İSTİHSAN

lüğətdə “gözəl saymaq və ya hər hansı bir şeyi gözəl görmək” mənalarına gəlir. İstihsan fiqh üsulunda müctəhidin daha qüvvətli qəbul etdiyi bir dəlildir. Fiqhdə hər hansı bir hüquqi problem qiyasla həll edilmədikdə, bəzi məzhəblər bu metoda müraciət edir və bunu Quranın 2: 185 ayəsi ilə əsaslandırırdılar. Bilindiyi kimi Quran və hədislərdən hər hansı bir problem üzrə hüquqi hökm çıxarmaq mümkün olmayanda qiyasdan istifadə edilir. Açıq qiyasla həll edilən problem Quran və hədislərin açıqaydın dəlilləri ilə əsaslandırılmalıdır. Ancaq, bəzi hallarda bu kimi problemlərin həlli qiyasla mümkün olmur. Buna görə də, bu zaman nisbi qiyasa müraciət edilir ki, onunla məsələ həll olunur. Bu metod isə istihsan adlanır. Bu baxımdan istihsan müctəhidin açıq qiyasa nisbətən, üstünlük verdiyi nisbi qiyasa üz tutmasıdır. Bu metoda isə ehtiyac halında müraciət edilir. Xüsusi bir termin kimi istihsanı ilk dəfə İslam fiqhində Əbu Hənifə və onun tələbəsi Əbu Yusif, Məhəmməd ibn Həsən, eləcə də bir çox digər alimlər istifadə etmişdirlər. Ancaq, bu metodun onlardan əvvəl mövcud olduğu haqqında fikirlər vardır. Günümüzdə istihsan Hənəfi məzhəbində istifadə edilir. Başqa məzhəblərdə isə bu metod ümumiyyətlə istifadə edilməməkdədir. Bildiyimiz kimi yırtıcı heyvanların, eləcə də qartal kimi yırtıcı quşların əti yeyilmir. Qiyasa əsasən bu heyvanların içdikləri qabdan su içmək də olmaz. Çünki, onların ağzının suyu o suya qarışır. Bununla belə burada istihsan da istifadə edilə bilər. Bu metoda görə isə yırtıcı quşların dimdikləri qabdakı suyu korlamır. Çünki, onlar o suyu yalnız öz dimdiklərinə yığır, sonra isə dimdiklərindəki suyu daxilə qəbul edirlər. Buna baxmayaraq yenə də belə suyun içilməsindən çəkinmək lazımdır.
İSTİHAZƏ
İSTİXARƏ
OBASTAN VİKİ
İstihsan
İstihsan (ərəb. مرجع تقليد‎) — islam hüququ termini. Hərfi mənada “bir şeyi gözəl hesab etmək” mənasını verən istihsanın İslam şəriətində iki istifadəsi var. Bu istifadələrdən biri daha dar bir sahəni əhatə edərkən, digəri daha genişdir. Qiyası tərk edib ayə və hədislərə ən uyğun olanı götürmək deməkdir. Dar baxımdan istihsan qiyasın bir hissəsidir. Buradakı sillogizmin səbəbi elədir ki, onu dərindən düşünüb tədqiq etdikdə başa düşmək olar. Bu növ istihsanın başqa adı hafi qiyasdır. Bu baxımdan onun tərifi “qiyasdan daha güclü sillogizmə çevrilmək”dir ki, buna görə hər nur qiyas istihsandır, lakin hər istihsan hafi qiyas deyildir. Digər və daha ümumi istihsan isə “müxalif olan və sillogistik qiyasla uyğun gələn dəlil” seçimidir.