1. Hələlik, indiki halda, indiki vaxt üçün, hazırkı zamana görə. İndilik bu bəsdir. – İndilik hamı lazım deyil.
Bir-iki nəfər öhdəsinə götürsə kifayətdir…
İndilik bu danışıqları buraxsaq yaxşıdır.
İndilik tikintidə günəmuzd işləmək olar.
2. İs. mənasında. İndiki hal, hazırkı vəziyyət. [Kərim baba:] [Qızıl itin] bir qardaş qədər mənə yaxşılığı keçmişdir.
Sən bunun indiliyini görürsən.