərinə görə mərhələləşdirirlər. Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz olunur ki, sonuncu b.e.ə. III-II minillikləri əhatə edir. Daha sonra (b.e.ə.
İncəsənət akademiyası
İncəsənət akademiyası — incəsənət ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək, dövrün estetik baxışlarının formalaşmasında, ədəbi-bədii mədəniyyətin, bədii yaradıcılığın meyar və normalarının formalaşmasında, bu əsasda peşə təhsili sənət məktəbinin yaradılmasında iştirak etmək üçün nəzərdə tutulmuş, sənətkarların, bilicilərin və sənətsevərlərin yaradıcı cəmiyyətləri və təşkilatları, habelə ali ixtisas təhsil müəssisələri. İlk incəsənət akademiyaları İtaliyada, intibah dövründə bədii yaradıcılığın aktual əsası kimi antik dövrə marağın yaranması ilə əlaqədar yaranmışdır. Onlar sənətkarlıq icmalarından və rəssamların emalatxanalarından böyümüş, burada öz tələbələri və şagirdləri ilkin hazırlıqlarını almışdılar. Rəssamların hazırlanması üçün məktəblər fərdi şəxslər, pedaqoqlar və himayədarlar, habelə dövlət xadimləri və monarxlar tərəfindən yaradılmışdır. Buna görə də XVII–XVIII əsrlərin klassisizm dövründə Qərbi Avropa ölkələrində və Rusiyada akademiyaların əksəriyyəti kral və ya imperiya adlanırdı. Digər hallarda, universitetlər və ya özəl rəsm məktəbləri gələcək akademiyalar üçün əsas idi, lakin onlar cəmiyyətin və hökumətlərin dəstəyini də tələb edirdilər. Rəsm məktəbləri şagirdlərə rəssamlıq, rəsm və heykəltəraşlıq sənəti haqqında ibtidai biliklər verməklə yanaşı, özünü incəsənətin tədqiqinə həsr etmək istəyən hər kəs üçün təhsil verirdi. Belə məktəblər, eləcə də dövri və daimi rəsm sərgiləri bədii tərbiyə vasitəsinə çevrilirdi. XIX–XX əsrlərin bədii mədəniyyətinin inkişafını akademiyaların fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil, lakin bununla yanaşı, akademiyalar tez-tez mühafizəkarlığın qalasına çevrilir və yenilikçi bədii cərəyanların nümayəndələri tərəfindən tənqid olunurdu. Bu, özəl akademiyaların meydana gəlməsini və aparıcı rəssamların yaratdığı rəsm studiyalarını izah edir.
İncəsənət fəlsəfəsi
İncəsənət fəlsəfəsi — ümumi mədəniyyət fəlsəfəsinin bir seqmenti, özünəməxsusluğu estetikadır ki, bu da sənət fəlsəfəsinin əsasını və mahiyyətini təşkil edir. İncəsənət fəlsəfəsinin (ciddi elmi kateqoriyalara aid edilmir) mərkəzində gerçəkliyin mənimsənilməsinin xüsusi təcrübəsini öyrənən fəlsəfənin bir qolu kimi estetika dayanır. Fəlsəfə İnstitutunun tərifi estetikanı konkret fəlsəfi termin kimi sözün gündəlik (vulqar) istifadəsindən aydın şəkildə ayırır. "Estetika" termini müasir elmi ədəbiyyatda və gündəlik həyatda və fərqli mənada — mədəniyyətin estetik komponentinə və onun estetik komponentlərinə istinad etmək üçün istifadə olunur. Halbuki, incəsənət, yuxarıda qeyd etdiyimiz kimi, təkcə "komponent" deyil, estetikanın hansı estetik işlədiyini öyrənmək, təhlil etmək və proqnozlaşdırmaq üzərində ictimai şüurun formasıdır. Klassik dövrdə gizli estetika romantizm, realizm və simvolizm istiqamətlərində xüsusilə səmərəli inkişaf etmişdir. Mədəniyyətin bütün dəyərlərinin yenidən qiymətləndirilməsinə əsaslanan Nitsşe ilə başlayan postklassik dövr nəzəri estetikanı düzgün (açıq) arxa plana, məktəb nizam-intizamı səviyyəsinə çıxardı. XX əsrdə estetik biliklər digər elmlərin (fəlsəfə, filologiya, dilçilik, psixologiya, sosiologiya, sənətşünaslıq və s.) daxilində ən fəal şəkildə inkişaf etmişdir. Fəlsəfi bir elm kimi estetika daxilində mübahisələr uzun əsrlər boyu davam edir və bu mübahisələrdəki "ayırıcı xətlər" tez-tez aparıcı milli fəlsəfi məktəblər arasındakı fərqləri təkrarlayır. Məsələn, klassik alman estetikası (Kant, Hegel, Şiller) incəsənəti "məqsədsiz məqsədyönlü fəaliyyət", "görünürlük səltənəti", "yaradıcı qüvvələrin oyunu", "Mütləq Ruh" varlığının təzahürü və ifadəsi hesab edir.
İncəsənət jurnalistikası
İncəsənət jurnalistikası — vizual sənətlər, film, ədəbiyyat, musiqi, teatr və memarlığı özündə əks etdirən, ancaq bunlarla sərhədli olmayan sənətlərin reportajı və tənqidiylə maraqlanan jurnalistika sahəsi. Ənənəvi olaraq sənət haqqında yazan jurnalist və tənqidçilərin yazı və sənət əsərləri var. Ədəbiyyatşünaslıq, humanitar elmlər və sənət tarixi sahəsindəki bakalavr təhsillərindən başqa bu sahədə başqa rəsmi qabaqcıl jurnalist təhsili yoxdur. Məsələn, incəsənət jurnalistikası əsas mövzunun incəsənət olduğu bir yayım növüdür və incəsənət nümunələri, kuratorluq, tənqidi nəzəriyyə və ya tədris təcrübəsi olan insanlar tərəfindən (istər instituta, istər akademiya) əsaslı və müstəqil şəkildə həyata keçirilir. Belə bir jurnal çapda, onlayn və ya hər ikisində dərc edilə bilər və müxtəlif auditoriyaLara, o cümlədən qalereyalara, alıcılara, həvəskar və ya peşəkar sənətçilərə və geniş ictimaiyyətə yönəldilə bilər. Bir sözlə, incəsənət jurnalları həm ticarət, həm də istehlak jurnalları və ya hər ikisi ola bilər. Radio və televiziyada da sənət mövzularını əhatə edən xüsusiyyətlər var. Bir əsrdir incəsənət jurnalistikası ictimaiyyətlə sənəti müzakirə etmək və onları sənətə cəlb etmək üsuludur. 1831-ci ildə yaradılan "Lartiste" kimi jurnallar XIX əsrdə müasir sənət nümunələrini və nümunələr haqqında təsəvvürlər yaratdı. Həmçinin bu jurnallar sənət tənqidini də təqdim etdi.
İncəsənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
İncəsənət əsəri
İncəsənət əsəri bir estetik fiziki maddə və ya bədii yaradıcılıq nümunəsidir. Ədəbiyyat və musiqi əsərləri də daxil olmaqla, incəsənət hesab edilən hər hansısa bir əsər istisna olmaqla, bu terminlər, ilk növbədə təsviri incəsənətin maddi, daşına bilən formalarına aiddir. Təsviri incəsənətdə sənət əsəri peşəkar olaraq müəyyən edilmiş və ya ilk növbədə müstəqil estetik funksiyanı yerinə yetirməsi düşünülən fiziki iki və ya üç ölçülü obyektdir.
Naturalizm (incəsənət)
Vizual sənətdə təbiətçilik təbiətin olduğu kimi bir təsvir olaraq ortaya çıxdı. Əslində ilk təbiətşünas əsərlərin Qədim Yunanıstanda klassik sənətkarlar tərəfindən verildiyini söyləmək olar. İntibah dövrü sənətçiləri müəyyən mənada bu anlayışı canlandırdılar. 17-ci əsrdə yaşayan təbiətşünas rəssamlar təbiəti gözəlliyi və çirkinliyi ilə olduğu kimi əks etdirməkdə birləşmişdilər. Təbiətşünas termini də bu əsrdə ilk dəfə istifadə edilmişdir. 1830-cu illərdə İngilis mənzərə rəssamı John Constable, təbiətin bütün tərəflərini olduğu kimi təsvir etmək lazım olduğu fikirini müdafiə etdi. Konstablein təsiri ilə Fransız Barbizon rəssamları yeni Avropa Təbiətşünaslığının mənzərə rəsminin nümayəndələri idi. Bu illərdə Jean-Baptiste Camille Corot, Alfred Sisley, Camille Pissarro və Claude Monet də naturalist əsərlər hazırladılar. 19-cu əsrin sonlarına doğru, Naturalizm Alman rəssamlarına təsir etdi. ABŞ-də Naturalizm 19-cu əsrdə Realizm ilə bir-birinə qarışaraq inkişaf etdi.
Anti-Sosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. == Tarixi == 1886-cı ildə yaranmışdır.
Gürcüstan İncəsənət Muzeyi
Gürcüstan İncəsənət Muzeyi yaxud Gözəl Sənətlər Muzeyi — Gürcüstanın ən əhəmiyyətli muzeylərindən biridir. Tiflisdə Lado Qudiaşvili küçəsində, 1 -də yerləşir. Təxminən 140.000 ədəd Gürcüstana, Şərqə, Rusiyaya və Avropaya aid eksponat qorunub saхlanılır. == Tarixi == 1920-ci il fevralın 1-də Tiflisdə Qərbdə təhsilli gənc gürcüstanlı rəssamların səyləri nəticəsində, günümüzdəki muzeyinin sələfi, Milli İncəsənət Qalereyası açılmışdı. 1932-ci ilin sonunda muzey şəhərin mərkəzinə 13-cü əsrin abidəsi Metexi kilsəsinin ərazisinə köçürüldü. 1945-ci ildə Sovet və Fransa hökumətləri arasında xüsusi razılıq əsasında Gürcüstanın Milli Xəzinəsini təşkil edən çoxsaylı sənət əsərləri - 1921-ci ildəki Qırmızı Ordu işğalından sonra sürgün edilən Gürcüstan hökuməti tərəfindən götürülmüş əlyazmalar, metal məmulatlar, zərgərlik, emal, rəsm əsərləri, Tiflisə qaytarıldı və muzeyin kolleksiyasına əlavə edildi. 30 ildən çox muzeyə rəhbərlik edən görkəmli Gürcüstan sənətşünası Şalva Amiranaşvili (muzeyə onun adı verilmişdir) eksponat toplanmasında mühüm rol oynamışdır. Muzey rəsmi olaraq 1950-ci ildə Gürcüstanın İncəsənət Muzeyi olaraq tanınmışdı, eyni zamanda, o, indiki binasına köçdü. Bina 1838-ci ildə Neoklassik üslubda, Rusiya imperiyası dövründə tikilmiş əvvəllər seminariyaya aid olmuşdu. == Kolleksiya == Muzeyin binası geniş otaqlar və Gürcü, Şərq, Rusiya və Avropa bölmələrindən ibarət olan daimi kolleksiyaya malikdir.
Honkonq İncəsənət Muzeyi
Honqkonq İncəsənət Muzeyi (ing. The Hong Kong Museum of Art; çin. 香港藝術館香港藝術館) — 1962-ci ildə Honqkonq meriyasının binasında açılıb, 1991-ci ildə isə Çimsaçoy rayonunda onun üçün açılan xüsusi binaya köçüb. Honqkonq Mədəniyyət və İstirahət Nazirliyinin idarəsinə tabedir. Honqkonq parkında yerləşən Çay Qabları Muzeyi də İncəsənət Muzeyinin bir bölməsidir. == Muzey haqqında == Muzeyin əsas vəzifəsi çin mədəniyyətinin qorunub saxlanması və yerli ustaların əsərlərinin təşviqidir. Muzeyin kolleksiyasında 16 mindən çox incəsənət nümunəsi, onlar arasında Çin və Honqkonq rəssamları, heykəltaraş və xəttatlarının əsərləri və tarixi əhəmiyyət kəsb edən bir çox obyektlər saxlanılır. Daimi sərgilərdən başqa, beynəlxalq əməkdaşlıq çərçivəsində muzeydə xarici əsərlərin kolleksiyaları nümayiş olunur. Muzey çərşənbə axşamı və Çin Yeni İlinin ilk iki günü istisna olmaqla hər gün ziyarətçilərə açıqdır. İş qrafiki bazar ertəsindən cümə gününə qədər saat 10-dan 18-dək; şənbə, bazar və bayram günlərində saat 10-dan 19-dək; katoliklərin Milad ərəfəsində və Çin Yeni il ərəfəsində saat 10-dan 17-dək.