İSLAM

Allaha tabe olmaq mənasını ifadə edir. Kökləri çox qədim ənənəyə bağlı olan monoteistik (ibrahimi) din bu adla adlanır. İslamın yaranması Məhəmməd peyğəmbərin adı və fəaliyyəti ilə bağlıdır. Ondan sonrakı dövrlərdə bu din bir çox tarixi mərhələlər keçmiş və inkişaf etmişdir. Onun din kimi formalaşmasında tarixi proseslər, dini və siyasi xadimlərin hökm və yanaşmaları, zaman və məkan amilləri böyük rol oynamışdır. Müsəlmanlar İslamı Allahın bütün peyğəmbərlərinin, eləcə də o dinlərin mənsublarının dini hesab edirlər (Quran, 2: 131-132; 2: 135). Ancaq onların qoyduğu yoldan sapmış bir çox xalqlar isə özlərini başqa dinlərin mənsubları kimi görmüşlər. Bir çox İslam alimlərinə görə zaman keçdikcə Allahın kitabları təhriflərə uğramış və dəyişdirilmişdir. Buna görə həqiqəti müxtəlif xalqlara yenidən çatdırmaq üçün Allah onlara peyğəmbərləri göndərmişdir. Məhəmməd peyğəmbərin vasitəsi ilə formalaşan İslam bütün dünya xalqları üçün göndərilmiş dindir. Sadəcə xalqların çoxu onu hələ də qəbul etməmişdirlər. Müsəlmanların inanclarına görə İslam qiyamət gününə qədər olacaq və Məhəmməddən sonra yeni peyğəmbər gəlməyəcəkdir. Beləliklə, müsəlman ənənəsində İslam həm Allaha təslim olmaq, həm də bütün əvvəlki peyğəmbərlərin təbliğ etdikləri dindir (Quran, 3: 19; 5: 3; 6: 125). Məhəmməd peyğəmbərdən sonra onun irsinin sistemləşməsi zərurəti yaranmışdır. Eyni zamanda, Xilafət genişlənərək onun tərkibinə yeni millətlər daxil edilmişdir. Bu səbəbdən çoxlu sayda həll edilməmiş məsələlər ortaya çıxmışdır. Ona görə də, müsəlman alimləri ictihad etmiş və yeni hökmlər çıxarmışdırlar. Müsəlmanlar inanırlar ki, İslamın yaranması bir başa Allahın iradəsi ilə bağlıdır. Ancaq bununla belə, burada obyektiv amillər də olmuşdur. Bu da ərəb cəmiyyətinin öyrəncəli həyat tərzinin və tayfa münasibətlərinin böhranı, sosial ədalətsizlik, Ərəbistandakı etno-mədəni birləşmə prosesləri, dövlətçiliyin yaranması ilə bağlı idi. Bundan başqa İslamın gələcək inkişafında tarixi proseslərin, milli adətlər və örfün, yəhudi-xristian rəvayətləri olan israiliyyatın, müxtəlif fəlsəfələrin, yeni dövrdə elmi-texniki tərəqqinin də müəyyən rolu olmuşdur. İslam dini Məhəmməd peyğəmbərdən sonra dünyanın bir çox yerlərində yayılmağa başlamışdır. Bunun səbəbi Xilafətin müharibələr nəticəsində genişlənməsi olmuşdur. Hələ ilk dövrlərdən başlayaraq İslamda bir-biri ilə çəkişən bir çox təriqətlər və cərəyanlar yaranmışdır. Bunlar da fiqhi və etiqadi məzhəblərin yaranmasına gətirib çıxarmışdır. Daha sonra ixtilaflar ilahiyyat məsələləri səbəbindən ortaya çıxmış və təriqətlərin sayı çoxalmışdır. Mübahisələr Allahın sifətləri, insanın azad iradəsi, günahların inanca təsir dərəcəsi, Quranın mahiyyəti, insan məntiqi ilə vəhyin dərki, Quran təfsirinin və hədis elminin metodları kimi məsələləri əhatə edirdi. Bütün bu problemlərlə bağlı bütün məzhəblər öz təlimlərini irəli sürmüşdürlər. Fiqhdə olan fərqli baxışlar və metodlar cəfəri, zeydi, hənəfi, maliki, şafii, hənbəli, zahiri və s. məzhəblərin yaranmasına səbəb olmuşdur. İslamda bir-biri ilə rəqabətdə olan müxtəlif etiqadi və fiqhi məzhəblərlə yanaşı mistik ənənəyə bağlı təsəvvüfi təriqətlərdə də mövcuddur.
İSHAQ
İSM
OBASTAN VİKİ
Cəbbar (islam)
Əl-Cəbbar (ər. الجبّار) — Allahın adlarından biri. "O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır" (Həşr Surəsi, 23) Allaha qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında, insanın özünü Allahdan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə "mənlik" verməsi dayanır. Halbuki bu, səhv məntiqdir. İnsan bir az düşünsə, bu dünyaya öz iradəsiylə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimiylə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər.
Cəlil (islam)
Əl-Cəlil (ər. الجليل) — Allahın adlarından biri.
Dai (İslam)
Dai (ərəb. داعي‎, "dəvət edən") — bir qayda olaraq, insanların İslama dəvəti ilə məşğul olan şəxs. Fatimilər xilafəti dövründə dai termini irsi imamlardan başqa mühüm dini rəhbərlərə istinad etmək üçün istifadə olunurdu, "dəvət" isə ruhani xarakterli bir təşkilat idi. "Mütləq dai" indiki dövrdə Davudi ismaili icmasının rəhbərinin tituludur.
Ermənistanda islam
Ermənistanda islam — hal-hazırda bu ölkədə bu dinin ardıcılları azlıq təşkil edir. Ancaq dünya tarixinin müəyyən dövründə indiki Ermənistan ərazisində əhalisinin böyük əksəriyyəti müsəlman olan İrəvan xanlığı adlı dövlət mövcud olmuşdur. Hal-hazırda isə Ermənistanda yalnız az sayda kürd və farslar islam dinində etiqad edir. 2 min nəfərdən ibarət olan kürd-müsəlman icması əsasən Ellər rayonu ərazisində cəmləşmişdir. Rusiya imperiyasının bölgəni ələ keçirməsindən sonra bura çoxlu sayda erməni köçürməsinə baxmayaraq, Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində böyük azərbaycanlı-müsəlman icması yaşayırdı. Bununla belə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi müəyyən dövrlərdə davam etdirilmişdir. Müharibə öncəsi artıq Ermənistanda demək olar ki, azərbaycanlı-müsəlman qalmamışdır. İndiki Ermənistan ərazisində islamın meydana gəlməsi VII əsrdəki ərəb fəthləri ilə əlaqədardır. X əsr ərəb müəllifi İbn Havqəl Ermənistan haqda məlumatlar vermişdir Ərəblər bölgədə hakimiyyətlərinini möhkəmlətmək və islamı yaymaq məqsədi ilə bura çoxlu ərəb köçürmüşdür. X əsrdə Mərkəzi Asiyada islamı qəbul etmiş Oğuzlar artıq XI əsrdən bölgədə müşahidə olunmağa başlanmışlar.
Estoniyada islam
Estoniyada islam (est. Islam Eestis) — islam dini Estoniya Respublikasının ərazisində. Estoniya əhalisinin siyahıyaalınmasına görə 2011-ci ildə bu ölkədə 1508 nəfər müsəlman qeydə alınmışdır. Tallin məscidi paytaxt Tallində, Keevise küçəsi 9 ünvanında yerləşir.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
Gürcüstanda islam
İslam müasir Gürcüstan ərazisində ərəb istilaları dövründən bəri ikinci ən böyük dindir. 2002-ci ilin son siyahıya alınmasına görə ölkə əhalisinin 9,9% -i (təqribən 0,4 milyon nəfər) islam dininə sitayiş edir. Ölkənin bəzi bölgələrində müsəlmanlar əhalinin nisbi və ya mütləq əksəriyyətini təşkil edirlər. Respublikanın müsəlman icması çoxmillətlidir. Onların arasında üstülnüyü yerli azərbaycanlılar (onların arasında həm şiələr həm də sünnilər var) Kistlər, ləzgilər və Ahıska türkləri və müəyyən ərazilərdə həm də acarlar, abxazlar və Məhsəti türkləri var, baxmayaraq ki, sonuncu iki qrupa aid müsəlmanların sayı müasir Gürcüstanda minimaldır. Onlardan ən çoxsaylı olanı azərbaycanlı şiələrdir. Gürcüstan müstəqillik qazandıqdan sonra bir çox Acariyalılar ölkədə aparılan aktiv xristianlaşdırma və assimilyasiya siyasəti nəticəsində islam dinini tərk edərək Pravoslav xristianlığını qəbul etdilər. Bəzi tədqiqatçılar həmçinin bunun Gürcüstandakı dini millətçilik təzyiqləri nəticəsində baş verdiyini deyirlər. Digər tərəfdən, SSRİ-nin dağılmasından sonra Gürcüstanda bir çox yeni məscidlər tikildi. Tbilisidə Sovet dövründən bəri mövcud olan vahid məscid var — şiələr və sünnilər burada birlikdə namaz qılırlar .
Kanat İslam
Kanat İslam (13 sentyabr 1984-cü ildə anadan olub, Kaba , Altay dairəsi, İli-Qazax Muxtar dairəsi, Sincan Uyğur Muxtar Rayonu, Çin) — milliyyətcə qazax peşəkar boksçu. Çin Xalqları Oyunlarının iki qat çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Qazaxıstanın əməkdar idman ustası, həvəskar «Astana Arlans» (WSB) komandasının kapitanı. Peşəkar səviyyədə WBA Inter-Continental (2017 - indiki), WBO NABO (2017 - indiyə qədər), WBO Inter-Continental (2016–2017), WBA Fedelatin (2013—2017) və WBA Fedecaribe (2012-2013) 1-ci orta çəkidə (Super ağır çəki) çempion titullarının sahibidir. Demək olar ki, iki illik fasilidən sonra Kanat asanlıqla orta çəki kateqoriyasına 72.574 kq (160 funt) keçmişdir. Kanat İslam 1984-cü ildə ÇXR-nın Sincan-Uyğur Muxtar Rayonu Altay dairəsində rayonunda anadan olub. Böyük qardaşı Talgat Sincan-Uyğur Muxtar Rayonun boks komandasının üzvü idi və Kanat da qardaşının təsiri altında boksla da məşğul olmağa başladı. 1997-ci ildən məşqlərə başlamış və dörd il sonra Sincan-Uyğur Muxtar Rayonunun komandasına qoşulmuşdur. 2000-ci ildə 69 kq çəki dərəcəsində Sincan-Uyğur Muxtar Rayonunun çempionu oldu, 2003-cü ildə ÇXR kubokunda ikinci yeri qazandı. 2004-cü ildə Guangzhou şəhərində keçirilən 1 AIBA Asiya 2004 Olimpiya Təsnifat Turnirində qalib gəldi və Afinada 2004 Olimpiya Oyunlarında iştirak etmək hüququnu qazandı. Ancaq Olimpiya boks turnirində Azərbaycandan Ruslan Xairova məğlub oldu və finala yüksələ bilmədi.
Kosovoda islam
Kosovoda islam — qismən tanınmış Kosovo Respublikasında dominant olan din. Ənənəvi olaraq albanların böyük əksəriyyəti islam dinində etiqad edir. Bununla yanaşı onların az bir qismi xristiandır. Region Kosovonu da əhatə edən Balkanların Osmanlı fəthinə söykənən uzun müddət davam edən bir ənənəyə sahibdir. 1389-cu ildə Kosovo döyüşündən əvvəl bütün Balkan bölgəsi həm Qərbi, həm də Şərqi Roma imperiyası tərəfindən xristianlaşdırılmışdı. 1389-cu ildən 1912-ci ilə qədər Kosovo müsəlman Osmanlı İmperatorluğu tərəfindən rəsmi şəkildə idarə olunmuş və təbii olaraq islamlaşdırma yüksək səviyyədə olmuşdur. İkinci Dünya müharibəsindən sonra Kosovo Yuqoslaviya Federativ Sosialist Respublikası tərkibinə qatıldıqdan sonra dinlərdən uzaqlqaşma sürətlənmişdir. Bununla belə hazırda Kosovo əhalisinin 96% -i müsəlmanlardan ibarətdir. Burada müsəlman olan boşnak, qorani və türklər də yaşayır. On altıncı əsrə qədər Kosovoda islamlaşmanın dərəcəsi minimal idi və əsasən şəhər mərkəzləri ilə məhdudlaşırdı.
Mələk (İslam)
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Qambiyada islam
Qambiyada islam (ing. Islam in the Gambia) — islam dini Qambiya ərazisində. Qambiya əhalisinin sayı təxminən 1,5 milyondur ki, onun da təxminən 90%-i müsəlmandır. Qambiyanın prezidenti Yəhya Camme 2015-ci ildə Qambiyanı İslam Respublikası elan etmişdir. Bununla da Qambiya İran, Pakistan, Əfqanıstan və Mavritaniyadan sonra 5-ci İslam Respublikası olmuşdur.
Qazaxıstanda islam
Qazaxıstanda islam — Qazaxıstan Respublikasında inanclılar arasında ən geniş yayılmış din. 2009-cu il siyahıya alınmasına görə ölkə əhalisinin 70 % müsəlmandır. İstiqamət — Sünnizm. Məzhəb (müəlman din məktəbi) — Hənəfi məzhəbi. Səlahiyyətli orqan — Qazaxıstan müsəlmanlarının dini idarəsi (QMDİ). İslamın müasir Qazaxıstan ərazisində yayılma dönəmi bir neçə əsr ərzində baş vermişdir. İlk dəfə isə ölkənin cənubunda yayılmışdır. İslamın Qazaxıstan ərazisində yaılmasının ilk qığılcımı 751-ci ildə Talas döyüşündən sonra baş verir. Türgiş xaqanlığının ərazisində yayılmış türklər Abbasilər xilafətinin dəstəyi ilə Tan sülaləsinin qüvvələri üzərində qalibiyyət əldə etmişlər. Qalibiyyət sayəsində Tan sülaləsinin qərbə doğru genişlənməsinin qarşısı alınmış və islamın artıq X əsrdə Yeddisu ərazisinə qədər yayılmasını təmin etmişdir.
Qazi (islam)
Qazi döyüşdə iştirak edən, yaralanan və sağ qayıdan əsgərə deyilir. İslamiyyətdə bildirilir ki, qazi üçün qəzada alınan qənimət dini bir mükafatdır. Qənimətin beşdə dördünün birbaşa döyüşdə olub-olmamasından asılı olmayaraq, döyüşə hazır olan əsgərlər arasında bölünməsi lazımdır. Modern Azərbaycan dilində məna dəyişikliyinə uğramış və "müharibədə iştirak etmiş şəxs" mənasına gəlmişdir. Müasir dildə veteran sözünün qarşılığı kimi də işlədilir.
Qəza (islam)
Qəza, İslam dinini qorumaq və ya yaymaq üçün qeyri-müsəlmanlara qarşı müqəddəs müharibəyə verilən addır. İştirak edənlərə qazilər deyilir. Bu müharibədə ələ keçirilən mallara qənimət deyilir.
Rusiyada islam
Rusiyada müsəlmanların dəqiq sayı hələ də dəqiq olaraq müəyyənləşdirilməyib və müzakirə predmetidir. 2002-ci ilin əhali siyahıyalmsına görə Rusiyada müsəlman xalqlarınnın ənənəvi sayı təxminən 14,5 milyon nəfər, ölkə əhalisinin təxminən 10%-dir. RF-nin Avropa hissəsinin müsəlmanlarının ruhani idarəsinin təsdiqinə görə Rusiyada islamı qəbul edənlərin sayı 20 milyon nəfərə qədər olmuşdur. "Etnik müsəlman", 2002-ci ilin siyahıyaalmasına görə ənənəvi qaydada İslama inam gətirənlərdir. Bu qrup əhali RF-nin yeddi subyektinin əhalisinin böyük əksəriyyətini təşkil edir: İnquşetiya (98%), Çeçenistan (96%), Dağıstan (94%), Kabardin-Balkar (70 %), Qaraçay-Çərkəz (54,6 %), Başqırdıstan (54,5%), Tatarıstan (54%).
Salavat (İslam)
Salavat — İslamda Həzrəti Peyğəmbər, onun ailəsi, bəzən də Əshabı üçün edilən dua. Ərəbcəsi belədir: (صلی الله علیه و آله و سلم). Tərcüməsi isə belədir: Allah Muhəmməd və ailəsinə salavat və salam göndərsin. Bu dua adətən islam peyğəmbəri Məhəmməd peyğəmbərin (s) adından sonra işlənir və onun özünə və Əhli-beytinə (ə) salavat, salam və dua olaraq deyilir. 1. Sallallahu aleyhi və alihi və səlləm 2. Əleyhissalam 3. Aleyhi-s-salatu vəs-salam 4. Sallallahu aleyhi və səlləm 5. Əssalatu vә-s-salamu alә Muhammәdin vә alә alihi vә әshabihi әcmәin 1.
Segah İslam
İslam Əbdül oğlu Abdullayev və ya Segah İslam (dekabr 1876, Şuşa – 22 sentyabr 1964, Bakı) — Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti (1949). Abdullayev İslam Əbdül oğlu 1876-cı ilin dekabr ayında Şuşa şəhərində anadan olmuş, Şuşa şəhər məktəbində təhsil almışdır. Azərbaycanın musiqi tarixində İslam Abdullayev "Segah" muğamının təkrarsız ifaçısı kimi tanınmışdır. 1883-cü ildə Şuşada "Xanəndələr məclisi" yaratmış musiqişünas alim Mir Möhsün Nəvvab İ. Abdullayevi bu məclisə dəvət edir. Beləliklə, o, Mir Möhsün Nəvvab, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar Məmmədov, Dəli İsmayıl, Keştazlı Həşim kimi sənətkarlardan dərs almış, Sadıqcanın müşayiəti ilə ifalar etmişdir. İslam Abdullayevin ilk "Segah" ifası Sadıqcanın oğlunun toyunda olmuş, həmin ifadan sonra şöhrəti yayılmışdır. 1901–1905-ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ və Gəncə məclislərində çıxış etmişdir. Xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olur. "Segah" muğamını və onun bütün variantlarını – "Zabul-Segah", "Mirzə Hüseyn segahı", "Orta Segah"," Xaric Segah" muğamlarını xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən "Segah İslam" adlandırılmışdır. 1910–1915-ci illərdə "Sport-Rekord" və "Ekstrafon" səsyazma şirkətləri tərəfindən "Segah", "Bayatı-Qacar", "Şahnaz", "Şüştər" muğamları və bir sıra təsniflər İslam Abdullayevin ifasında qramofon vallarına yazılmışdır.
Sünni İslam
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Ukraynada islam
Ukrayna tərəfindən işğal edilmiş əraziyə islamın nüfuz edilməsi Ərəb — Xəzər müharibələri dövründə başladı. VIII əsrdə Qafqaz vasitəsilə Qara dəniz regionuna dinc ərəbcə daxil olan yol açılmışdır. Müasir Ukraynanın cənub-şərqində arxeoloqlar müsəlman qəbri tapıblar. Bu qəbirlər Salto-Mayak mədəniyyətinə aiddir. Ruslar, ərəblər və digər müsəlman xalqları arasında sıx ticarət əlaqələrinin mövcudluğu orta əsr Ərəb-Fars müəllifləri İbn Fədlan, Məsudi, İbrahim İbn-Yaqub və başqaları tərəfindən sübuta yetirilir. Müsəlmanlar islamın biliyi, qədim Rusiyanın sakinləri ticarət əməliyyatları, səyahət və hərbi kampaniyalarda ilk məlumatlar aldılar. Ruslar İtilə səyahət etdi. Ərəb-müsəlman mədəniyyətinin böyük təsirini yaşayan bir ölkə ilə birbaşa əlaqə yarandı. Kiyev Rusiyası hərbi kampaniyalarda da müsəlman dövlətlərin nümayəndələri ilə təmaslara girdi. Rusiyanın ən yaxın qonşusu — Volqa Bolqarıstan 922-ci ildə islamı dövlət dini olaraq qəbul etdi.
Xatirə İslam
Xatirə Novruz qızı Əzizova (29 yanvar 1981, Stepanakert) — Xatirə İslam səhnə adı ilə tanınan Azərbaycan müğənnisi. Xatirə İslam 29 yanvar 1981-ci ildə Xankəndi şəhərində anadan olmuşdur. Buradakı 4 nömrəli məktəbdə birinci sinifədək təhsil almışdır. Məcburi köçkün həyatı yaşamış və Sabunçu rayonunda orta təhsil almışdır. İlk ixtisası tibb bacısı olub, lakin daha sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdir. Səhnədə ilk addımlarını 2000-ci ildə atmışdır. Müəllimi İslam Rzayev olub. Yox Sevgilim (2006) Ağlar Yenədə (2008) Albom Kolleksiyası (2009) Yarım (2011) Aman Yarim (2016) Albom Kolleksiyası (2016) Artist.az — müğənni Xatirə İslam birbaşa sifarişi "Bankir oğlu: "Müğənni Xatirə ilə 4 il qeyri-rəsmi yaşamışıq" — baku.ws". Archived from the original on 2015-09-15. İstifadə tarixi: 15 sentyabr 2015..
Yaponiyada islam
Yaponiyada islam (日本でイスラム, Nihon de İsuramu) az yayılmış dinlərdən biridir. İslam dini Yaponiyaya çox gec çatan dinlərdən biri olmaqla yanaşı xristianlıqdan daha az yayılmış dindir. Müsəlman ölkələrdən uzaqda yerləşməsi, buddizmə marağın daha güclü olması və uzunmüddətli izolyasiya şəraitinə görə Yaponiya islamla ancaq XIX əsrin sonlarında tanış olub. 1920-ci illərdə ilk dəfə Rusiyadan müsəlmanların Yaponiyaya miqrasiyası baş verib. Quranın yapon dilinə ilk tam tərcüməsi də 1920-ci ilə təsadüf edir. 1930-cu illərdə Yaponiya hökumətinin müsəlmanlara dəstək siyasəti nəticəsində ilk məscidlər ortaya çıxıb və ölkədə islam araşdırmaları güclənib. İkinci dünya müharibəsindən sonra yapon müsəlmanları ilk təşkilatlarını (1952) və ilk məscidlərini (1977) qurublar. 1973-cü ildə baş verən Neft böhranı və 1979-cu ildə İranda baş verən islam inqilabı Yaponiyada islama olan marağı daha da gücləndirib. 1990-cı illərdə müsəlman ölkələrdən başlayan miqrasiya axınının güclənməsi də Yaponiyada müsəlman əhalinin artmasına səbəb olur. Hal-hazırda Yaponiyada 200 min müsəlman yaşayır ki, onlardan 43 mini yapon müsəlmanlardır.
Yusuf İslam
Ket Stevens ( ing. Cat Stevens) (əsil adı Stephen Demetre Georgioudur), 21 iyul 1948-ci ildə London*da anadan olmuşdur. Musiqi fəaliyyətinə Cat Stevens adıyla başlamışdır. Cat Stevens 1977-ci ildə İslam dinini qəbul etmiş və yeni Yusuf İslam adını qəbul edır. Cat Stevensın 1960-1970-ci illərdə 60 milyondan çox albomu satılmışdır. "Wild World", "Morning Has Broken", "Peace Train" və "The First Cut Is the Deepest" muğənninin məşhur albomlarındandır. Stivensin atası əslən Kipr yunanı Stavros Georgi, anası isə isveçli İnqrid Uikmandır. Maraqlıdır ki, atasının pravoslav, anasının isə baptist olmasına baxmayaraq, valideynləri onu müqəddəs İosif adına katolik məktəbinə göndərirlər. Ancaq Stivensin dərin xristianlıq duyguları içərisində olduğunu demək mümkün deyildir. Belə ki, sonralar o: "Mən öz valideynlərimin əqidələrinə hörmət etmək məcburiyyətində olduğum üçün inanırdım" deyəcəkdi.
Zəki İslam
Yusifov Zəki İslam oğlu (Zəki İslam; 10 avqust 1939, Cil, Krasnoselsk rayonu – 2018, Bakı) — Azərbaycan şairi, "Qızıl qələm" mükafatı laureatı. Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir. Zəki İslam məşhədi, kərbəlayi və hacıdır. Göyçənin tonqalı sinəmdə yanır.
Çində islam
İslam Çinə Tan imperatoru Qaotszunun hakimiyyəti dövründə Çinə ticarətə gələn ərəb və fars tacirləri vasitəsilə daxil olmuşdur. Ticarətçilər və diplomatlar tərəfindən istifadə olunan quru yolları İran və Əfqanıstandan keçərək Çinin şimal-qərbinə gəlirdi. Su yolları Quançjou, Tsyuançjou, Xançjou və Yançjou – Çin limanlarına çatana qədər Ərəb dənizindən başlayıb Benqal körfəzindən və Malakka boğazından keçirdi. Ərəb və fars tacirlərinin əksəriyyəti çinli qadınlarla evlənərək Çində məskən salırdılar. Elə onların nəsilləri də Çinin ilk müsəlmanları olmuşdular. 13-cü əsrin başlanğıcında Çingiz xanın qərbə hərbi yürüşləri zamanı Çində Orta və Qərbi Asiyada xidmətə alınmış çoxlu sayda müsəlman peyda oldu. Bu müsəlman əsgərləri (onların bəziləri sənətkar və kiçik məmur idilər) də islamı yayırdılar. Yuan dövründə (1271-1368) bütün ölkə boyu məscidlər tikilmişdir; müsəlmanlar müxtəlif səviyyəli hökumət vəzifələri tuturdular. Min və Tsin dövrü dekretlərində islam dövlət tərəfindən tanınır və Çində inkiçaf etməyə başlayır. O, ən çox Çinin 10 milli azlıqları: xuey, uyğur, qazax, tatar, qırğız, tacik, özbək, dunsyan, salar, baoanlar arasında yayılmışdır.
İndoneziyada islam
İndoneziyada İslam — islam dini İndoneziya ərazisində. Bu ölkədə islam dini tacirlərin vasitəsilə yayılıb. XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarından gələn qafqazlı Mövlanə Malik İbrahim əs-Səmərqəndi və yaxud da Sunam Qirsik deyə tanınan şəxsin İndoneziyaya gəlişi ilə islam dini bu torpaqlarda formalaşmağa başlamışdır. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada islam dinini yaymağa başlamışdır. İndoneziya əhalisinin böyük əksəriyyəti - 87 faizi müsəlmanlardır. Hazırda 250 milyon nəfərdən artıq müsəlman əhalisi olan İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur. Açeh İndoneziyanın yeganə əyalətidir ki, burada şəriət məhkəmələri fəaliyyət göstərir. Bu məsələ 2004-cü ildə müzakirələrə səbəb oldu və narahatlıq doğurdu. Müzakirə əsnasında qaldırılan bir çox məsələlər din azadlığına toxunurdu. Bununla belə, Açeh dövlətin şəriətə xüsusi icazə verdiyi yeganə əyalət olaraq qaldı.
Cəlal İslamov
Cəlal Ağahüseyn oğlu İslamov (3 iyul 2001; Çarxı, Xaçmaz rayonu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəlal İslamov 3 iyul 2001-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində Ağahüseyn İslamovun ailəsində anadan olmuşdur. 2007-2018-ci illərdə N. Abudov adına Xaçmaz rayon Çarxı kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. Cəlal İslamov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etdi. Azərbaycan Ordusunun əsgəri olan Cəlal İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəlal İslamov 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal İslamov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmiyyət-i İslami
Cəmiyyət-i İslami (fars. افغانستان اسلامی جمعیت‎) Əfqanıstan'da Müsəlman bir siyasi partiya."Cəmiyət-i İslami" fars dilində İslam cəmiyyəti deməkdir.Partiyanın əksəriyyətini Əfqanıstanın qərb və şimal hissəsində yaşayan taciklər təşkil edir.Sovet-Əfqan mühatibəsi və Əfqanıstan vətəndaş müharibəsində Bu partiya daha çox fəallıq etmişdir.Qurucusu Səlahəddin Rəbbani olsa da, 1968-2011 ci ilə qədər rəhbəri Bərhaədin Rəbbani olub.
Daşkənd İslam İnstitutu
İmam Buxari adına Daşkənd İslam İnstitutu özb. Imom Buxoriy nomli Toshkent islom instituti/Имом Бухорий номли Тошкент ислом институти) — Daşkənddəki ali mənəvi təhsil müəssisəsidir. SSRİ-də yeganə ali İslam təhsil müəssisəsi idi. İslam alimlərini, imam-xətibləri, ərəb dili müəllimlərini hazırlayır. İnstitutun ərazisində bir memarlıq abidəsi - Daşkənd Namazqox məscidi yerləşir. Daşkənd İslam İnstitutu 18-ci Zarkaynar keçidi, 47a ünvanında yerləşir. Təhsil müəssisəsinin ərazisində bir memarlıq abidəsi - Həzrəti İmam məscid kompleksinin bir hissəsi olan Daşkənd Namazqox məscidi yerləşir. Təhsil müəssisəsi SSRİ-nin ən böyük müsəlman dini xadimi, Orta Asiya və Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Ziyauddinxan İbn İşon Babaxanın təşəbbüsü ilə yaradılmışdır. İnstitutun tarixi 1970-ci ildən bəri fəaliyyət göstərən məscidlərin imam-xətibləri üçün hazırlıq kurslarından başlayır. Sonra, 1971-ci ildə, kurslar əsasında ali təhsil müəssisəsi - Ali İslam Məhəd yaradıldı.
Daşqın İslamov
Daşqın Alik oğlu İslamov (11 iyun 1993, Poladtuğay, Sabirabad rayonu – 29 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Daşqın İslamov 1993-cü il iyunun 11-də Sabirabad rayonunun Poladtuğay kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Daşqın İslamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın İslamov oktyabrın 29-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabirabad rayonunun Poladtuğay kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın İslamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın İslamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin İslamov
Elvin Elçin oğlu İslamov (1995, Bakı – 9 oktyabr 2020, Qorqan, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi Elvin Elçin oğlu İslamov 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 158 saylı orta məktəbi bitirmişdir. Əslən Xızıdan olan İslamov 2013–2014-cü illərdə Xocavənd rayonunda hərbi xidmətdə olmuşdur. O, əsgərliyini başa vurduqdan sonra Dövlət Bayrağı Meydanında mühafizəçi işləmişdir. Elvin İslamov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. İslamov 9 oktyabr 2020-ci ildə Füzuli rayonu Qorqan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Oktyabrın 29-da onu və yoldaşlarını döyüş zonasından götürə biliblər. Elvin İslamov oktyabrın 30-da dəfn edilmişdir. 2020-ci ilin dekabrında Bakının Yasamal rayonunda onun adına şəhid bulağı tikilmişdir.
Futbol 2017 İslam Həmrəyliyi Oyunlarında
Dünyanın ən məşhur idman növlərindən biri olan futbol 4-cü İslam Həmrəyliyi Oyunlarının da tərkib hissəsidir. Futbol yarışlarında 8 kişi komandası qızıl medal uğrunda rəqabət aparıb. Yarışlar Bakıda yerləşən bir neçə məkanda keçirilib. Azərbaycan milli futbol komandasının ənənəvi ev stadionu olan Tofiq Bəhramov adına Respublika Stadionu final qarşılaşmasına, Dalğa Arena yarımfinal oyunlarına, Azal Arena və Bayıl Arena isə qrup mərhələsinin yarışlarına ev sahibliyi edib. Mayın 8-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışına start verilib.. Səkkiz komandanın qatıldığı yarışda ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri də qələbə uğrunda mübarizə aparırlar. Azərbaycan millisi ev sahibi olduğu üçün "A" qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləridir. "B" qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışırlar. Yarışın ilk günündə Azərbaycan millisi "Bayıl Arena" stadionunda Kamerun yığması ilə qarşılaşıb.
Fədaiyan-i İslam
Fadā'iyān-e İslam (fars: فدائیان اسلام, həmçinin Azərbaycan dilində "Islam fədailər" yazıldığına), bir xarizmatik 21 yaşlı İlahiyyat tələbə Nəvvab Səfəvi adına tərəfindən 1946-ci ildə İslam fundamentalist gizli cəmiyyət olarak, İranda təsis edilib.
Fələstin İslami Cihad Təşkilatı
Fələstin İslami Cihad Hərəkatı (Ərəb: حركة الجهاد الإسلامي في فلستين - Hərakat əl-Cihad əl-İslami fi Fələstin) Qəzza zolağının Həmişə bölgəsində yəhudilərə qarşı mübarizə aparan İslam mücahidləri qrupudur. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İngiltərə, Yaponiya, Kanada, Avstraliya və İsrail İslam Cihadını hesab edirlər. Bir proto təşkilat dövlət olan Fələstinli terror qrupları Qəzzada yəhudilərə qarşı etnik təmizləmə apardıqları üçün Fələstin torpaqlarının işğalına qarşı mübarizə aparır. İslami Cihad HƏMAS-dan kiçikdir, lakin Əl-Fəth ilə eyni böyük sosial bazaya malikdir. Ramazan Şallah Fathi Şaqaqi və Əbdüləziz Avda tərəfindən Fələstin Azadlıq Təşkilatının bir qolu olaraq Sinay yarımadasında bu günə qədər davam edən təşkilatın rəhbəridir.
Gülağa İslamov
Gülağa İslamov — Xəzər Rayon İcra Hakimiyyətinin sabiq başçısı. İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhər 156 saylı orta məktəbi, 1990-cı ildə isə Poltava Koorperasiya İnstitutunu Əmtəəşünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan SSR Kurortlar İdarəsi Avtomobil Nəqliyyatı Birliyində böyük mexanik kimi başlamışdır. 1967–1977-ci illərdə böyük mexanik, çilingər, mexanik işləmişdir. 1977–1995-ci illərdə Bakı Şəhər Kooperativ Ticarəti İdarəsində çeşidləyici, Qəbul Məntəqəsinin müdiri, anbardar, Estoniya Respublikasındakı "Flores" Kooperativində baş əmtəəşünas, Şüvəlan Gülçülük Sovxozunda şöbə müdiri, "Şüvəlan" İstehsal-Ticarət Assosiasiyasında 1 saylı sahənin rəisi, "Qərənfil" Fermer Təsərrüfatının müdiri, 1995–2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Güllücə-i İslam (Miyanə)
Güllücə-i İslam (fars. گلوجه اسلام‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 113 nəfər yaşayır (24 ailə).
Gəncə İslam Kolleci
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlib. Nuru Paşa Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 döyüşçüsü Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2022-ci il 26 iyunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər. Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Harun islamda
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik." Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: "Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
Hizb-e-İslami Gülbəddin
Hizb-e-İslami Gülbəddin, Azərbaycan dilindəki adı ilə İslam Partiyası (Gülbəddin qrupu), 1975-ci ildə yaradılmış və hərbi qolu olan siyasi partiyadır. Sovet-Əfqan müharibəsi zamanı o, mücahid qrupları ilə birlikdə Sovet İttifaqı və Əfqanıstan Demokratik Respublikasına qarşı vuruşmuşdur. ABŞ-nin işğalı zamanı o, vaxtaşırı Talibanın tərəfində ABŞ-yə qarşı vuruşmuşdur. Hizb-i İslami iki yerə bölündükdən sonra Gülbəddin Hikmətyarın rəhbərliyi ilə yenidən yaradılmışdır. Sovet-Əfqan müharibəsində onlar ABŞ tərəfindən dəstəklənsələr də, sonradan ABŞ-la müharibəyə girişmişdirlər. O, islamist və ifrat sağçı siyasi xəttinin üzərində yaradılmışdır. Onun hərbi fəaliyyəti 2016-cı ildə başa çatmış və yalnız siyasi partiyaya çevrilmişdir.
Hizbul-İslami
Hizbul-İslami (fars. افغانستان اسلامي حز‎).Mənası ərəbcə "İslam partiyası" deməkdir. Əfqanıstandakı kommunizm və SSRİ-Əfqanıstan müharibəsinə görə yaradılıb. İlk lideri Gülbəddin Hikmətyar olub. Partiya 1975-ci ildə yaranıb. Əsasən ölkənin dininin qorunub saxlanılması üçün yaradılsa da, bir çox dövlət tərəfindən "terror qruplaşması" kimi tanınıb. Hizbul-İslami siyasi partiyasının "Hizbul-İslami Xalid", "Hizbul-İslami Gülbəddin" və "Həzbi İslami Xalid Faruki" qolları var.
Həzb-i İslami
Hizbul-İslami (fars. افغانستان اسلامي حز‎).Mənası ərəbcə "İslam partiyası" deməkdir. Əfqanıstandakı kommunizm və SSRİ-Əfqanıstan müharibəsinə görə yaradılıb. İlk lideri Gülbəddin Hikmətyar olub. Partiya 1975-ci ildə yaranıb. Əsasən ölkənin dininin qorunub saxlanılması üçün yaradılsa da, bir çox dövlət tərəfindən "terror qruplaşması" kimi tanınıb. Hizbul-İslami siyasi partiyasının "Hizbul-İslami Xalid", "Hizbul-İslami Gülbəddin" və "Həzbi İslami Xalid Faruki" qolları var.
III İslam Gəray
III İslâm Gəray (1604, Bağçasaray – 1654 və ya 10 iyul 1654, Bağçasaray) — 1644–1654-cü illərdə hakimiyyətdə olmuş Krım xanı. III İslam, I Səlamət Gərayın oğludur. 1644-cü ildə Osmanlı sultanı, Sultan İbrahim tərəfindən böyük qardaşı IV Mehmed Gərayın yerinə xan elan edilmişdir. 1648-ci ildən etibarən Zaporojye Kazaklarının Atamanı Boqdan Xmelnitski ilə Reç Pospolitaya qarşı ittifaq yaratmışdır. Bu ittifaq Krım xanlığını gücləndirmişdir. Birlikdə 1649-cu ildə Zbaraj və 1651-ci ildə Beresteczko müharibəsində iştirak etmişdirlər. 1654-cü ilə Pereyaslavl müqaviləsi ilə Polşa ilə sülh bağlayaraq Çar Rusiyasına qarşı ittifaq yaratmışdırlar. IV Mehmed Gəray xan dövründə Övliya Çələbi Krıma gəlmiş, xanlıq dövründə Krımdakı həyatı, paytaxt Bağçasaraydakı yaşayışı və xana aid məlumatların dövrümüzə qədər gəlib çatmasına səbəb olmuşdur. III İslâm Gəray xan, Kazaklar tərəfindən öldürülmüşdür. Daha sonra qardaşı IV Mehmed Gəray yenidən xan olmuşdur.
II İslam Gəray
II İslam Gəray — 1584–1588-ci illər arasında hakimiyyətdə olan Krım xanı. Uzun müddət Osmanlıda qalması, ilahiyyat təhsili alması, bəlkə də yaşı onun güclü hökmdar olmasına mane olmuşdur. Döyüşlərin çoxunu qardaşı Alp Gəray aparmışdır. Hakimiyyətdə olduğu vaxtın əsas hissəsini qardaşı oğlu ilə münəqişədə keçirmişdir. Doğulduğu il bilinmir. Atası Dövlət I Gəray 1551-ci ildə taxta çıxdıqdan sonra İslam Sultan sarayına girov olaraq göndərilmişdir. Ömrünün 30 ildən çoxunu Osmanlıda keçirmişdir. Sultan məhkəməsindən ayrılaraq ilahiyyat təhsili almaq və Sufilərin mövləvilik nişanı üçün Konyaya getmişdir. 1584-cü ildə böyük qardaşı II Məhəmməd Gəray xan Osmanlının krımlalıları Səfəvilərin üzərinə göndərmək əmrindən imtina etdi. Sultan III Murad İslamı Krıma göndərdi və onu yeni Krım xanı olaraq təyin etdi.

Значение слова в других словарях