İYNƏLİ

sif.
1. İynəsi olan (bax iynə 3, 4, 5 və 6-cı mənalarda).
2. məc. Kinayəli, istehzalı, qəlbə toxunan, acı.
[Əşrəf] Zəkinin iynəli sözlərini xatırladıqca nəşəsizliyi daha da artır. A.Şaiq.
[Müqim bəy Cavanşirə:] Axı, mən heç bilmirəm, bu iynəli sözlər haradan sənin beyninə giribdir. S.Rəhimov.
Güldüm, dedim: – Nə yaman; İynəli diliniz var; Uşaqlar, ay uşaqlar! R.Rza.

İYNƏLƏMƏK
İYNƏŞƏKİLLİ
OBASTAN VİKİ
Uzun iynəli kirpi
Uzun iynəli kirpi və ya Tünd iynəli kirpi (lat. Paraechinus hypomelas) — Məməlilər sinfinə, Kirpilər fəsiləsinə daxil olan növ. == Təsviri == Uzun iynəli kirpi 500–900 qram ağırlığında və 226–272 mm uzunluğunda olur. İynələri 40–42 mm uzunluğuna sahibdir. Bədəninin aşağı hissəsi yumşaq və uzun saçlarla örtülmüşdür. Uzun iynəli kirpinin qulaqları yumşaqdır. Qulaqlar başın yarısından uzundur. Qulaqların içi boz rəngdədir. Sifət qara-qəhvəyi rəngdə olsa da, az miqdarda ağ tüklərə sahibdir. Bu kirpilərin iki rəng çeşidi var: tünd və açıq.
İynəli dəniz ulduzları
İynəli dəniz ulduzları (lat. Spinulosida) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinə aid heyvan dəstəsi.
İynəlilər
İynəlilər və ya sancanlar (lat. Aculeata) saplaqqarıncıqlılar (lat. Apocrita) yarımdəstəsinin infradəstəsi. == Ümumi məlumat == İnfradəstə eşşəkarılarını, arıları və qarışqaları birləşdirir. Onların demək olar ki, hamısı şəklini dəyişmiş yumurtaqoyan və zəhər vəzilərindən ibarət olan iynə ilə yaraqlanmışdır. Sancan pərdəqanadlıların biologiyası mürəkkəb və rəngarəngdir. İynəlilərin müxtəlif qruplarında nəsil qayğısı ilə bağlı olan ictimai həyat tərzi meydana gəlmişdir.

Значение слова в других словарях

задёргаться позднота́ по́шленький разноси́ть риско́ванно сме́шиваемость броди́льный валторни́ст до́кторша решето́ противень Black Maria drumlin flute gate line Lola manor nepotism paper-fastener Portland Vaisya первоначально поберечься сардинка ужасаться