Qafqazya İttihad və Tərəqqi Firqəsi

Qafqaz İttihad və Tərəqqi FirqəsiAzərbaycanda XX əsrin əvvəllərində mövcud olmuş siyasi partiya.

Qafqaz İttihad və Tərəqqi Firqəsi
Dağılma tarixi 1918
İdeologiya İslam
Müttəfiqlər

Rusiyada Müsəlmanlıq Partiyası

İttihad və Tərəqqi
Şüar Haqq verilməz, alınar!

1918-ci ildə türkçülüktürk xalqlarının birliyi ideyasının təsiri altında yaranmışdı. Azərbaycanlıların və başqa türk xalqlarının Türkiyənin başçılığı ilə vahid türk dövləti halında birləşdirilməsi ideyasını təbliğ edirdi. Osmanlıdakı İttihad və Tərəqqi Partiyasının təsiri altında meydana gəlmişdi. Uzun müddət gizli fəaliyyət göstərmiş, 1918-ci ildən Qafqaz İttihad və Tərəqqi Firqəsi proqramının üz qabığı açıq işə keçmişdi. Respublika Dövlət Arxivində Qafqaz İttihad və Tərəqqi Firqəsinin proqramı mühafızə edilir. Həmin sənəd Bakıda Əbuzər Orucovun elektrik mətbəəsində nəfis şəkildə "Haqq verilməz, alınar!" çağrışı ilə çap olunmuşdur. Proqramın üzərində onun çap tarixi göstərilməsə də, mətndən aydm olur ki, o, 1918-ci ildə nəşr edilmişdir.

Qafqaz İttihad və Tərəqqi Firqəsinin yerlərdə də gizli şöbələri yaradılmışdı. 1918-ci il iyulun 28-də Bakı qubernatoru Göyçay qəza rəisinə məktub göndərərək ondan Göyçay şəhərində fəaliyyət göstərən İttihad və Tərəqqi Komitəsinin proqramı, onun məqsədləri və idarə quruluşu barədə məlumat verməsini tələb etmişdi. Öz növbəsində, Göyçay qəza rəisi də həmin il avqustun 1-də Qafqaz İttihad və Tərəqqi Firqəsi Göyçay şöbəsindən yuxarıda göstərilən məlumatları almışdı. Firqənin 17 səhifədən ibarət proqramı ilə yanaşı, onun Göyçay qəza mərkəzinin katibi tərəfindən imzalanmış və şöbənin möhürü ilə təsdiq edilmiş məktubu da Bakı quberniya idarəsinə göndərilmişdir.

" 1 avqust 1918 tarixli və 24 nömtəli məktubunuza cavabdır.
  1. Mətbu proqramımızdan bir nüsxə təqdim edildi.
  2. Firqənin hazırkı idarə heyəti belədir. Firqə şöbəsinin (Göyçay) rəisi Hacı Baba bəy Süleymanzadə, firqə şöbəmizin xəzinədarı Mirzəqulu Sultanzadə, firqə şöbəmizin daxili üzvləri – Ağa Mirzə Ağamirzəzadə, Əli Baba Səidzadə, Əbdülhətəm Hüseynzadə, Əbdülhəmid əfəndi Qazızadə, firqə şöbəmizin ümumi katibi isə Şərafəddin Hacı Veyselzadə
  3. Firqəmiz Türkiyədə olduğu kimi, Qafqaziyyədə dəxi və bilxassə Göyçayda bir çox sənə bundan müqəddəm məxfi surətdə təşkil və təsis edilmişdir. Fəqət rus hökumət mətruda müstəbidəsinin dövri-mənhusində ən qaranlıq qorxu və ehtiyat ilə millətin səadəti və vətəninin səlaməti uğrunda (eyni məramnamə möcübüncə) sərfi-iqtidar etmiş və meydam çıxacaq bir zaman və bir günü bəkləməkdə idi. Cənabi-həqqə həmd və sənalar olsun ki, Nikolay hökuməti inhizama uğrayıb zülm və istibdadı şəmsi-hürriyyətə mübtədil olduğu zaman bir pərdə və bir dərəa sərzəbeyi-zühur olaraq, nəhayət, 30 yanvar 1918-ci il tarixində rus nigarinindən pərdeyi-ixtifai büsbütün kənara atılıb, açıq çalışmağa və fəaliyyət xudapəsəidanəsini meydani-əlniyyəyə qoymağa nail olmuşdur. Və bilaharə bügunkü səadətə nail olaraq məsudiyyət-i tam ilə yaşamaqda və bu surətlə millət və islamiyyətin nicat və səadəti uğrunda çalışaraq bəqədərül-imkan millət və vətənə ariz olan maddi və mənəvi əza və cəfanın dəfi və rəfinə müqtədirat etmiş və edəcəkini təəhhüd edir.
  4. Firqənin qayeyi-amalı isə məramnamənin eyni göstərdiki olub xilafinə olan cüzi, yaxud külli hər bir hərəkətə firqə mənsubları və məsləkdasları zidd olub və olmaqdadır.
  5. Məruzdur
    Göyçay Şöbəsi, Qafqaz İttihad Tərəqqi Firqəsi
"

Firqənin programı 2006-cı ildə professor İbrahim Ethəm Atnur tərəfindən aşkarlanmışdır. 15–28 mart 1918-ci ilə aid olan proqramın girişində deyilirdi ki, dörd ildən bəri bəşəriyyəti ölümə aparan, dünyanı qana boyayan, yaşayış yerlərini viran eləyən nasionalizm və militariznm politikası hərbin əvvəlinə nisbətən bu gün daha qüvvətlidir. Proqramda qeyd olunurdu ki, gələcəkdə hüququ bəşər vicdana deyil, yenə də qüvvətə istinad edəcəkdir. Bundan sonra hansı millət güclü, zəngin və mədəni bir ordu təşkil edərsə, o millət böyük haqlara, yaxşı miittəfiqlərə malik olacaq və qorxusuz yaşayacaqdır. Zəmanəmizdə bir millətin həyatının üç qolu böyük qüvvət, böyiik sərvət və böyük mədəniyyətdir. Partiya öz məramı kimi "bütün Qafqaz müsəlmanlarının əski ana Vətənimiz olan Türkiyəyə ilhaqı", "dünyadakı bütün türklərin Türkiyəyə qatışması və bir hiss, bir tərbiyə ilə yüksələrək aləmi islama nigahban olması"nı təbliğ edirdi. Proqramda daha sonra göstərilirdi: "Əlhasil: Qafqasiyyə İttihad və Tərəqqi Firqəsi iman edir və iddia eylər ki: türk ruhu ilə türk qanının layiq olduğu böyük qüvvəti, parlaq mədəniyyəti və tükənməz sərvəti ancaq Türkiyə bayrağı altında bulacaq və əski şərəflərini o bayraqla qucaqlayacaqdır". Firqə ideoloqları türk dilinin "türk aləminin hər yerində böyük firqələr ilə və haman ayrı lisanlar şəklində qonuşulmaqda və yazılmaqda" olduğunu göstərərək bəyan edirdilər ki, "türk aləmini təhlükəyə düşürən və türk birliyini pozan bu ayrılıqları aradan qaldırmaq zəngin və yeknəsəq bir türk dili meydana gətirmək üçün hər yerdən ən müqtədir türk alimlərini cəlb edərək İstanbulda bir türk akademiyası təsis etməli və onun dəlaləti ilə ümumi türk aləminin qəbul edə biləcəyi həqiqi ana dilində tazədən bütün təhsil kitablarını yazmalıdır".

Azərbaycanın müstəqilliyinin qorunmasının qarşısında başlıca məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət orqanları Qafqaz tttihad və Tərəqqi fırqəsinin fəaliyyətini dayandırmışdı.[1]

30 yanvar 1918 tarixindən etibarən açıq şəkildə fəaliyyət göstərməyə başlayan Qafqaz İttihad və Tərəqqi Firqəsi Rusyada Müsəlmanlıq Partiyası və Gəncədəki İttihadi-i İslam Cəmiyyəti ilə birləşərək birgə siyasət yürütməyə başlamışdır.

  • Paşayev A., Haqq verilməz, alınar, "'Respublika" qəzeti,1990, 22 dekabr.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 107-109. ISBN 9952-417-44-4.