Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pilləkən
Pilləkən və ya Pilləkən marşı — kiçik şaquli məsafələrə bölünməklə iri şaquli məsafəyə qalxmaq üçün tikilinin bir hissəsi. Pilləkənlər düz, dəyirmi, yaxud bucaq altında birləşdirilmiş iki və ya daha artıq düz hissədən ibarət ola bilər. Binalarda pilləkənin standart hündürlüyü 150 mm, eni isə 300 mm olur. Bunun səbəbi insanın pilləkənlə rahat çıxması üçün ayağını 45 dərəcədə yuxarı qaldırmasıdır. 15 sm + 30 sm də 45-ə bərabərdir. Əgər yer problemi varsa memar 1-2 sm ölçülərdə dəyişiklik edə bilər ancaq bu fərq cəmin 45 olmasına mane olmamalıdır. Yəni hündürlüyü 160 mm etmək üçün mütləq en 290 mm olmalıdır. Və ya 140 mm hündürlük üçün en 310 mm olmalıdır. Pilləkən materialları müxtəlif ola bilər. Beton, taxta, şüşə və başqa.
Səmaya pilləkən (film, 1978)
Səmaya pilləkən — 1978-ci il istehsalı Azərbaycan filmi. Film bizim müasirimiz, respublikanın əməkdar inşaatçısı, 10-dan artıq yeni məktəb tikmiş Məmməd Hüseynov və onun briqadası haqqındadır. Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sirus Zindadel Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Betlemi pilləkəni
Betlemi pilləkəni (gürc. ბეთლემის კიბე) — Gürcüstanın paytaxtı Tbilisinin tarixi mənzərəli yerlərindən biri. Qədim Tbilisidə tövsiyə olunan turizm marşrutuna daxildir. Pexainski və ya Vifliyem nərdivanları kimi də adları vardır. Adını Zemo Betlemi kilsəsi və Qızlar üçün monastırdan almışdır. Belə ki, Lado Asatiani küçəsindən (Beqlar Axospireli küçəsindən Qudiaşvili meydanına yolun davamı kimi) hər iki dini ibadətgaha yol gedir. Betlemi pilləkəninin 120 pilləsi vardır. == Tarixi == Vilayət memarı T.Belyin layihəsinə görə 1850-ci ildə Tiflis Ticarət Cəmiyyəti hesabına inşa edilmişdir. Əvvəllər bu pilləkənin yerində kiçik çığır keçirdi. İlkin layihədə pilləkənlərin sütunun dayandığı damın bütün uzunluğu boyunca üst-üstə düşməsi planlaşdırılırdı, lakin sonradan bu layihə həyata keçirilmədi.
Qış sarayının İordan pilləkəni
İordan pilləkəni və ya İmperator pilləkəni (rus. Иорданская лестница) - Sankt-Peterburqdakı Qış sarayının əsas təntənəli eniş pilləkənidir. Epifaniya bayramı zamanı çar təntənəli şəkildə İordan pilləkəni adlandırılan bu pilləkəndən aşağı enər və "Suya xeyir-dua verilməsi" mərasimində iştirak edərdi. Sarayın bu hissəsi XVIII əsr Rastrelli rokoko stilinin saxlandığı nadir nümunələrdəndir. Lakin, burada nəhəng boz qranit sütunlar XIX əsrdə əlavə edilmişdir. 1837-ci ildə Qış sarayında baş vermiş yanğın pilləkənin ciddi zədələnməsinə səbəb olsa da, Çar I Nikolay, sarayın bərpa olunmasına cavabdeh olan memar Vasili Stasova pilləkəni Françesko Bartolomeo Rastrellinin orijinal planı əsasında bərpa etməyi tapşırmışdı. Bərpa zamanı Stasov yalnız iki kiçik dəyişikliyə yol vermişdi: O, orijinalda qızıl suyuna çəkilmiş tuncdan olan sürahiləri ağ mərmərlə əvəzləmiş və çəhrayı sütunların yerində boz qranit sütunlar ucaltmışdı. Rəsmi qəbullar və ziyafətlər zamanı İordan pilləkəni gələn qonaqların qarşılandığı əsas yer funksiyasını yerinə yetirirdi. Mərkəzi həyətdən səfirlər keçidi vasitəsiylə saraya daxil olduqdan sonra, qonaqlar sütunlu İordan zalından keçərək İordan pilləkəni ilə Dövlət zallarına qalxırdılar. 1902-ci ildə Qış sarayında keçirilən baldan sonra Suzerlend hersoginyası yazırdı: "Saray pilləkənlərini xüsusi uniformalı kazaklar qoruyurdu, mən heç vaxt belə gözəl məkan, işıqlı, nəhəng otaqlar, izdiham və görünüşü demək olar ki barbarsayağı edən musiqi görməmişdim." Tavanında XVIII əsrə aid Olimp tanrıları təsvirləri olan pilləkən otağı Mixail Terebenev (1795-1866) tərəfindən alabastrdan hazırlanmış "Hikmət" və "Ədalət", Aleksandr Ustinov tərəfindən (1796-1868) hazırlanmış "Əzəmət" və "Zənginlik", İvan Leppe tərəfindən hazırlanmış "Sədaqət" və "Bərabərlik", Apollon Manyulov tərəfindən hazırlanmış Merkuri və Mars heykəlləri ilə bəzədilmişdi.
Pilləkənlə enən çılpaq, No. 2
Pilləkənlə enən çılpaq, No.2 (fr. Nu descendant un escalier n° 2, ing. Nude Descending a Staircase, No. 2) — Marsel Düşan tərəfindən 1912-ci ildə çəkilmiş rəsm əsəridir. Əsər əsasən modernizm klassikası kimi qəbul edilir və çəkildiyi dövrdə çox məşhur olmuşdur. 1912-ci ildə Müstəqil rəssamlar Salonunda nümayiş etdirilməmişdən əvvəl bu əsər kubistlər və futuristlər tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, əsər 20 aprel – 10 may 1912-ci il tarixində Barselonadakı J.Dalmau Qalereyalarında keçirilən “Exposició d'Art Cubista” sərgisində həmin qruplardan olan rəssamların əsərləri ilə bir yerdə sərgilənmiş, 1913-cü ildə Nyu-Yorkda keçirilən “Arsenal sərgisi” zamanı isə böyük marağa səbəb olmuşdur. Əsər Giyom Apollinerin 1913-cü ildə nəşr edilmiş “Les Peintres Cubistes, Méditations Esthétiques” kitabına daxil edilmişdir. “Pilləkənlə enən çılpaq” əsəri Luiza və Volter Arensberqlərin kolleksiyasının tərkib hissəsi kimi Filadelfiya Sənət Muzeyində sərgilənir. Yağlı boya ilə 147 sm × 89.2 sm (57.9 in × 35.1 in) ölçülü kətan üzərində çəkilmiş əsər portret janrındadır.
Penrouz pilləkənləri
Penrouz pilləkənləri və ya Penrouz nərdivanı, həmçinin mümkün olmayan nərdivan — Lionel Penrouz və oğlu Roqer Penrouz tərəfindən yaradılmış mümkün olmayan obyekt. Penrouz üçbucağı üzərindəki versiya, pilləkənlərin qalxarkən və ya enərkən, yenə də təkrar dövrə yaratdıqları üçün pilləkənlərin 90 dərəcə fırlana bilməsini təmin edən pilləkənin 2D formasıdır, beləcə bir insan bu pilləkənlə sonsuza qədər qalxa bilər. Amma bu 3D formasında mümkün deyil.
Robert Milliken
Robert Milliken (22 mart 1868[…] – 19 dekabr 1953[…], San Marino[d], Kaliforniya) — Təməl elektrik yükü və fotoelektrikin təsiri üzərindəki işlərinə görə 1923-cü ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüş ABŞ fizikdir. Milliken Oberlin Universitetindən 1891-ci ildə məzun oldu və 1895-ci ildə Kolumbiya Universitetində doktorluq etdi. 1896-cı ildə Çikaqo Universitetində assistent oldu. Bundan 14 il sonra eyni universitetdə professor oldu.1909-cu ildə Milliken tək elektron daşıyan elektrik yükləri üzərində işə başladı. Yüklənən su damlacıqlarının elektrik sahəsində getdiyi yolu müşahidə etməyə başladı. Milliken 1910-cu ildə eyni təcrübəni suyun yerinə yağ istifadə edərək həyata keçirdi və daha təminedici nəticələr əldə etdi. (su yağa görə daha çox sürətli buxarlanırdı.) 1916-cı ildə Milliken Albert Eynşteynin 1905-ci ildə ortaya atdığı fotoelektrik effektini açıqlamaq üçün eyni təcrübi yoldan istifadə etdi. Oxşar araşdırmanı Plank sabitinin doğru dəyərini əldə etmək üçün istifadə etmişdir. Milliken 1921-ci ildə Çikaqo Universitetindən ayrıldı və Kaliforniya Texnologiya Universitetinin Norman Bridge labaratoriyasının idarəçisi oldu. Orada Viktor Hessin kəşf etdiyi kosmos radiasiyası haqqında böyük işlər həyata keçirdi.