Sistem inteqratoru
Sistem inteqratoru (ing. Systems integrator) — ayrı-ayrı alt sistemləri vahid bütövlükdə birləşdirmək üzrə ixtisaslaşan şəxs və ya komanda və podratçı şirkətdir. Onlar həmçinin avtomatlaşdırma problemlərini həll edirlər.
Həmin bu konsepsiya informasiya texnologiyaları sənayesində, müdafiə sənayesində, kütləvi kommunikasiyalarda istifadə olunur. Həmçinin korporativ sistemlərin inteqrasiyasında, biznes proseslərinin idarə edilməsində və fərdi proqramçıların işinin bir hissəsi kimi istifadə olunur.
Gartner lüğətinə görə, sistem inteqratorunun işi fərqli təchizatçılar tərəfindən təchiz edilmiş sistemləri nizama salmaqdır. Xüsusilə, şirkətlər - sistem inteqratorları bu sadaladıqlarımla məşğul olurlar: planlaşdırma, əlaqələndirmə, həyata keçirmə, tərtibat, sınaqdan keçirmə, təkmilləşdirmə, informasiya sistemlərinin saxlanması.
Spencer Smith və John Moore qeyd edir ki, sistem inteqratorları və əlavə dəyər satıcıları (Value Added Reseller) eyni olan kateqoriyalardır. Bu ikisinin arasındakı fərq odur ki, sistem inteqratorları iri korporasiyalarla (böyük İT sistemləri) və kiçik və orta biznesə əlavə dəyər verən satıcılarla (kiçik İT sistemləri) işləməyə yönəlmişdir.
Verilənlərin elektron mübadiləsi
"Definition of SI (System Integrator)".