Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nifaq alması
Nifaq alması — qədim yunan miflərində qızılı alma, Peley və Fetidanın nikahı zamanı Erida tərəfindən masaya atılmış və üzərində "ən gözəl" (q.yun. τῇ καλλίστῃ), yazılmışdır. Əfsanəyə görə, bu mübahisə səbəbidir — Hera, Afina və Afrodita. Gənc Paris hakim qarşısına çağırıldı. Üç qadın onu öz tərəflərinə çəkərək, onu ən güclü hökmdar (Hera), ən cəsur qəhrəman (Afina) və ya ən gözəl qadının sahibi (Afrodita) olacağını vəd etmişdilər. Paris spartanın kralı olan Menelayın həyat yoldaşını qaçırmağına köməklik etdiyinə görə almanı Afroditaya verdi. Bu hadisə Troya müharibəsinin başlamağına səbəb olmuşdur. İlk dəfə olaraq "nifaq alması" termini II əsrdə romalı tarixçi Yustin Handaribadakan tərəfindən işlədilmişdir.
Nilaq
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Dağılan tifaq
“Dağılan tifaq” — Azərbaycan klassik rеalist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Haqvеrdiyеvə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur faciənin yaranmasında ədibin hələ Şuşada ikən, içərisində dоlaşdığı mühiti ətraflı müşahidə еtməsi böyük rоl оynamışdır. == Təsviri == О, yеniyеtmə ikən mülkədarlığın iflasını görürdü. Pеtеrburqa gəldikdən sоnra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcıl idеyaları ilə tanışlıq оnun dünyagörüşünün gеnişlənməsinə kömək еtmişdi. 1880- 90-cı illərdə Azərbaycanda mülkədarlıq tənəzzülə uğrayır, patriarxalfеоdal münasibətləri burjua münasibətlərilə əvəz оlunmağa başlayırdı. Bütün bu tarixi həqiqətlər еyni ildə yaradılmış “Müsibəti-Fəxrəddin” (N.Vəzirоv) və “Dağılan tifaq” faciələrində əks оlunmuşdur. Tifaqların, оcaqların dağılması ictimai-əxlaqi tənəzzülə, böhtana məruz qalmış mülkədarlığın öz təbiətindən dоğurdu. Pyеsdə müəllif, Nəcəf bəy və оnun “yеmək və içmək” dоstu оlan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin gеt-gеdə zəiflədiyini, mübarizə mеydanından sıxışdırılıb çıxarıldıqlarını göstərmişdir. Əsərdə еyni zamanda, yaranmaqda оlan yеni ictimai qüvvələri təmsil еdən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal оlmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıq еlə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə mеylləri, inkişafı qarşısında duruş gətirə bilmir, dağılırdı. “Dünya bеş gündür, bеşi də qara” fəlsəfəsiylə ömür sürən Nəcəf bəyin tərcümеyi-halı Azərbaycan mülkədarlığının kеçirdiyi yоla uyğundur.
Nişaq (Miyanə)
Nişaq (fars. نشق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 460 nəfər yaşayır (110 ailə).
Dağılan tifaq (pyes)
“Dağılan tifaq” — Azərbaycan klassik rеalist dramaturgiyasının ən dəyərli nümunələrindən sayılan və Haqvеrdiyеvə dramaturq şöhrəti qazandıran “Dağılan tifaq” adlı məşhur faciənin yaranmasında ədibin hələ Şuşada ikən, içərisində dоlaşdığı mühiti ətraflı müşahidə еtməsi böyük rоl оynamışdır. == Təsviri == О, yеniyеtmə ikən mülkədarlığın iflasını görürdü. Pеtеrburqa gəldikdən sоnra rus ədəbiyyatının və mədəniyyətinin qabaqcıl idеyaları ilə tanışlıq оnun dünyagörüşünün gеnişlənməsinə kömək еtmişdi. 1880- 90-cı illərdə Azərbaycanda mülkədarlıq tənəzzülə uğrayır, patriarxalfеоdal münasibətləri burjua münasibətlərilə əvəz оlunmağa başlayırdı. Bütün bu tarixi həqiqətlər еyni ildə yaradılmış “Müsibəti-Fəxrəddin” (N.Vəzirоv) və “Dağılan tifaq” faciələrində əks оlunmuşdur. Tifaqların, оcaqların dağılması ictimai-əxlaqi tənəzzülə, böhtana məruz qalmış mülkədarlığın öz təbiətindən dоğurdu. Pyеsdə müəllif, Nəcəf bəy və оnun “yеmək və içmək” dоstu оlan bəylərin nüfuzlarının azaldığını, fəaliyyətlərinin gеt-gеdə zəiflədiyini, mübarizə mеydanından sıxışdırılıb çıxarıldıqlarını göstərmişdir. Əsərdə еyni zamanda, yaranmaqda оlan yеni ictimai qüvvələri təmsil еdən Məşədi Cəfər və Cavad kimi, həyatda fəal оlmağa çalışan tacirlərin, sələmçilərin surətləri yaradılmışdır. Artıq еlə bir dövr gəlmişdi ki, mülkədarlıq cəmiyyətin təzə mеylləri, inkişafı qarşısında duruş gətirə bilmir, dağılırdı. “Dünya bеş gündür, bеşi də qara” fəlsəfəsiylə ömür sürən Nəcəf bəyin tərcümеyi-halı Azərbaycan mülkədarlığının kеçirdiyi yоla uyğundur.
Bifax
Bifax (lat. Bifax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Difai
Difai Partiyası və ya Difai Firqəsi (az.-əski. دیفاعی فرقهسی‎) və ya sadəcə Difai (az.-əski. دیفاعی‎) — 1905-ci ildə Bakıda və Gəncədə, Daşnaksütun partiyasının terrorizminə və çar istibdadına qarşı mübarizə aparmaq üçün yaradılan siyasi təşkilat. == Tarixi == === Gizli fəaliyyət dövrü (1905–1909) === 1905-ci ildə baş verən Birinci Rus İnqilabı nəticəsində, Rusiyanın ərazisində milliyətçi hərəkatlar fəallaşmışdı. İnqilab Qafqaza da təsir göstərmişdi. Dumada qurulmuş Müsəlman fraksiyasını əsasən azərbaycan türk mənşəli siyasi xadimlər təmsil edir, Rusiya müsəlmanlarının problemlərini gündəmə qaldırırdı. Rusiya, erməni daşnaklarını silahlandırır və onları Azərbaycan türk əhaliyə qarşı yönəldirdi. Daşnaklar İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda yaşayan silahsız dinc Azərbaycan türklərinə hücum edir, vəhşiliklər törədir və onların mal-mülkünü qarət edirdilər. Azərbaycan ziyalıları daşnaklarla mübarizə aparmaq üçün cəmiyyətlər qururdular. Belə cəmiyyətlərdən birini 1905-ci ildə Bakı şəhərində Əhməd bəy Ağaoğlu yaratmışdı.
Dizaq
Dizaq (orjinalda deyilişi düzək (sədd deməkdir), zamanla dəyişikliyə məruz qalmışdır. Qarabağ xanlığının cənub sərhədlərini əhatə edən bu mahal düzənliyin dağlarla qovuşduğu yerdə qoruyucu səddlərə (düzəklərə) malik olmuş və adı da buna uyğun adlanmışdır) mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir.
Miofaq
Miofaq — ətyeyən orqanizmlər. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
NEFAZ
NEFAZ — Kamaz şirkətlər qrupunun tərkibinə daxil olan avtomobil istehsalını həyata keçirən avtomobilqayırma şirkəti. Kamaz avtomobillərinin şassiləri əsasında Rusiyada avtomobil istehsal edən iri şirkətlərdən biri. 2000-ci ilin dekabrında zavod özünün ilk şəhər içtimai nəqliyyatı olan «NefAZ-5299» avtobusununu nümayiş etdirmişdir. Zavod Başqırdıstanın Neftekamsk şəhərində yerləşir. 17 dekabr 1970-ci ildə SSRİ Nazirlər Soveti Kam Avtomobil zavodlarını ehtiyat hissələri ilə təmin etmək məqsədi üçün xüsusi layihəni imzalayır. Bu illərdə KAMAZ üçün peyk zavodlar inşa edilirdi. 13 iyul 1972-ci ildə zavodun inşasın başlanılır. 15 aprel 1977-ci ildə zavodda ilk 10 tonluq «KAMAZ-5511» samosvaldları istehsal edilir. 11 oktyabr 1977-ci ildə əsas konveyr istismara buraxılır. Bundan sonra «KAMAZ-5511» modelinin seriya buraxılışı başlanır.
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Nifçi
Nifçi — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Otuzikilər kənd Sovetindən Nifçi kəndi Çələbilər kənd Sovetinin tərkibinə verilmişdir.
Nigah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Nikah
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Nilas
Niqab
Niqab — üzü təbii təsirlərdən və bəd niyyətlərdən qorumaq üçün gözlərdən başqa bütün üzü və ya bir hissəsini örtmək üçün istifadə edilən bir növ pərdə. Niqab sözünün mənşəyinin ərəbcə piçe istifadəsindən gəldiyi bir fərziyyədir. Digər iddia isə onun italyanca kiçik parça mənasını verən "pezzoto" sözündən götürülməsidir. Başqa dillərdə də niqab əvəzinə burku, peçe, vesvesa, rubənd kimi sözlər işlədilir. Yarandığı andan Semit tayfalarının ənənəsi olan örtünün sübuta yetirilə bilən tarixi eramızdan əvvəl IV əsrə təsadüf edir. Niqab üzü xarici təsirlərdən fiziki olaraq qoruyan örtükdür. Bu səbəbdən səhra mühitində günəş şüalarına və külək əsən qumlara qarşı qoruyucu funksiyanı yerinə yetirir. Niqab alnın yuxarı səviyyəsində baş örtüyünə və ya çarşaba bağlanan və istifadə olunmayanda başın üstündən atılan parçadır. Hicab nöqteyi-nəzərindən üzün də örtülməsi müxtəlif coğrafiyalarda geniş yayılmışdır. Bəzi bölgələrdə, xüsusən də müsəlman, hindu və sikx əhalisinin sıx yaşadığı ölkələrdə qadınlar arasında geniş istifadə olunur.
Nisan
Nisan (ivr. ‏נִיסָן‏‎) Yəhudi təqviminə görə rəsmi ilin yeddinci ayıdır (artıq illərdə səkkizinci aydır və il 1 tişreydə başlayır) və dini ilin birinci ayıdır (dini il 1 nisanda başlayır). 30 gün davam edən bu ay Miladi təqvimində mart-aprel aylarına düşür. Nisan adı Babil dilindən gəlib, Tövratda Babil Sürgünündən əvvəl bu aya bahar mənasını verən Aviv adı verilmişdi.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Nimfa
Nimfalar ya Nimfa (yun. Νύμφη, "həddi-büluğa çatmış qız", "gənc qız"; lat. nympha) — yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları. Nimfalar adətən təbiət qoynunda: meşələrdə, bulaqlarda, dağ və yamaclarda məskən salıb yaşayarmışlar. satirlər kimi nimfalar da yer səthində baş verən təbii hadisələrin ruhlarıdırlar. Rəvayətə görə onlar təbiət qoynunda Panın müşaiyəti ilə nəğmələr oxuyar, rəqs edər, Artemida ilə ova çıxar və Dionisin təşkil etdiyi kef məclislərində iştirak edərdilər. Hərdən insanlarla ünsiyyətə girərək qəhrəmanlarla sevişərmişlər. Dağlarda yaşayan nimfalar oreadlar, meşə və ağaclarda məskən salmış nimfalara diriadlar və hamadriadlar, bulaqlarda yaşayan nimfalara nayadalar və dəniz nimfaları isə nereidalar adlandırılır. Təbiət gözəlliklərinin tərənnümçüləri olan nimfalar incəsənət əsərlərində bənzərsiz dağınıq saçlara malik rəqs edən, nəğmə oxuyan və çələng toxuyan, bəzən yarı çılpaq gözəl qadın simasında təsvir edilirlər.
Knifa
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor. Niyaz Əliyev — İrəli ictimai birliyinin katibi (2013–2014).
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Dəfnə (nimfa)
Dəfnə (yun. Δάφνη) == Apollon və Dəfnə == Rəvayətə görə bir dəfə Apollondan qəzəbinin əvəzini çixmaq üçün Erot hiyləyə əl ataraq eşq oxu ilə onun ürəyini yaralayaraq çay tanrısı Peneyanın qızı nimfa Dəfnəyə qarşı onda eşq oyadır. Eyni zamanda oxu ilə Dəfnənin ürəyini yaralayaraq Apollona qarşı onda nifrət yaratmış olur. Dəfnənin gözəlliyindən divanə olan Apollon onu təqib etməyə başlayır. Onu tutub qucaqlamaq istərkən Dəfnə nifrət etdiyi Apollonun əlinə kecməmək üzün tanrılara və ilahə Geyadan təvəqqi edir ki, onu Apollonun arvadı olmaqdansa daşa ya da ağaca dönmüş olsun. Beləliklə Dəfnə ağaca çevrilmiş olur.
Bıçaq
Bıçaq — əsas hissəsi kəsici tildən və sapdan ibarət olan alətdir. Kəsici hissə çox vaxt bərk materialdan hazırlanır və iki və daha artıq tilə malik olur. Bıçağın uc hissəsi biz olur. Bıçağın geniş yayılmış konstruksiyalarında sap (dəstək) və til nəzərə çarpır. == Tarixi == Qədim bıçaqlar Paleolit dövründən məlumdurlar. İlk bıçaqlar daşdan hazırlanırdı. Sonradan bıçaqlara ağacdan dəstək bağlanmağa başlayırlar. Obsidian kimi dağ suxurlarından istifadə daha iti tilə malik bıçaqların hazırlanmasına imkan yaradır. Sümükdən, bambuk ağacından hazırlanmış bıçaqlar da geniş yayılmışdır. Təxminən 5 min il öncə insanlar metalın emalını mənimsəyir və bıçaqları bürünc və misdən hazırlamağa başlayır.
Lifago
Lifago (lat. Lifago) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lifago dielsii Schweinf. & Muschl. Sinonim Niclouxia saharae Batt.
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.