IPR

Intellectual Property Rights Intellektual mülkiyyət hüquqları
IP address
IPRA
OBASTAN VİKİ
Üçüncü İpr döyüşü
Paşendeyl döyüşü (Üçüncü İpr döyüşü) (alm. Dritte Flandernschlacht‎; fr. Troisième Bataille des Flandres; nid. Derde Slag om Ieper) (31 iyul — 10 noyabr 1917) — Antanta (ingilis komandanlığı altında) və Alman qüvvələri arasında baş vermiş Birinci dünya müharibəsinin ən böyük döyüşlərindən biri. Döyüş 1917-ci ilin iyulundan 1917-ci ilin noyabrına qədər davam edən bir sıra müxtəlif döyüş əməliyyatlarından ibarət idi. Döyüş Belçika ərazisində, Qərbi Flandriyanın İpr şəhəri yaxınlığındakı Paşandeyl kəndi yaxınlığında aparılmışdı. Paşanadeyl əməliyyatının bir sıra strateji hədəfləri var idi. Əsas vəzifə Alman dənizaltılarının Şimal dənizi sahillərindəki bazalarını məhv etmək və bununla da almanların sərhədsiz sualtı müharibə planına ciddi zərbə vurmaq idi. Hücum zamanı ingilis qüvvələri Paşendeyl bölgəsindəki Alman cəbhəsini yarıb keçmək üçün çoxsaylı cəhdlər etdilər. Bununla yanaşı, təyin olunmuş yerlərdə belə Alman cəbhəsini yarıb keçməyə müvəffəq ola bilmədilər.
İprit
İprit (kimyəvi adı: dixlordietilsulfid) — İprit yağlı maye halında olan maddədir. Kimyəvi təmiz iprit rəngsiz, texniki iprit isə tərkibində olan qarışıqların təsirindən tünd – qəhvəyi rəngdə, istiot və ya sarımsaq iyi verən maddədir. Xüsusi çəkisi 1,3 q/sm3 , qaynama temperaturu 2170 °C, donma temperaturu isə mənfi 140 C-dir. İprit suda çətin, yağ və üzvi həlledicilərdə isə yaxşı həll olur. Suda həll olmuş iprit normal temperaturda hidroliz olaraq tiodiqlikol və xlorid turşusu əmələ gətirir. İprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4–24 saat) dəridə qızartı əmələ gəlir, qızartı getdikcə böyüyür, 2–3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3–5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur. Əgər iprit buxarları gözə düşərsə, 2–4 saatdan sonra gözlərin şişməsi, göz yaşlarının axması, işıqdan qorxma və görmə qabiliyyətinin pozulması halları baş verir. İprit buxarları tənəffüs yollarına düşdükdə 4–12 saatdan sonra zəhərlənmə halları özünü büruzə verir. Quru öskürək və səsin batması müşahidə olunur.