İxtiracılıq hüqüqu
1) mülki hüququn ixtira və səmərələşdirmə təklifləri ilə bağlı münasibətləri nizamlayan hissəsi. Kəşflərin və sənaye nümunələrinin hüquqi mühafizəsi normaları ixtiraçılıq hüququna yaxındır;
2) texniki yaradıcılıqla əlaqədar əmələ gələn münasibətləri tənzimləyən hüquq normalarının məcmusu. İxtiracılıq hüququnun əsas prinsip və müddəaları Azərbaycan Respublikasının mülki qanunvericiliyində və digər normativ-hüquqi aktlarında nəzərdə tutulmuşdur.