İSTİHAZƏ

qadınlarda üç gündən az və ya on gündən çox müddətdə axan qan bu adla ifadə edilir. Bir çox hallarda istihazə qanının axması qadında hər hansı bir xəstəliyin olmasını göstərir. Doqquz yaşdan kiçik qızlardan axan qan istihazə hesab edilir. 50 yaşdan yuxarı olan qadından axan qan da bu qəbildəndir. Ancaq, bu məsələ barəsində İslam məzhəblərində fərqli hökmlər vardır. Bəzi alimlərə görə hamilə qadından axan qan da istihazə hesab edilir. Digərləri isə onu heyz qanı hesab edirlər. İstihazə qanı digər orqanlardan axan qandan fərqlənmir. İstihazə halında olan qadınla cinsi əlaqəyə girmək mümkündür. Ancaq, istihazə dəstəmazı pozur.
İSTİBRA
İSTİHAZƏ

Digər lüğətlərdə