İQTƏ

varislik hüququnun saxlanması şərti ilə torpağın, eləcə də ondan gələn gəlirin hər hansı bir şəxsə verilməsidir. Bu sistem Osmanlı imperiyası dövründə geniş tətbiq edilmiş və timar adlanmışdır. O dövrlərdə timar olaraq ölkənin münbit torpaqları verilirdi. Timarı süvarilər hesab olunan “sipahi” qoşununa verirdilər. Beləliklə, torpaq verilən şəxsin mülkiyyətinə çevrilir və ya ondan gələn gəlir ona verilirdi. İqtəyə verilmiş ərazilərdə yaşayan kəndlilər də torpaqları ilə birlikdə mülkədara aid olurdular. Torpaqdan ayrılmaq istəyən kəndli sipahiyə təzminat ödəməli idi. İqtə sistemi 1839-cu ildə ləğv edilmişdir.
İQBAL MƏHƏMMƏD
İLAH