MAC (Media Access Control)
Media Access Control (MAC) — şəbəkə qurğularının ötürmə mühitinə irişmə metodunu təsvir etmək üçün ümumi termin. Çox zaman lokal şəbəkələrə (LAN) aid işlədilir. Yeddi səviyyəli ISO/OSI modelində kanal səviyyəsinin aşağı altsəviyyəsinə aid edilir. Mühitə erişmə metodlarının, kadrların formatının, ünvanlamanın spesifik xüsusiyyətlərini göstərir. Rabitə kanalına çoxlu erişmələri dəstəkləyir, informasiya və idarəedici kadrların qəbulunu və verilişini həyata keçirir, ötürülmə xətalarını aşkarlayır. IEEE 802.3 standartında təyin olunub.