İntuisiya

lat. intueri (intuitio) – tamaşa etmək, diqqətlə baxma, görmə 1) bir şeyin mahiyyətini incədən-incəyə duyma qabiliyyəti; duyğu, duyma, sezmə, ürəyə damma; 2) insanın xüsusi məntiqi mühakiməyə əl atmadan həqiqəti bilavasitə duymaq, naməlum hadisələrin mahiyyətinə nüfuz etmək qabiliyyəti; 3) həssaslıq, incə hiss etmək qabiliyyəti, mahiyyətə varmaq.
İntibah
İntuitiv
OBASTAN VİKİ
İntuisiya
İntuisiya – (lat. intueri, intuitio – tamaşa etmək, diqqətlə baxma, görmə) bir şeyin mahiyyətini incədən-incəyə duyma qabiliyyəti; duyğu, duyma, sezmə, ürəyə damma; insanın xüsusi məntiqi mühakiməyə əl atmadan həqiqəti bilavasitə duymaq, naməlum hadisələrin mahiyyətinə nüfuz etmək qabiliyyəti; həssaslıq, incə hiss etmək qabiliyyəti, mahiyyətə varmaq. İntuisiya problemin bütün detallarını analiz etmədən, anındaca hadisəyə düzgün qərar vermək qabiliyyətidir. Hadisənin nə vaxt olmasından asılı olmayaraq-keçmişdə, indi , və ya gələcəkdə.İntuisiya özünü dərketmənin məharətlə idarə olunmasıdır. Təsəvvür edək ki, instinkt kökdür, onda intuisiya gövdə, dərkretmə isə pardaxlanmış çiçəkdir. İntuisiyanın inkişafı özünü dərketməyə aparan sonsuz daxili səyahətdir. İntuisiyaya çox vaxt bizi bir çox pis hadisələrdən qorumağa yardımçı olan bir hiss kimi də baxmaq olar. Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Digər lüğətlərdə