İRİ-İRİ

прил. (сочет. только с сущ. во мн. ч. ) крупные, большие. İri-iri daşlar крупные камни, iri-iri parçalarla большими кусками, iri-iri dilimlərlə большими дольками, iri-iri hərflərlə большими буквами
İRİ-XIRDA
İRİBAŞ
OBASTAN VİKİ
İri
Aşağı İri (Culfa)
İri arıquş
İri atpıtrağı
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
İri ağacdələn
İri ağacdələn (lat. Dendrocopos major) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin əlvan ağacdələn cinsinə aid heyvan növü. == Xüsusiyyətlər == Tüklərinə baxmayaraq əksəriyyətlə gözə dəyən bir quş deyildirlər. Böyük ağ çiyin yamağı və göz yamağı vardır. Böyüklükləri 23–26 sm, qanad açıqlıqları isə 38–44 sm qədərdir. Kişinin üst parçaları düz və parlaq qaradır, peysərdə tünd qırmızı bir nöqtə, üz və boyun kənarlarında ağ tüklər vardır. Dimdik qara və qıçlar yaşıl bənzəri bozdur. Dişidə və gəncdə, peysərdə tünd qırmızı nöqtə yoxdur amma tac tünd qırmızı rənglidir. Son buzlaq çağı əsnasında yaşayan Tarix əvvəli 'P. m. submajor daxil bir neçə alt cinsi vardır.
İri balqabaq
İri balqabaq (lat. Cucurbita maxima) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü.
İri bayquşcuq
İri dazı
İri dazı (lat. Hypericum ascyron) — dazı cinsinə aid bitki növü.
İri vertikordiya
İri vertikordiya (lat. Verticordia grandis) — mərsinkimilər fəsiləsinin vertikordiya cinsinə aid bitki növü.
İri yapalaqca
İri arıquşu
İri arıquşu (lat. Parus major) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin arıquşu cinsinə aid heyvan növü.
İri fındıq
İri fındıq (lat. Corylus maxima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. Tərkibində 70 % piyli yağ, 9, 6 % şəkər, dəmir duzu, B1 vitamini, qabığında isə boyayıcı və aşı maddələri vardır. Fındıq ləpəsindən sidik yolunda daş əmələ gəldikdə ağrıkəsici vasitə kimi istifadə olunur. Revmatizm xəstəliyinin müalicəsində, həmçinin orqanizm qüvvətdən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır. Omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq borla zəngin olduğundan sümükləri gücləndirir.
Aşağı İri (Culfa)
Aşağı İri (fars. ايري سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.616 nəfər yaşayır (410 ailə).
Qoz iri mənənəsi
Qoz iri mənənəsi - (lat. Pterocallis juglandis) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Qoz iri mənənəsi 4 mm-ə qədər böyüklükdə olub, sarımtıl limon rəngdədir. Qanadlı fərdlərdə baş və döş tutqundur. Bığcıqlar altıbuğumludur. Bədəninin üst hissəsində iki cərgədə girdə ləkələr düzülmüşdür. == Həyat tərzi == Qoz iri mənənəsi partegenotik yolla çoxalır. Kütləvi çoxalma halına may-iyun aylarında təsadüf olunur. Azərbaycanda il ərzində verdiyi nəslin miqdarı dəqiqləşdirilməmişdir. == Yayılması == Qolarktika, Asiyanın hər bir ölkəsi, Azərbaycan, Qafqaz.
Yuxarı İri (Vərziqan)
Yuxarı İri (fars. ايري عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 635 nəfər yaşayır (148 ailə).
İri Buynuzlu koronavirus
İri Buynuzlu koronavirus (BCV və ya BCoV) — Koronaviruslar ailəsinə məxsus virus. Bükülmüş, qapalı və RNT virusları ilə əhatələnmiş səthi var. İnfeksiya dana enteritinə və buzovlarda enzootik sətəlcəm kompleksinə səbəb olur. Yetkin İri Buynuzlularda qış dizenteriyasına da səbəb olur. Virusun transmissiyası tənəffüs yolları vasitəsilə üfüq edir. Transmissiya üfüqi ötürməylə və ya nəcisli oral yoluna daxil olaraq tənəffüs yollarını yoluxdurur. == Klinik əlamətlər və diaqnoz == İnfeksiya normal olaraq bir həftədən üç aya qədər olan buzovlarda baş verir. Klinik əlamətlərə diareya, susuzluq, depressiya, çəkinin azalması və anoreksiya daxildir. Dana burnunda tənəffüs yoluxucu burun axıntısında seroz çıxara bilər. Klinik əlamətləri orta bakteriya infeksiyası ilə daha da pisləşə bilər.
İri ağ vağ
İri ağ vağ (lat. Ardea alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
İri tənək hafı
İri tənək hafı (lat. Hippotion celerio ) — pulcuqluqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. == Qısa təsviri == Qanadları açıq halda 75 mm-dir. Ön qanadlar qəhvəyimtil-qonur olub, zirvədən əsasa doğru çəpinə xətt keçir, orta hücrənin zirvəsində ağ halqa ilə haşiyələnmiş qara nöqtə vardır. Arxa qanadlar çəhrayı rəngdədir, xarici kənarı tünd haşiyələnmişdir, əsasında da tünd rəngli xətt vardır. Qanadların damarları qaraya çalır. == Yayılması == Cənubi Avropa, Kiçik Asiya, Şimali Afrika, Malay Arxipelaqı, Avstraliya, Kanar adaları, Orta Asiya, Cənubi Qafqaz, Azərbaycanda — Talış (Zuvand). == Yaşayış yeri və həyat tərzi == Evritop növdür. Kəpənək iyunda uçur, yeganə fərdə yalnız Zuvandda rast gəlinmişdir.
İri şam ağacı
Qobi iri qəhvəyi yarasası
İri ağ köpək balığı
Böyük ağ köpəkbalığı (lat. Carcharodon carcharias) Lamniformes dəstəsindən olan balıq növü. Bütün okeanlarda isti su olan ərazilərdə, həmçinin Aralıq və Yapon dənizində yaşayır. Onların uzunluğu 7–8 metrə, bəzən isə 12 metrə qədər olur. Ağ köpək balığı yırtıcılıq və gücünə görə köpəkbalıqları arasında ən təhlükəlisi hesab olunur. Dişi fərdləri erkəklərdən daha iri olur. == Qidalanma == Böyük köpəkbalığı ətyeyəndir və balıqlar (məsələn, tuna, vatoz, digər köpəkbalığı növləri), su məməliləri (məsələn, delfin, balina), üzgəcayaqlılar (suiti, xəzli suiti, dəniz şiri), su tısbağası və su quşları ilə qidalanır.
Azərbaycan İri Addımlarla Addımlayır (1979)
Azərbaycan iri addımlarla addımlayır filmi rejissor Vasif Babayev tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. == Məzmun == Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. == Festival və mükafat == 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında sənədli film bütün 4 münsiflər heyətinin Xüsusi Prizinə layiq görülmüşdür.
Azərbaycan iri addımlarla addımlayır (film, 1979)
Azərbaycan iri addımlarla addımlayır filmi rejissor Vasif Babayev tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. == Məzmun == Sənədli televiziya filmi Sov İKP MK-nın Baş katib Leonid Brejnevin Bakıya gəlməsindən və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərdən söhbət açır. == Festival və mükafat == 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalında sənədli film bütün 4 münsiflər heyətinin Xüsusi Prizinə layiq görülmüşdür.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Tarixi == Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
Paytaxtları ölkənin ən iri şəhəri olmayan ölkələrin siyahısı
Bu ölkənin ən iri şəhəri olmasa da paytaxt olan şəhərlərin siyahısıdır.

Digər lüğətlərdə