İndossament
Endorsement
1) Vekselin, çekin, konosamentin və digər qiymətli kağızın əks tərəfində ötürücü yazıdır ki, buna uyğun olaraq qiymətli kağıza dair bütün hüquqlar bir şəxsdən digərinə keçir. İndossamenti həyata keçirən şəxs indossant adlanır; 2) Sığorta polisində hər hansı bir düzəlişdir və ya sığorta şərtlərinin dəyişməsi ilə əlaqədar sığorta haqqında müvəqqəti şəhadətnamədir. Qiymətli kağızı saxlayan hər hansı bir qanuni şəxs kağızın özünün mətnində onun ötürülməsinə qadağanı düzəliş etmək hüququna malikdir, bununla əlaqədar indossament qüvvəsini itirir. Ötürücü hüquqlar veksel və ya çek üzrə tədiyyənin, konosament üzrə tədiyyənin alınması ilə bitmir, vekselin köçürülməsi hüququna, akseptin ödənilməsi tələbini, vekselin və digər qiymətli kağızların etiraz edilməsini ehtiva edir. İndossament hər hansı bir şəxsin (indossantın) və ya vekselə münasibətdə təqdim edənin xeyrinə – eləcə də, vekselə və vekselverənə görə tədiyyəçinin özünün xeyrinə indossant tərəfindən edilə bilər. Əgər ötürücü yazıda indossamenti edənin xeyrinə, onun adı yoxdursa, onda o, blank indossamenti (təqdim edənə) adlanır. Sonradan qiymətli kağızın sahibi beləliklə ötürücü yazını adlı edərək, adı bu ötürücü yazıda yaza bilər. Ötürücü yazı qiymətli kağız üzrə bütün borc məbləği qədər sənədin özündə, yer olmadığı halda – sənədə birləşdirilən kağızda edilir. Ötürücü funksiyadan savayı indossament vekseldə və ya çekdə həmçinin zəmanət funksiyasını yerinə yetirir: veksel üzrə hər bir indossant akseptə görə tədiyyəyə görə, çek üzrə indossant isə – tədiyyəyə görə cavabdehdir. İndossant veksel verənlə (çek saxlayanla), avalçı ilə, ödəyici ilə birgə həmrəylik məsuliyyəti daşıyır (baxmayaraq ki, “dövriyyəsiz” düzəlişi ilə indossament vasitəsi ilə öz üzərindən bu məsuliyyəti götürə bilər).