1. Qısaltma, azaltma.
□ İxtisar etmək – 1) qısaltmaq, azaltmaq. Məqaləni ixtisar etmək. Əsərin fəsillərindən birini ixtisar etməli.
// Müxtəsər etmək, qısaltmaq. Mənimlə, Tanrı üçün, sözdə ixtisar et, kim; Uzun fəsanəyə, vaiz, dilü dəmaq gərək. Qövsi;
2) miqdarca, sayca azaltmaq. Ştatları ixtisar etmək. Xərcləri ixtisar etmək;
3) işdən azad etmək (ştatların azalması münasibəti ilə). Bir neçə işçini ixtisar etmək lazımdır.
İxtisar olunmaq – azaldılmaq (miqdarına, həcminə görə).
İxtisara düşmək – 1) bax ixtisar olunmaq. Məqalənin axırı ixtisara düşdü;
2) ştatların azalması ilə əlaqədar olaraq işdən azad edilmək.
İxtisara salmaq – bax ixtisar etmək.
2. riyaz. Kəsirdə: sürəti və məxrəci eyni ədədə bölüb azaltma, kiçik ədədlə vermə.
3. İxtisarla şəklində zərf – müxtəsər, gödək, qısa, ixtisar şəklində. Məqaləni ixtisarla vermək.