ismət

is. 1) honneur m, respect m ; réputation f ; 2) pudeur f ; modestie f (qızlarda, qadınlarda) ; ~inə toxunmaq déshonorer vt ; ~ ini itirmək perdre son honneur

İsmayıllı
ismətli
OBASTAN VİKİ
İsmət Abasov
İsmət Dursun oğlu Abasov (25 may 1954, İrəvan) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2018), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2004–2013), iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini. == Həyatı == İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illərdə respublika kənd təsərrüfatı nazirinin birinci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə respublikanın kənd təsərrüfatı naziri olmuşdur. İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur. 22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi. İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.
İsmət Axundov
İsmət Axundov — azərbaycanlı rəssam, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Mirzə Qədim İrəvaninin nəticəsi, Münəvvər xanımın oğlu. == Həyatı == İ.Axundov 1925-ci ildə anadan olmuşdur, orta təhsilini İrəvanda almış, sonradan Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirmişdir. Bədii fondun direktoru olmuşdur (1972-ci ilə kimi). Əsasən peyzaj janrında çalışmışdır. İçəri şəhər, Şamaxıya həsr olunmuş əsərləri xüsusi maraq doğurur.
İsmət Giritli
İsmet Giritli (17 aprel 1924, Krım, SSRİ – 3 fevral 2007, İstanbul) — türk hüquq professoru və yazıçısı idi. 1924-cü ildə Krımda anadan olub. İbtidai təhsilini burada başa vurduqdan sonra Kabataş Oğlanlar Liseyində oxudu . Sonra İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu və 1964-cü ildə həmin fakültənin inzibati hüquq şöbəsində professor oldu. 1961 Konstitusiyasını hazırlayan elm adamlarından olan Giritli, Barolar Birliyinin Nümayəndəsi olaraq Təsis Məclisinin üzvü seçildi. Giritli həmçinin, Türk Milli Gənclər Təşkilatının başçısı və Birləşmiş Millətlər Təşkilatındakı Türk Nümayəndəliyində məsləhətçi olmuşdur. 1964–1968-ci illər arasında ilk TRT İdarə Heyətinin üzvü və sədri olmuşdur. Dr. Giritli, 1968-ci ilin yanvarında ilk televiziya yayımını edən komandanın başında idi. İsmet Giritli 1958–1959-cu illər arasında Nyu-Yorkdakı Kolumbiya Universiteti Hüquq Fakültəsində və 1968–1969-cu illər arasında Kolumbiya Universiteti Orta Şərq İnstitutunda qonaq professor olaraq çalışmışdır.
İsmət Hacıyev
İsmət Məmmədov
İsmət Namazov
İsmət Nəcəfov
İsmət Məhəmməd oğlu Nəcəfov — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == İsmət Məhəmməd oğlu Nəcəfov 21 yanvar 1933-cü ildə Qax rayonunun Sarıbaş kəndində anadan olub. 1940-cı ildə Qax orta məktəbinə daxil olmuş, 1950-ci ildə həmin məktəbi medalla bitirmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuş və universitetdə Lenin təqaüdü ilə oxumuşdur. 1955-ci ildə ADU-nu fizika ixtisası uzrə fərqlənmə diplomu ilə bitirmiş və 1956-cı ildə Moskva Dövlət Universitetinin nəzəri fizika ixtisası uzrə aspiranturasına daxil olmuşdur. 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Evlidir, İki övladı var. == Təhsili, elmi dərəcə və elmi adları == 1950–1955-ci illərdə Bakı Dövlət Universiteti fizika fakültəsinin tələbəsi. 1956–1959-cu illərdə MDU-nun aspirantı. 1959-cu ildə MDU-da "Tormozlanma şüalanması və elektron-pozitron cütünün yaranması proseslərində polyarizasiya effektləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
İsmət Qayıbov
İsmət İsmayıl oğlu Qayıbov (8 oktyabr 1942, Kirovabad – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikasının ilk Baş prokuroru (1990–1991), III dərəcəli dövlət ədliyyə müşaviri. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. == Həyatı == === Erkən illəri === İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Aşağı Salahlı kəndinin Qayıbovlar soyundandır. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilmişdir. === Prokurorluq fəaliyyəti === 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir.
İsmət Qurbanov
İsmət Səttarov
İsmət Rəcəb oğlu Səttarov (1983, Bakı) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. == Həyatı == İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil almışdır. Texnika elmləri üzrə fəlsəfə doktorudur. 2000–2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib. 2011-ci ildən yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cü ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 2016-cı ildən ARB Media Qrupun rəhbəri, "ARB24" MMC-nin direktoru vəzifəsini icra etmişdir. İsmət Səttarov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2020-ci il aprel ayının 6-da Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir. Evlidir, bir övladı var.
İsmət İmanov
İsmət İnönü
Mustafa İsmət İnönü (türk. Mustafa İsmet İnönü; 24 sentyabr 1884[…], İzmir, Aydın vilayəti – 25 dekabr 1973[…], Ankara) — Türkiyə Respublikasının 2-ci prezidenti və 1-ci, 3-cü və 13-cü baş naziri. Etnik kökən olaraq kürd olan İsmət İnönü Bitlisli Kürümoğulları nəslindən olmuşdur. "Kürümoğulları" mənşə etibarilə türk-oğuz boyu olan "Göklən"lərin törəmələridirlər. Prezident vəzifəsini Mustafa Kamal Atatürkün ölümündən bir gün sonra, 11 noyabr 1938–22 may 1950-ci illər arasında icra etmişdir. Cümhuriyyət Xalq Partiyası konqresi tərəfindən ona "Milli şef" ünvanı verilmişdir. İnönü İstiqlaliyyət müharibəsində iştirak etmiş, Lozanna müqaviləsini imzalamış və dəfələrlə baş nazir vəzifəsini icra etmişdir. 1925–1937 illəri arasında 12 il fasiləsiz baş nazir olmasına baxmayaraq, Türkiyə Cümhuriyyəti tarixinin ən uzun müddətdə: cəmi 17 il 11 aylıq bir müddətdə baş naziri olmuş şəxsdir. Türkiyə Qurtuluş Savaşı dövründəki 1-ci və 2-ci İnönü döyüşlərində göstərdiyi xidmətlərə görə 1934-cü ildə Türkiyədə "Soyadı Qanunu" qəbul edildikdən sonra Mustafa Kamal Atatürk tərəfindən Mustafa İsmət Paşaya İnönü soyadı verilmişdir. == Erkən həyatı və Osmanlı dövrü == İsmət İnönü, 24 sentyabr 1884-cü ildə İzmirdə Rəşid Əfəndi və Cevriyə Təməlli xanımın ikinci oğlu olaraq dünyaya gəlir.
İsmət Əliyev
İsmət Rəşid oğlu Əliyev (1959, Əmirxeyir, Krasnoselsk rayonu) — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Apellyasiya Şurasının Sədri. == Həyatı == Əliyev İsmət Rəşid oğlu 1959-cu ildə Ermənistan Respublikasında Krasnoselsk rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Ailəlidir, iki övladı var. 23 iyul 2015-ci ildə vəfat edən atası professor Rəşid Əliyev uzun illər Azərbaycan Texniki Universitetində İdman kafedrasının müdiri vəzifəsində çalışıb. == Təhsili == 1981-ci ildə fərqlənmə diplomu ilə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. == Fəaliyyəti == 1981-ci ildən Daxili İşlər orqanlarında xidmət edir. 1981–2009-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsinin dövlət avtomobil müfəttişi; Baş dövlət avtomobil müfəttişi; Bölmə rəisi; Təbliğat və təşviqat şöbəsinin rəis müavini; İdarə rəisinin müavini; Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi; Dövlət Yol Polisi İdarəsinin rəis müavini; Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini; 2009–2014-cü illərdə isə DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2015-ci il 1 iyul tarixli 1310 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
İsmət Büyükataman
İsmət Büyükataman (22 dekabr 1953, Mərzifon, Amasya ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == İsmət Büyükataman 1953-cü ildə Amasya ilinin Mərzifon ilçəsində anadan olub. Bursa Təhsil İnstitutu Riyaziyyat Bölməsindən məzun olub. AİTİA İdarəetmə Elmləri İnstitutunda magistr dərəcəsi alıb. 1975-1978-ci illərdə Hatay ilinin Reyhanlı ilçəsində müəllim olaraq çalışıb. 80-ci illərdə MAYAŞ Nəşriyyatının yaradıcılarından olub. 1983-cü ildə nəşr olunan milliyətçi Hamle jurnalının sahibi olub. 1984-1997-ci illərdə inşaat və podrat işləri ilə məşğul olub. Bu illərdə Milliyətçi HİK üzvü olub. 1984-1986-cı illərdə Milliyətçi HİK Bursa şöbəsinin sədri olub.
İsmət (film, 1934)
İsmət və ya digər adı Adətin məhvi — 1934-cü ildə istehsal olunmuş Azərbaycan filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Kino əsərinin əsasını təyyarəçi qadının həyatı və 1933-cü ildə doğmaları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Səriyyə Xəlilovanın dramatik taleyi təşkil edir. Köhnə adətlərdən irəli gələn bir çox maneələri aşaraq, filmin qəhrəmanı ilk azərbaycanlı təyyarəçi qadın olur. == Süjet == "İsmət" filmin süjeti belədir: İsmətin çalışdığı toxuculuq müəssisəsindən bir qrup işçi onlara qəyyumluq edən təyyarəçilərə qonaq olur. Təyyarəçilər qonaqlardan bir neçəsini təyyarə ilə gəzdirmək qərarına gəlirlər. Təşəbbüsə qoşulan İsmətin təyyarədə külək çadrasını aparır. == Film haqqında == Film ilk Azərbaycanlı qadın təyyarəçi Leyla Məmmədbəyovaya ithaf olunmuşdur. Əli Bayramov klubunun üzvü, qadınlar arasında fəal iş aparan Səriyyə Xəlilova 1933-cü ildə qardaşı və atası tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. İsmət Səriyyənin prototipidir.
İsmət Qayıbov adına stadion
İsmət Qayıbov adına stadion - Bakıda Bakıxanov qəsəbəsində Dövlət Neft Şirkətinin balansında olan stadion. Stadionun yaşıl ot örtüyü üç tərəfdən üstüörtülü tribunalarla əhatələnib. Tribunalarda 5 minədək plastik oturacaq quraşdırılıb. İlk dəfə 2001-ci ildə UEFA tərəfindən lisenziya alan bu stadionda 21 yaşlılardan ibarət Azərbaycan milli komandası Almaniya və İngiltərə komandaları ilə Avropa çempionatının seçmə oyunlarını keçirib. Regional kubok turnirinin qrup mərhələsinin oyunları da bu arenada keçirilir. Stadionun meydançasında avtomatik suvarma sistemi, drenaj, olimpiya təyinatlı arenada qaçış zolaqları, habelə, idman zalları var. Burada uşaq və gənclər güləş, sambo, karate, taekvondo, ağır atletika və voleybolla məşğul olurlar. Neftçi və Qaradağ Lökbatan klubları da bir müddət ev oyunlarını bu stadionda keçiriblər.
İsmət İnönü Ev Muzeyi
İsmət İnönü Ev Muzeyi — Türkiyənin İstanbul şəhərində yerləşən ev muzeyi. Çəhrayı Köşk, Türkiyə Cümhuriyyətinin ikinci prezidenti İsmət İnönünün 48 ilini keçirdiyi evdir. İsmət İnönü Çəhrayı Köşkü 10 sentyabr 1923-cü ildə bağ evi olaraq evin köhnə sahibi Mehmet Uzunzadədən satın alınıb, 1925-ci ildə ailəsi ilə birlikdə buraya köçdü və 1973-cü ilə qədər burada yaşadı. İnönü Fondu tərəfindən ev muzeyi olaraq hazırlanan Çəhrayı Köşk, hər il millî bayramlarda ziyarətə açılır. Çəhrayı Köşkdə İnönü ailəsinə aid əşya, medallar, Atatürk ilə yemək yedikləri otaq, İsmət İnönünün Atatürk ilə bilyard oynadığı masa, İsmət İnönünün səhra binoklı, şahmat masası, silahlar, geyimlər sərgilənməkdədir. Köşkün üst yanındakı ağaclıq sahədə İsmət İnönü və həyat yoldaşı Mevhibə İnönnnün birlikdə heykəlləri, köşkün qarşısındakı parkda isə heykəltaraş Minə Sunar tərəfindən hazırlanmış 4,5 metr uzunluqda, 3 ton ağırlığında bir İnönü heykəli yerləşir.
Yaşayış binası (İsmət Qayıbov küçəsi, döngə 1, ev 3)
İsmət Qayıbov küçəsi, döngə 1, ev 3 ünvanında yerləşən yaşayış binası – Gəncə şəhərində yerləşən yerli əhəmiyyətli tarix-memarlıq abidəsi. Gəncə üçün xarakterik olan “Günbəzli ev”lərin dövrümüzə çatmış azsaylı nümunələrindən biridir. == Memarlıq xüsusiyyətləri == XIX əsrin əvvəllərində inşa edilmiş evin fasadı uzun ardıcıllığa malik olmaqla pəncərə yerləri ilə hissələrə bölünmüşdür. Pəncərə yerləri kiçik qabarıqlığa malik pilyastrlarla çərçivələnir. Pəncərə yerləri üstündəki atmalar oxvari tağ formasına malik olmaqla, timpanları fiqurlu kərpic hörgüsü ilə doldurulmuşdur. Hörgünün birinci sırası xeyli qabağa çıxan kəmər xüsusiyyəti daşımaqla fasadın həcmini qeyd edir və ona dəqiqlik gətirir. Ümumilikdə ev kifayət qədər hündür kürsü üzərində inşa edilmişdir. Kürsü fasad tərəfdən əla işlənsə də döşəmə altı üçün istifadə olunmamışdır. Fasadın əsas memarlıq həlli sakit düz divarlar və xeyli qabağa çıxan karnizin (incə işləməli taxta kronşteynlər üzərində) kontrastına əsaslanır. Memarın bu tikilidə yüksək bədii zövqlə tətbiq etdiyi müxtəlif hörgü tipləri fasadı əhəmiyyətli dərəcədə zənginləşdirən fakturadır.
İsmətabad
İsmətabad — İranın Qəzvin ostanının Buyinzəhra şəhristanının Mərkəzi bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,986 nəfər yaşayır (922 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
İsmətli
İsmətli (əvvəlki adı: Konstantinovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun İsmətli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi Kirovka kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Konstantinovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Biləsuvar rayonunun Konstantinovka kəndi İsmətli kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Mütəllimli Mətləb Əzizulla oğlu — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. Ələddin Eyvazov — azərbaycanlı alim. Fikrət Cahangirov — filologiya elmləri doktoru, professor.
İsmətli bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İsmətulla İrqaşev
İsmətulla İrqaşev (24 sentyabr 1960, Daşkənd) — Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (?-2012)

Значение слова в других словарях