İNİKAS

is. [ ər. ]
1. Bir yerə dəyib geri qayıtma, əksetmə; surətin şüşəyə, suya və ya başqa parlaq bir şeyə dəyib orada əks olunması. Ayın dənizdə inikası.
// Səsin dağa, qayaya və ya başqa bir maneəyə çarpıb oradan çıxmış kimi geri qayıtması. Səsin inikası.
□ İnikas etdirmək – əks etdirmək, göstərmək.
İnikas etmək – əks etmək.
2. fəls. Xarici aləmin surətlər şəklində xəyalımızda canlanması.

Этимология

  • İNİKAS Ərəbcə əks (etdirmək) sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İNHİTAT
İNİLDƏMƏ
OBASTAN VİKİ
İnikas anlayışı
İnikas nəzəriyyəsi
İnikas nəzəriyyəsi Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas edirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır: · İnikas; · Qıcıqlandırma; · Hisslik; · Psixi inikas; · İnikasın şüurlu forması. Ümumiyyətlə materiyaya inkas etdirmə xüsusiyyəti xasdır. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyətidir. İnkasa çoxsaylı misallar göstərmək olar: Bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır: · Mexaniki; · Fiziki; · Kimyəvi. Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır. Onun köməyi ilə canlılar həm canlı, həm də cansız obyektləri inikas etdirir. Bioloji inikasın əsas formaları: · Qıcıq; · Hissslik; · Psixi inikas.

Значение слова в других словарях