İQİ

is. \[abreviatur „İstehlak Qiyməti İndeksi"\] iqt. İstehlak mallarının qiymətlərindəki dəyişiklikləri ölçən əmsal. ―Həyatın dəyəri" indeksi kimi də tanınır. Qiymətlər dövlət tərəfindən toplanaraq indeksi tərtib edilir.
İQ
İLANQ-İLANQ
OBASTAN VİKİ
İqidi (səhra)
İqidi (ing. Erg Igidi) — Saxaranın qərbində yerləşən qumlu səhra. İnzibati cəhətdən Əlcəzair və Mavritaniya ərazilərinə daxildir. Düzənlikdə qum təpəliləkləri 540 m hündürlüyə, və 400 km uzunluğa malikdir. Bitki örtüyü əsasən efemerli, kol və ot bitkilərindən ibarətdir. Səhraya xas xarmatan küləkləri əsir. Qrunt suları şimal-şərq hissədə səthə daha yaxındır. Yay ayları otlaq kimi istifadə edilir.
İqitkin adası
İqitkin adası (ing. Igitkin Island, aleut. Igitxix̂) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Böyük Sitkin adasından 4,8 km şərqdə yerləşir. 10,8 km uzunluğa malikdir. Maksimal hündürlüyü 33 metrdir. İki hissəsədən ibarətdir və eni 1 km olan bərzəxlə bir-birinə birləşir.